"Təcili Tibbi Yardım tibbi xidmətin yeganə növüdür ki, o hər an, hər zaman hər kəsə lazım ola bilir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış tibb işçisi Faiq Məmmədli qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Reallıqda isə bu zəruri tibbi xidmət sahəsi hazırda yarıtmaz haldadır, əhalinin ən çox şikayət etdiyi sahədir.
İCTİMAİ SƏHİYYƏNİN KLASSİK FORMASI OLAN TƏCİLİ TİBBİ YARDIM DÖVLƏTİN STRATEJİ XİDMƏT SAHƏSİDİR.BU HAQDA UZUNMÜDDƏTLİ TƏCRÜBƏYƏ MALİK BİRİSİ KİMİ ÇALIŞMIŞAM HƏMİŞƏ NÖQSAN VƏ QANUNSUZ LUQLARI OBYEKTİV ŞƏKİLDƏ GÖSTƏRİB RASİONAL İDARƏETMƏ ÜÇÜN SAĞLAM TƏKLİFLƏR VERİM.
Təəssüf ki, reallıqları görməyən bir qrup yalaka ordusu çox zaman təhqir və söyüş ritorikasından istifadə edərək öz yalverənlərinə guya Dayaq olmaq istəyiblər.Elə bir zaman gəldi ki, Dayaqlar yıxıldı.
İndi niyə səsiniz çıxmır, axı mən sizin peşə və əmək hüquqlarınızın kobud şəkildə pozulmasından, əməkhaqqınızın azaldımasından yazırdım .
Məni qorxudan odur ki,bu adamlar yalverənlərinə asanlıqla yol tapa bilirlər.
Bəlkə bu dəfə "ofsayt"olacaq..."










