Ermənistan əhalisi hara qeyb olur? - ARAŞDIRMA
Tarix: 17-09-2024, 19:00 | Çap et
Yaxın 10 ildə Ermənistan əhalisinin sayı 800 min nəfər azalaraq 2,2 milyon nəfər təşkil edə bilər. Bu barədə Ermənistan Auditorlar Palatasının sədri Nairi Sarkisyan bildirib. Onun sözlərinə görə, bu temp davam edərsə, yaxın 25 ildə ölkədə erməni qalmayacaq. Sədr əsas səbəblərdən biri kimi mühacirəti göstərib. Keçən il Ermənistanı 48 min vətəndaş tərk edib. Bu ilin sonuna kimi ölkədən gedənlərin sayının 2023-cü ilin göstəricisini üstələyəcəyi istisna edilmir. Ermənistanda orta doğum əmsalı da dəyişib və ilkin məlumatlara görə, 1,4-1,5 təşkil edir.
Maraqlıdır, Sarkisyanın dedikləri nə qədər realdır? Belə bir proses davamlı baş versə və Ermənistan əhalisi göstərilən sürətlə azalsa, bölgədə demoqrafik balans necə dəyişəcək?
Mövzu ilə bağlı Pressklub.az-a açıqlama verən tədqiqatçı alım Nazir Əhmədlinin sözlərinə görə, 1801-ci ildə Qərbi Azərbaycanın Pəmbək, 1805-ci ildə Şörəyel əyalətlərinin Rusiya imperiyası tərəfindən işğalından sonra hər iki əyalətin etnik tərkibində kəskin dəyişikliklər baş verdi və rus mənbələrinin məlumatına görə, işğala qədər Pəmbək əyalətində 3588 türk (azərbaycanlı) ailəsi və 21 min 800 türk, 612 erməni ailəsi (3900 nəfər), ümumilikdə cəmi 4200 ailə və 25 min 700 nəfər yaşayıb:
“Türklər Pəmbək əhalisinin 84,82 faizini təşkil edirdilər. İşğaldan sonra türklər ərazini kütləvi şəkildə tərk etdilər. 1826-cı ilin məlumatına görə, burada cəmi 583 türk ailə (3498 nəfər) qalmışdı. Ermənilərin sayı isə 1360 ailəyə və ya 8620 nəfərə çatmışdı. Həmin ilin məlumatına görə, Pəmbəkdə yaşayan ailələrin sayı 1943-ə, əhalinin ümumi sayı isə 12 min 118 nəfərə enmişdi. Pəmbək əyalətini tərk edən müsəlman əhalinin bir hissəsi İrəvan xanlığının, qalanı isə Qacarlar dövlətinin ərazisinə - İrana getmişdi. İşğaldan əvvəl Şörəyel əyalətində 3706 müsəlman-türk ailəsi (22 min 500 nəfər), 394 erməni ailəsi (2560 nəfər), cəmi 25 060 nəfər qeydə alınmışdı. Türk-müsəlman əhali sakinlərin 89,78 faizini təşkil edirdi. 1826-cı ildə isə Şörəyel əyalətində cəmi 377 müsəlman ailəsi (2262 nəfər) qalmışdı. Ermənilərin sayı isə artaraq 1034 ailəyə və ya 6720 nəfərə çatmışdı”.
İrəvan xanlığında isə, müsahibimizin dediyinə görə, 1801-ci ildə 133,9 min nəfər əhali yaşayırdı. Onun 102,3 mini müsəlman, 30,9 mini erməni, 0,7 mini başqa etnosların nümayəndələri idi. Müsəlmanlar İrəvan xanlığı əhalisinin 76,4, ermənilər isə cəmi 23,08 faizini təşkil edirdilər. 1826-cı ildə xanlığın ərazisində 199,3 min nəfər əhali yaşayırdı ki, onlar arasında müsəlmanlar 164,3 min nəfər (82,44 faiz), ermənilər isə 34,1 min nəfər (cəmi 17,11 faiz) idilər.
1801-ci ildə İrəvan xanlığı, Pəmbək və Şörəyel mahallarında birlikdə ümumilikdə 247 min nəfər sakin yaşayırdı ki, onlardan 201,5 mini müsəlman (80,33 faiz), 44,8 mini erməni (18,14 faiz) idi. 1826-cı ildə bölgə əhalisinin sayı 299 minə çatmışdı (240,2 min nəfər və ya 80,33 faiz müsəlman, 57,9 min nəfər, yaxud 19,36 faiz erməni) bölgədə yaşayan digər etnik qruplar əhalinin cəmi 0,3 faizini təşkil edirdi.
N.Əhmədli burada rus müəlliflərin bir etirafını xatırladır. Orada bildirilir ki, I Pyotr Rusiyanın tutduğu yerlərdə möhkəmlənməsi üçün orada xristian əhalini çoxaldaraq, müsəlman əhalinin sayını azaltmağı və bu baxımdan, ermənilərə üstünlük verməyi vacib sayırdı. O, 1722-ci ildə işğalçı qoşunların komandanı general-leytenant Matyuşkinə yazırdı ki, tutduğu ərazilərdə özlərinin də xəbəri olmadan müsəlmanların sayını azaldıb, ermənilərin sayını çoxaltsın. Xəzəryanı əraziləri işğal edən Matyuşkin I Pyotrun tapşırıqlarını yerinə yetirərək, Dərbənd, Bakı, Gilan, Mazandaran şəhərlərində və başqa ərazilərdə erməniləri məskunlaşdırmağa başlamışdı.
“1828-ci il tarixli Türkmənçay və 1829-cu il tarixli Ədirnə müqavilələri ilə başa çatan II Rusiya-İran və Rusiya-Türkiyə müharibələrindən sonra işğalçı qoşunların komandanı qraf Paskeviç də eynilə Matyuşkinin etdiklərini təkrarladı, keçmiş İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərinə İrandan və Türkiyədən ermənilərin köçürülməsi başlandı. Ermənilərin Qərbi Azərbaycana axınından əvvəl yerli müsəlman türklərin əks istiqamətdə köçü baş verirdi. Paskeviçin Rusiyanın xarici işlər naziri qraf Nesselroda 1827-ci il 27 iyun tarixli məktubundan aydın olur ki, həmin ilin birinci yarısında 800 qarapapaq ailəsi İrana, 600 uluxanlı, 300 ayrım və 100 qarapapaq ailəsi isə Qarsa və Bəyazid paşalığına köçmüşdü. Beləliklə, 1800 türk-müsəlman ailə artıq bölgəni tərk etmişdi. 1831-ci ildəki siyahıyaalmada Vedibasar mahalında 574, Gərnibasar mahalında 753, Zəngibasar mahalında 910 müsəlman ailəsinin qeydə alındığını nəzərə alsaq, bu, (köçürülənlərin sayı – red.) olduqca böyük rəqəm idi. Paskeviçin məktubundan Türkmənçay müqaviləsinə qədər keçən 8 ay ərzində bölgəni nə qədər müsəlmanın tərk etdiyi haqqında məlumat olmasa da, Göyçə qarapapaqlarının əksəriyyətinin Nağı xanın başçılığı ilə İrana getdikləri məlum faktdır. Hətta 1826-1828-ci illər II Rusiya-İran müharibəsində ölənləri və qaçmağa məcbur olanları nəzərə almasaq, müsəlman türklər bölgədə mütləq üstünlük təşkil edirdilər. Məsələn, 1831-ci ildə İrəvan şəhərində 7331 yerli türk, 2369 yerli erməni qeydə alınmışdı və müsəlmanlar əhalinin 75,58 faizini təşkil edirdilər. Buraya İrandan 366 erməni ailə (1715 nəfər) və Türkiyədən 11 ailə (48 nəfər) köçürüldükdən sonra müsəlman türklərin sayı 63,95 faizə enmişdi” – tədqiqatçı alim deyir.
N.Əhmədli bildirir ki, işğaldan sonra yeni yaradılan və 1840-cı ilə qədər mövcud olan Erməni vilayətinin mərkəzi olan İrəvan şəhəri intensiv şəkildə erməniləşdirildiyinə görə, 1865-ci ildə İrəvan şəhəri əhalisinin cəmi 54,5 faizi türklər idi. 1886-cı ildə artıq türklər şəhər əhalisinin 49,1 faizini, 1897-ci ildə isə 43,1 faizini təşkil edirdilər. Bu azalma sonrakı illərdə də davam etdi. 1914-cü ilin məlumatına görə, İrəvan əhalisinin cəmi 24,4 faizi türk idi.
Erməni daşnakların 1918-ci ilin İrəvanda və Qərbi Azərbaycanın digər bölgələrində törətdikləri kütləvi qırğınlar və sağ qalanların qaçması ciddi etnodemoqrafik dəyişikliklərə səbəb oldu. Ermənistanda sovet hakimiyyəti qurulmasından sonra İrəvan şəhəri paytaxt olduğuna görə burada güclü urbanizasiya baş verdiyindən türklərin faizlə miqdarı azalmaqda davam etdi. 1926-cı ildə onlar İrəvan əhalisinin 7,6, 1931-ci ildə 6,2, 1939-cu ildə 3,3, 1959-cu ildə 0,7, 1979-cu ildə isə cəmi 0,2 faizini təşkil ediblər. 1828-ci ildə İrandan Zəngibasar mahalına 442 erməni ailəsinin (2360 nəfər) köçürülməsi ilə buradakı türk-müsəlman əhalinin sayı 90 faizdən 1831-ci ildə 64,6 faizə enib. İşğaldan sonra Gərnibasar mahalında İrandan köçürülən 1221 erməni ailəsinin (5359 nəfər) yerləşdirilməsi ilə burada yerli müsəlman əhalinin sayı 1831-ci ildə (753 yerli müsəlman ailə və ya 4176 nəfər) əvvəlki 98 faizdən 43,1 faizədək azaldı.
Əlavə edir, 1831-ci ildə cəmi 2 yerli erməni ailəsinin yaşadığı Vedibasar mahalına İrandan 200 ailənin köçürülməsindən sonra müsəlmanların sayı 76,1 faizə endi. Qarapapaqlar Göyçə mahalını 1827-ci ildə kütləvi sürətdə tərk etdikdən sonra 1831-ci ildə bu mahalda 999 müsəlman ailəsi (5607 nəfər) və cəmi 15 yerli erməni ailəsi (90 nəfər) qeydə alınmışdı. Müsəlmanlar Göyçə əhalisinin 98,42 faizini təşkil edirdilər. Lakin Türkiyədən buraya 1485 erməni ailəsi (8557 nəfər) köçürüldükdən sonra bu rəqəm 39,33 faizə endi. 1831-ci ildə Qərbi Azərbaycanın Dərələyəz mahalında 1001 yerli müsəlman ailəsi (4583 nəfər) və cəmi 58 yerli erməni ailəsi (288 nəfər) qeydə alınmışdı və müsəlmanlar mahal əhalisinin 94,1 faizini təşkil edirdilər. Lakin İrandan buraya 507 (2746 nəfər), Türkiyədən isə 8 erməni ailəsi (27 nəfər) köçürüldükdən sonra yerli müsəlman əhalinin sayı 59,24 faizə düşdü.
“Müharibədə ölənləri və xanlığın ərazisini tərk edənləri nəzərə almasaq belə, 1831-ci ildə İrəvan əyalətində 9196 oturaq müsəlman ailəsi (49 min 875 nəfər) və 1344 köçəri müsəlman ailəsi (7489 nəfər), ümumilikdə 10540 müsəlman ailəsi (57 min 384 nəfər), 3498 erməni ailəsi (20 min 73 nəfər) qeydə alınmışdı. Yerli müsəlman əhali ümumi sakinlərin 74,08 faizini təşkil etmişdi. İrandan 4559 (23 min 568 nəfər), Türkiyədən isə 3674 erməni ailəsinin (21 min 639 nəfər) köçürülməsindən sonra müsəlmanların sayı 49,83 faizə endi. İşğaldan sonra yerli rus idarəçiliyi müsəlmanları narazı saldığına görə, onların İran və Türkiyəyə kütləvi köçü başladı. Rus tarixçisi V.Potto yazır ki, Naxçıvan xanlığı və Pəmbək-Şörəyellə birlikdə İrəvan quberniyasını tərk edən və həlak olan müsəlmanların sayı 12,3-13,5 min nəfərə çatırdı. 1830-cu ilin yazında ermənilərin Türkiyədən Rusiya hüdudlarına kütləvi köçü başlandı və iyul ayında pik həddinə çatdı. Rəsmi mənbələrə görə, Rusiyanın yeni işğal etdiyi ərazilərə 14044 xristian ailəsi (ermənilər və yunanlar) köçmüşdü. Köçürülmə Komitəsinin təxmini hesablamalarına görə, onların sayı 84 min nəfərdən çox idi. Bəziləri bu rəqəmin 100 min nəfərdən çox olduğunu bildiriblər. Türkiyədən köçürülən ermənilər Axalsıx, Tsalka, Şörəyel-Pəmbək və Erməni vilayətində yerləşdirilmişdilər. 1828-1830-cu illərdə İrandan və Türkiyədən Cənubi Qafqaza köçürülən ermənilər haqqında müxtəlif rəqəmlər mövcuddur. Bu, 150-200 min ətrafında dəyişir”.
Qərbi Azərbaycanın erməniləşdirilməsinin XIX əsrin ikinci yarısında da davam etdirildiyini vurğulayan müsahibimiz deyir ki, ermənilərin İrəvan xanlığına axını 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsindən sonra daha da gücləndi. XIX əsrin 90-cı illərində Türkiyədə dövlətə qarşı baş verən erməni qiyamlarının yatırılmasından sonra daha 400 min erməni Cənubi Qafqaza köçdü. Rus müəllifi N.Şavrov qeyd edir ki, XX əsrin əvvəlində Cənubi Qafqazda yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu yerli deyil, köçürülmə olmuşdur. Rusiyadakı 1917-ci il oktyabr silahlı çevrilişindən sonra Cənubi Qafqazda yaranan qarmaqarışıqlıqlardan yararlanan erməni silahlı birləşmələrinin 1918-ci ildə keçmiş İrəvan quberniyasının bütün ərazisində, Qarabğda, Naxçıvanda, Zəngəzurda, Bakıda, Şamaxıda, Qubada və Azərbaycanın digər bölgələrində törətdiyi qırğınlar nəticəsində minlərlə türk-müsəlman öldürüldü və yer-yurdlarından didərgin düşdü. Bu hadisələr bölgədəki demoqrafik vəziyyətə ciddi təsir etdi.
Alim sovet dövründə də bu tendensiyanın davam etdiyini bildirir: “1948-1951-ci illərdə sovet hökuməti Qərbi Azərbaycanın müsəlman əhalisinin böyük hissəsini Kür-Araz ovalığına faktiki olaraq sürgün etdi. 1988-ci ildə erməni millətçilərinin SSRİ Mərkəzi hökumətinin dəstəyi, eyni zamanda, himayədarlığı ilə Dağlıq Qarabağ ətrafında başladıqları münaqişə və müharibə nəticəsində sonuncu azərbaycanlılar da Qərbi Azərbaycandan qovuldu. 160 illik dirənişdən sonra Azərbaycan türkləri tarixi vətənlərini itirdilər. Beləliklə, ermənilər çirkin strateji məqsədlərinə çatdılar və Ermənistanı monoetnik dövlətə çevirdilər. Demoqrafiya üzrə mütəxəssislərin fikrincə, hər 25-30 ildə əhalinin sayı 2 dəfə artır. Rus alimi N.Şavrovun yazdığı rəqəmi nəzərə alsaq, hazırda Cənubi Qafqazda təxminən 10 milyon erməni yaşamalı idi”.
Son illərdə baş verən hadisələr də əhalinin say tərkibində müəyyən dəyişikliklərə səbəb olub. Həmsöhbətimiz Ermənistan Respublikası Statistika Komitəsinə istinadən “Armenpress”in yaydığı məlumata istinad edərək bildirir ki, 2023-cü ildə Ermənistanda əhali artımı 58 min nəfər olmuşdur. Onlardan 12 min nəfəri yeni doğulan uşaqlar, 46 min nəfəri isə keçmiş Dağlıq Qarabağdan köçənlərdir: “Bu məlumatdan aydın olur ki, birincisi, Ermənistanda təbii artımın tempi son dərəcə aşağıdır, ikincisi, 2023-cü ildə Dağlıq Qarabağı tərk edən təxminən 100 min nəfərin yarıdan çoxu - 54 min nəfəri Ermənistan Respublikasında yaşamağı seçməmiş və xarici ölkələrə köçmüşlər. Üçüncüsü isə 150 ilə yaxın müddətdə yaratdıqları çoxsaylı terror təşkilatlarına geyindirdikləri “vətənpərvərlik” qılafının da saxtalığı üzə çıxdı. Əks halda, həmin “vətənpərvərlər” daha yaxşı güzəran üçün xarici ölkələrdə deyil, ana vətənləri hesab etdikləri Ermənistan Respublikasında yaşamağa üstünlük verərdilər. Yaxşı xatırlayıram ki, Dərələyəzdə yaşadığımız ötən əsrin yetmişinci illərində Ermənistan əhalisinin sayı 3 milyon nəfərə yaxınlaşmışdı. Aradan 50 ildən artıq vaxt keçməsinə baxmayaraq, bu rəqəm hələ də 3 milyon nəfərə çatmayıb. Bu fakt demoqrafik vəziyyətin Ermənistanda nə qədər fəlakətli olduğunu göstərir. Bunları nəzərə alsaq, erməni analitiklərin Ermənistanın gələcəyi ilə bağlı verdiyi pessimist proqnozlarla razılaşmaq lazım gəlir”.
Digər müsahibimiz, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov saytımıza verdiyi açıqlamada bildirir ki, istər Ermənistanın Auditorlar Palatasının sədri, istərsə də digər ictimai və siyasi erməni xadimləri verdikləri müsahibələrdə həqiqi reallığı təhrif edirlər və bunun bir neçə səbəbi var: “Birinci səbəbi özlərini yazıq kimi göstərib, xarici dövlətlərdən yardımlar dilənmək, ikinci səbəbi isə özlərini əlacsız, kasıb bir ölkə kimi təqdim edib, ölkəyə investisiyalar və hərbi yardımlar cəlb etməkdir. Hesab edirəm ki, Ermənistan statistikasının bu istiqamətdəki məlumatları inandırıcı deyil. Yəni bu göstərici deyiləndən ya kifayət qədər aşağıdır, ya da yüksəkdir. Reallıq onu göstərir ki, Ermənistandan xaricə axan miqrantların sayı 10-15 il əvvəlkinə nisbətən 3-4 dəfə çoxdur. Bunu yaradan səbəblərdən birincisi müharibə qorxusudur”.
F.İsmayılov deyir ki, Ermənistanda gənclərin bir qismi mənasız ölümdən qaçaraq, xarici ölkələrə sığınır. Daha bir səbəb Ermənistanda kəskin iqlim dəyişikliyi səbəbindən insanların iş üçün xarici ölkələrə miqrasiya etməsidir. Üçüncü səbəb isə varlı erməni uşaqlarının eyş-işrət üçün xarici ölkələrə axın etmələridir: “Bu proses nə qədər uzun davam etsə belə, Ermənistanın tamamilə boşalacağı inandırıcı görünmür. Çünki çıxanlar varsa, geriyə qayıdanlar, kasıb ölkələrdən gətirilib buraya məcburən köçürülüb məskunlaşdırılan ermənilər də var”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Gənclərə nümunə olacaq əsl yeniləşmə və inkişaf buna deyərlər..." - AXI NİYƏ?..
Bu gün, 09:28 |
|
|
|
• "Artıq yetər savadsız həkimlərin səhvindən əzizlərimizi itirməyimiz..." - ETİRAZ VAR...
Bu gün, 09:19 |
|
|
|
• Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarına müraciət edib - DİQQƏT
Bu gün, 09:09 |
|
|
|
• Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib - FOTO
Bu gün, 09:08 |
|
|
|
• Mərkəzi Bank ABB-nin qarşısında ACİZ QALIB? - BU NƏDİ BELƏ?..
Bu gün, 09:06 |
|
|
|
• Rəşad Nəbiyev “super nazir” oldu – RİNN tabeliyinə nəhəng strukturların verilməsinin pərdəarxası
Bu gün, 08:58 |
|
|
|
• COP29-a hansı liderlər və niyə qatılmır? - SİYAHI
Bu gün, 08:55 |
|
|
|
• Ukrayna İranla sazişi ləğv etdi - GƏRGİNLİK VAR...
Bu gün, 08:50 |
|
|
|
• Bakıda məşhur şəxs toyda oxuyarkən qəfil "SƏSİ BATDI" - Anbaan VİDEO
Bu gün, 08:48 |
|
|
|
• Həqiqi hərbi xidmətə çağırılanların tibbi yoxlanışında müəmma... - ƏƏSMN işçilərini himayə edir?
Bu gün, 08:45 |
|
|
|
• Əliyevin ZƏFƏR GÜNÜ ismarıcları... - ƏSLİNDƏ...
Bu gün, 08:38 |
|
|
|
• Biləsuvar sakinlərin MİN DƏRDİ VAR... BİR DƏRMANI... - GİLEY
Bu gün, 08:35 |
|
|
|
• İranda Azərbaycan əleyhinə təbliğatın yeni dalğası - VİDEO
Bu gün, 08:32 |
|
|
|
• Mehriban Əliyevadan Dövlət Bayrağı Günü ilə bağlı - Paylaşım
Bu gün, 08:28 |
|
|
|
• Möhnətova bu MÖHLƏTİ KİM VERİB? - İLGİNC
Bu gün, 08:25 |
|
|
|
• Trampın ikinci zühuru: Azərbaycanı və dünyanı nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 06:29 |
|
|
|
• Pentaqon ABŞ hərbi podratçılarının Ukraynaya girişinə icazə verib - TASS
Bu gün, 06:19 |
|
|
|
• Ermənistanda ədalətsizlik, korrupsiya çoxdur - Paşinyan
Bu gün, 00:30 |
|
|
|
• "Özümü dəfn edib, yaşamağı bacaran adamam"
Bu gün, 00:28 |
|
|
|
• Mübarizədə yeni mərhələ: “Trampın gələcək taleyi Konqresdən asılıdır” - GƏLİŞMƏ
Bu gün, 00:26 |
|
|
|
• Bələdiyyələrin sayı azaldıldı: Xidmətdə keyfiyyət artacaqmı? - AKTUAL
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanda Dövlət Bayrağı Günüdür - Minlərlə can qurban oldu...
Bu gün, 00:20 |
|
|
|
• Ermənistandan Bakıya kimlər gələcək? - Nazirlər, deputatlar...
Dünən, 20:26 |
|
|
|
• Azərbaycan hərbi qüdrətini 44 gün ərzində bütün dünyaya nümayiş etdirdi - MƏQALƏ
Dünən, 20:23 |
|
|
|
• 8 noyabr Şuşa şəhəri günüdür - MƏQALƏ
Dünən, 19:12 |
|
|
|
• COP29-un media tərəfdaşları açıqlanıb
Dünən, 19:09 |
|
|
|
• Əliyev İrəvana sərt xəbərdarlıq mesajı verdi: - Paşinyan xoflandı, Makrondan dəstək istədi
Dünən, 18:28 |
|
|
|
• "Bu gün biz qalib ölkənin vətəndaşlarıyıq" - deputat
Dünən, 18:27 |
|
|
|
• Ermənistan XİN-dən konstitusiya ilə bağlı mühüm açıqlama - NƏ BAŞ VERİR?
Dünən, 18:15 |
|
|
|
• 44 günlük müharibə həyatımın dönüş nöqtəsidir - Amin Musayev
Dünən, 18:12 |
|
|
|
• Hər dövlətin Trampdan özəl gözləntisi var - Görünəni odur ki...
Dünən, 17:56 |
|
|
|
• Konstitusiya bəhanəsinə son: “Parlamentin qərarı kifayətdir ki...” - GƏLİŞMƏ
Dünən, 17:54 |
|
|
|
• “İrəvanın Trampa ümidi azdır, Ermənistan özünü qorumalıdır” - Qriqor Balasanyan
Dünən, 17:51 |
|
|
|
• Nəsimi rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Dünən, 17:45 |
|
|
|
• ABŞ-da hakimiyyət dəyişikliyi Paşinyanı çıxılmaz duruma salıb - İrəvan mühüm dəstəyini itirir
Dünən, 17:41 |
|
|
|
• 8 noyabr-Zəfər Günü münasibəti ilə “Şəms” şadlıq sarayında şəhid ailələri, qazilər və müharibə veteranlarının iştirakı ilə tədbir kecirilib - FOTO
Dünən, 17:31 |
|
|
|
• Astanada Zəfər Gününə həsr edilmiş “Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru” kitabının təqdimatı olub
Dünən, 17:29 |
|
|
|
• Media qurumlarının rəhbərləri və nümayəndələri COP29-a hazırlıqla bağlı yekun işlərlə tanış olublar
Dünən, 15:19 |
|
|
|
• Qəzəbli Trampın Ağ Evə dönüşü: Amerikada yeni dönəm başlayır - AKTUAL
Dünən, 14:00 |
|
|
|
• Müharibəyə görə rusların Avropaya qapıları bağlıdır - RƏY
Dünən, 12:00 |
|
|
|
• "Çox böyük zəhmətlərdən keçdik" - deputat
Dünən, 11:52 |
|
|
|
• Paşinyan Ərdoğanla görüşdü - Dunay boyu velosiped sürdü...
Dünən, 11:43 |
|
|
|
• Avropa Azərbaycanla münasibəti tam qırmaq fikrində deyil - GÖRÜNƏNİ BUDUR...
Dünən, 11:38 |
|
|
|
• Erməni kilsəsi yenə “bulanıq suda balıq tutmağa” çalışır - KİV
Dünən, 11:35 |
|
|
|
• Qiymətləndiricilər Palatası yaradıldıqdan sonra AQC-nin taleyi necə olacaq? - AÇIQLAMA
Dünən, 11:24 |
|
|
|
• "Mənəvi ziyana görə maddi məsuliyyət daşıyır..." - Ekspert danışır...
Dünən, 11:12 |
|
|
|
• `Arkoz` Holdinq Babək sakinlərini BOĞAZA YIĞIB... - GİLEY
Dünən, 11:08 |
|
|
|
• Rusiyada bank hesabları bloklanan Hüseyn Bakıya qayıtdı - FOTO
Dünən, 11:00 |
|
|
|
• Azərbaycanlının zibilliyə atdığı araqları içən 11 nəfər öldü - TƏFƏRRÜAT
Dünən, 10:58 |
|
|
|
• “Türk NATO”su qurmaq mümkün olacaqmı? - İNCƏLƏMƏ
Dünən, 10:34 |
|
|
|
|