“Dəzgahqayırma Zavdou”nda nə baş verir? - sahibləri təcili toplanır
Tarix: 21-09-2024, 09:48 |
Çap et
“Dəzgahqayırma Zavdou” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
İqtisadiyyat.az xəbər verir ki, yığıncaq oktyabrın 31-nə təyin olunub.
Ümumi yığıncağın gündəliyi:
1. Cəmiyyətin kreditorlar qarşısında öz öhdəliklərini yerinə yetirməsi məqsədilə aktivlərinin satılması və onların dəyərinin müəyyən edilməsi.
2. Cəmiyyətin təşkilati-hüquqi formasının dəyişərək MMC-yə çevrilməsi.
Cəmiyyət ləğv olunaraq cəmiyyətə məxsus bütün səhmlərinin dövriyyədən çıxarılması.
3. Cəmiyyətin icra orqanının rəhbərinin tutduğu vəzifədən azad olunması və onun yerinə yeni icra orqanın rəhbərinin təyin edilməsi.
4. Görülmüş və gələcəkdə görüləcək işlərlə bağlı digər məsələlərin müzakirəsi.
5. Cəmiyyətin tərkibindən yenidən təşkilin ayrılma formasında yeni hüquqi şəxsin ayrılması.
6. Cəmiyyətin müraciət edən səhmdarlara məxsus səhmlərin ləğv olunaraq cəmiyyətdən ayrılması və çıxan səhmdarlarla səhmlərə uyğun payın natura şəklində təhvil-təslim edilməsi, həmçinin təhvil-təslim aktının və razılaşma müqaviləsinin imzalanması səlahiyyətinin icra orqanının rəhbərinə həvalə edilməsi.
7. Cəmiyyətin nizamnaməsinin yeni redaksiyada təsdiqi.
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinın 49-cu maddəsində nəzərdə tutulmuş səlahiyyətlərin cəmiyyətin icra orqanının rəhbərinə həvalə edilməsi.
Qeyd edək ki, Dəzgahqayırma Zavodu ASC 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 489714 manatdır.