Ticarət mərkəzində insident törədən azərbaycanlılara HÖKM OXUNDU
Tarix: 17-09-2024, 17:09 |
Çap et
Rusiyanın Yekaterinburq şəhərində ticarət-əyləncə mərkəzində dava salan azərbaycanlılara hökm oxunub.
Lent.az yerli mediaya istinadla bildirir ki, 2023-cü il noyabrın 26-da "Qrinviç" ticarət mərkəzinin binasında iki azərbaycanlı - Hüseyn Allahverdiyev və Razi Xəlilov mübahisə zamanı atəş açıblar.
Hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsi (“Bir qrup şəxs tərəfindən silah və zorakılıq tətbiq etməklə xuliqanlıq”) ilə cinayət işi açılıb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslər ümumi rejimli islah koloniyasında cəza çəkmək üçün 4 il müddətinə azadlıqdan məhrum edilib.