ABŞ prezidenti Donald Tramp gördüyü genişmiqyaslı işlərə görə dəfələrlə sui-qəsd cəhdlərinin hədəfi olduğunu deyib.
Musavat.com xəbər verir ki, o, bu barədə Vaşinqtondakı Hilton otelində Ağ Evdə akkreditasiyadan keçənb jurnalistlərin ənənəvi illik toplantısındakı silahlı insidentlə bağlı keçirdii brifinqdə danışıb: "Onlar ölkəyə ən çox təsir edən prezidentləri öldürməyə çalışırlar".
Bu, Amerika prezidentinin niyə tez-tez sui-qəsd cəhdi ilə üzləşməsi ilə bağlı suala cavabı idi.
Bundan əlavə, o, həmvətənlərini "fikir ayrılıqlarını sülh yolu ilə həll etməyə" çağırıb.
Trampın sözlərinə görə, atəş zamanı yaralanan Gizli Xidmət əməkdaşını zirehli gödəkçəsi qoruyub.









