"Artıq yetər savadsız həkimlərin səhvindən əzizlərimizi itirməyimiz..." .....                     Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarına müraciət edib .....                     Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib .....                     Mərkəzi Bank ABB-nin qarşısında ACİZ QALIB? .....                     Rəşad Nəbiyev “super nazir” oldu .....                     COP29-a hansı liderlər və niyə qatılmır? .....                     Ukrayna İranla sazişi ləğv etdi .....                     Bakıda məşhur şəxs toyda oxuyarkən qəfil "SƏSİ BATDI" .....                     Həqiqi hərbi xidmətə çağırılanların tibbi yoxlanışında müəmma... .....                     Əliyevin ZƏFƏR GÜNÜ ismarıcları... .....                     Biləsuvar sakinlərin MİN DƏRDİ VAR... BİR DƏRMANI... .....                     İranda Azərbaycan əleyhinə təbliğatın yeni dalğası .....                     Mehriban Əliyevadan Dövlət Bayrağı Günü ilə bağlı .....                     Möhnətova bu MÖHLƏTİ KİM VERİB? .....                     Trampın ikinci zühuru: Azərbaycanı və dünyanı nə gözləyir? .....                     Pentaqon ABŞ hərbi podratçılarının Ukraynaya girişinə icazə verib .....                     Ermənistanda ədalətsizlik, korrupsiya çoxdur .....                     "Özümü dəfn edib, yaşamağı bacaran adamam" .....                     Mübarizədə yeni mərhələ: “Trampın gələcək taleyi Konqresdən asılıdır” .....                     Bələdiyyələrin sayı azaldıldı: Xidmətdə keyfiyyət artacaqmı? .....                     Azərbaycanda Dövlət Bayrağı Günüdür .....                     Ermənistandan Bakıya kimlər gələcək? .....                     Azərbaycan hərbi qüdrətini 44 gün ərzində bütün dünyaya nümayiş etdirdi .....                     8 noyabr Şuşa şəhəri günüdür .....                     COP29-un media tərəfdaşları açıqlanıb .....                     Əliyev İrəvana sərt xəbərdarlıq mesajı verdi: .....                     "Bu gün biz qalib ölkənin vətəndaşlarıyıq" .....                     Ermənistan XİN-dən konstitusiya ilə bağlı mühüm açıqlama .....                     44 günlük müharibə həyatımın dönüş nöqtəsidir .....                     Hər dövlətin Trampdan özəl gözləntisi var .....                     Konstitusiya bəhanəsinə son: “Parlamentin qərarı kifayətdir ki...” .....                     “İrəvanın Trampa ümidi azdır, Ermənistan özünü qorumalıdır” .....                     Nəsimi rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib .....                     ABŞ-da hakimiyyət dəyişikliyi Paşinyanı çıxılmaz duruma salıb .....                     8 noyabr-Zəfər Günü münasibəti ilə “Şəms” şadlıq sarayında şəhid ailələri, qazilər və müharibə veteranlarının iştirakı ilə tədbir kecirilib .....                     Astanada Zəfər Gününə həsr edilmiş “Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru” kitabının təqdimatı olub .....                     Media qurumlarının rəhbərləri və nümayəndələri .....                     Qəzəbli Trampın Ağ Evə dönüşü: Amerikada yeni dönəm başlayır .....                     Müharibəyə görə rusların Avropaya qapıları bağlıdır .....                     "Çox böyük zəhmətlərdən keçdik" .....                 

“Onlara məhz tuman məsələsi, Elzanın şeirləri önəmlidir” - Fazil Mustafadan sərt REAKSİYA
Tarix: 17-09-2024, 16:12 | Çap et
“Onlara məhz tuman məsələsi, Elzanın şeirləri önəmlidir”
Bəzən sosial şəbəkələrdə bayağı mövzular qızğın müzakirələrə səbəb olur. Məsələn, Xalq artisti Aygün Kazımovanın sinəsiaçıq geyimi, müğənni Kərimin toyda döyülməsi, ifaçı Roza Zərgərlinin dar ətəkdə efirə çıxması, Əməkdar artist Elza Seyidcahanın şeirləri və s.

Əksər hallarda belə müzakirələrə qoşulan sosial şəbəkə istifadəçilərinin sayı-hesabı olmur və hər kəs də mövzuya rəy bildirməyə çalışır. İş o yerə çatıb ki, sosial şəbəkələrdəki bayağı müzakirələrdən "ilhamlanan" telekanallar efirlərdə bu mövzularda diskussiyalar təşkil edir, saytlar ekspertlərdən "rəy" öyrənirlər.

VI çağırış Milli Məclisin deputatı Fazil Mustafa Modern.az-a bildirib ki, sözügedən müzakirələr ümumi cəmiyyəti bürümüş bayağılığın bir dalğasıdır:

“Bu gün sosial şəbəkə fenomeni elə bir hala gəlib ki, bir millətin kardioqrammasını da rahatlıqla çıxara bilir. Ona görə də ağıllısı, dəlisi, bambılısı, ciddisi - hamısı bu fenomenin içində üzə çıxmağa başlayıb. Hətta telekanallar da mövzularını sosial şəbəkələrdəki müzakirələrin təsiri altında seçirlər. Televiziyanın funksiyası heç də tərbiyələndirmə deyil. Televiziya cəmiyyətin müəyyən standartlarını gözləyə bilər. Amma cəmiyyətin tələbi nədirsə, televiziyalar da öz proqramlarını ona uyğun qurur. Əksəriyyət lağlağı, mizah, başqatan seriallar istəyirsə, onlara elmi araşdırma verilişini 10 dəfə də təqdim etsən, heç bir mənası olmayacaq. Təbii ki, bizimki kimi cahilliyin əmsalı xeyli yüksək olan cəmiyyətlərdə TV-lər ciddi gülüşü bir tərəfə qoyub mərsiyəni, yanlış dini rəvayətləri, kriminal həyatın “gözəlliklər”ini təbliğ etməyə başlayacaq. Yenə bu gülüş, məzhəkə, istehzalar insanın müəyyən dərəcə pozitiv duyğularına xitab edir. Amma digər mövzular insanın başını xarab edir”.
Müsahibimizin sözlərinə görə, ölkədə yüz minlərlə dindar cahil var:

“Təbii ki, ağıllı, savadlı din adamları da yox deyil, amma onların sayı çox azdır. Kütlənin böyük əksəriyyəti yanlış dini duyğularla yaşayır və təsəllisini orada tapır. Ölkədə fala, caduya inanan yüz minlərlə insan var. Bu insanları nə edəcəyik? Ola bilsin ki, 10 min nəfər Elza Seyidcahanın şeirlərini dinləyib sakitlik tapır. Bunun zərəri o qədər də çox deyil. Əsas zərər xurafat, cahillik, nadanlıqda axtarılmalıdır. Biz cəmiyyəti silkələməyə başlasaq, onda məktəblərdə müəllimlərdən, şagirdlərdən, tələbələrdən, elm sferasından o qədər yarpaqlar tökülə bilər ki, bütün ağaclar yarpaqsız qalar. Ona görə də cəmiyyəti çılpaqlaşdırmamaq üçün bu budaqları silkələməyə ehtiyac yoxdur. Buraxmaq lazımdır ki, cəmiyyətdə düşünən, ağıllı sayı artsın. Təbii ki, onlar hər zaman azlıqda olacaqlar. Amma onların cəmiyyətdə faiz ölçüsü çoxaldıqca, ciddi problemlər tədricən müzakirə ediləcək.

Bu gün televiziyaya çıxmayan on minlərlə təqaüdçü qadın var ki, şeir yazır. O şeirlər Elzanın şeirlərindən daha bərbaddır. Qafiyəsi yox, ideyası yox, amma hamı yazır. Necə ki hamı hacı, hacıxanım, kərbəlayı, məşədi, professor və alim olmağa axışır, eyni qaydada şeirə də bu cür axın var. Ona görə də bu kimi məsələləri öz axarına buraxmaq lazımdır ki, dedi-qodu səviyyəsində də müzakirə olunsun. Bunu ciddiləşdirməyə ehtiyac yoxdur. Televiziyalar nə etsin? Mərsiyə verməyə, krminal avtoritetləri təqdim etməyə başlasın?! Televiziya da ya meyxana səsləndirəcək, ya da Elzanın şeirlərini, hansısa müğənninin tumanının olub-olmamasını müzakirəyə çıxaracaq. Kimsə alt tumanı olmadan səhnəyə çıxır, bəs onu izləməyə çalışan 50-100 min insanı nə edək?! Onlar gedib kitab oxumayacaqlar, düşünməyəcəklər, cəmiyyətin gələcəyi ilə bağlı vacib problemləri müzakirə etməyəcəklər. Onlar üçün məhz bu tuman məsələsi, Elzanın şeirləri önəmlidir”.


F.Mustafa bildirib ki, düşünən beyinlərin azlığı meydanın bu cür mövzuları müzakirə etməsinə yol açır:

"Bu baxımdan da biz cəmiyyətdən çox şeylər gözləyirik. Qarabağın işğaldan azad olunmasının bir qrup peşəkar insanın xüsusi əzmi ilə həyata keçirildiyini unutmamalıyıq. Bütövlükdə hamımızın keçirdiyi hissləri kənara buraxaq. Kompüterin arxasında dronları idarə edən, yaxud Şuşa dağlarına dırmaşan xüsusi təyinatlı azlığın sayəsində torpaqlarımızı azad etdiyimizi diqqətdən qaçırmamalıyıq. Hər yerdə bu belədir. Sadəcə cəmiyyətdə düşünən, fədakar, marjinal insan qruplarının faizinin artması önəmlidir. Bu faiz artmadıqca və mənfiyə doğru getdikcə, biz cəmiyyətdən başqa bir müzakirə mövzusu uma bilmərik. Ona görə də Elzanın şeirlərini qadağan etməklə şeiriyatımızın gülüstan olacağını düşünürsünüzsə, bu tamamilə yanlışdır.
10-15 istedadlı yazar, şair, düşüncə adamından ibarət olan intellektual elita cəmiyyətə təsir etmək gücündə olmayacaq. Ona görə də biz Azərbaycan üçün faydalı düşünən və cəmiyyətin gələcəyi ilə bağlı narahatlığı həll etməyə çalışan filosofları, yazarları, şairləri, alimləri və keyfiyyətli müəllimləri çoxaltmalıyıq. Mütəxəssislərin sayını çoxaltmalıyıq ki, hamı öz işi məşğul olsun.

Hamı niyə Elzanın şeiri dinləyir, hansısa müğənninin tumanına gözünü dikir? Öz peşəsində ixtisaslaşmayan milyonlarla insan var. Bu insanlar yetişdiyi sahənin mütəxəssisi deyillər. Ona görə də başqa işlərlə məşğuldurlar. Onlar baxır ki, müğənni olmaq pul qazanmağın asan yoludur, azacıq səsi varsa bunu edir. Amma onu da davam etdirmək asan deyil.

İndi fonoqram mövzusu var, səs olan yerdə fonoqram niyə olmalıdır?! Demək ki, lazım olan səs yoxdur, səsi olana da qiymət yoxdur. Bir sıra məsələlər var ki, ədalətsizliyi aradan qaldırmalıyıq ki, insanlar öz qabiliyyətinə uyğun bəlli bir məkanda mövqe, vəzifə tuta bilsinlər. Biz bu ədaləti hələ yarada bilməmişik. Kimsə kiminsə hesabına, himayəsi ilə hansısa mövqeləri tuta bilirsə və digər insanlar həvəsdən düşərək yaşayırlarsa, biz bu vəziyyəti belə asanlıqla dəyişə bilməyəcəyik. Cəmiyyəti yönləndirən, tərbiyələndirən elm, ədəbiyyat yoxdur, sənət aşağı səviyyədədir. Biz bunun üzərində düşünməliyik.
Ondan sonra artıq kimsə bayağı şeir söyləməyə, bayağı mahnılar oxumağa utanacaq, geyimi ilə yox, səsi ilə müəyyən yer tutmağa çalışacaq. Ona görə də bu məsələlər fundamental araşdırma məsələsidir. Biz təkcə bayağı şeiri oxuyanı yox, həm də dinləyəni müzakirə etməliyik. Ayrılıqda müzakirə etdikdə sanki biz hamımız ağıllıyıq, amma şeiri oxuyan dəlidir deyə bir yanaşma ilə qarşılaşırıq. Cəmiyyət olaraq çox ağıllı olduğumuzu iddia etməyə tələsirik. Bunun üzərində düşünməliyik”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Artıq yetər savadsız həkimlərin səhvindən əzizlərimizi itirməyimiz..." - ETİRAZ VAR...
Bu gün, 09:19
Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarına müraciət edib - DİQQƏT
Bu gün, 09:09
Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib - FOTO
Bu gün, 09:08
Mərkəzi Bank ABB-nin qarşısında ACİZ QALIB? - BU NƏDİ BELƏ?..
Bu gün, 09:06
Rəşad Nəbiyev “super nazir” oldu – RİNN tabeliyinə nəhəng strukturların verilməsinin pərdəarxası
Bu gün, 08:58
COP29-a hansı liderlər və niyə qatılmır? - SİYAHI
Bu gün, 08:55
Ukrayna İranla sazişi ləğv etdi - GƏRGİNLİK VAR...
Bu gün, 08:50
Bakıda məşhur şəxs toyda oxuyarkən qəfil "SƏSİ BATDI" - Anbaan VİDEO
Bu gün, 08:48
Həqiqi hərbi xidmətə çağırılanların tibbi yoxlanışında müəmma... - ƏƏSMN işçilərini himayə edir?
Bu gün, 08:45
Əliyevin ZƏFƏR GÜNÜ ismarıcları... - ƏSLİNDƏ...
Bu gün, 08:38
Biləsuvar sakinlərin MİN DƏRDİ VAR... BİR DƏRMANI... - GİLEY
Bu gün, 08:35
İranda Azərbaycan əleyhinə təbliğatın yeni dalğası - VİDEO
Bu gün, 08:32
Mehriban Əliyevadan Dövlət Bayrağı Günü ilə bağlı - Paylaşım
Bu gün, 08:28
Möhnətova bu MÖHLƏTİ KİM VERİB? - İLGİNC
Bu gün, 08:25
Trampın ikinci zühuru: Azərbaycanı və dünyanı nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 06:29
Pentaqon ABŞ hərbi podratçılarının Ukraynaya girişinə icazə verib - TASS
Bu gün, 06:19
Ermənistanda ədalətsizlik, korrupsiya çoxdur - Paşinyan
Bu gün, 00:30
"Özümü dəfn edib, yaşamağı bacaran adamam"
Bu gün, 00:28
Mübarizədə yeni mərhələ: “Trampın gələcək taleyi Konqresdən asılıdır” - GƏLİŞMƏ
Bu gün, 00:26
Bələdiyyələrin sayı azaldıldı: Xidmətdə keyfiyyət artacaqmı? - AKTUAL
Bu gün, 00:24
Azərbaycanda Dövlət Bayrağı Günüdür - Minlərlə can qurban oldu...
Bu gün, 00:20
Ermənistandan Bakıya kimlər gələcək? - Nazirlər, deputatlar...
Dünən, 20:26
Azərbaycan hərbi qüdrətini 44 gün ərzində bütün dünyaya nümayiş etdirdi - MƏQALƏ
Dünən, 20:23
8 noyabr Şuşa şəhəri günüdür - MƏQALƏ
Dünən, 19:12
COP29-un media tərəfdaşları açıqlanıb
Dünən, 19:09
Əliyev İrəvana sərt xəbərdarlıq mesajı verdi: - Paşinyan xoflandı, Makrondan dəstək istədi
Dünən, 18:28
"Bu gün biz qalib ölkənin vətəndaşlarıyıq" - deputat
Dünən, 18:27
Ermənistan XİN-dən konstitusiya ilə bağlı mühüm açıqlama - NƏ BAŞ VERİR?
Dünən, 18:15
44 günlük müharibə həyatımın dönüş nöqtəsidir - Amin Musayev
Dünən, 18:12
Hər dövlətin Trampdan özəl gözləntisi var - Görünəni odur ki...
Dünən, 17:56
Konstitusiya bəhanəsinə son: “Parlamentin qərarı kifayətdir ki...” - GƏLİŞMƏ
Dünən, 17:54
“İrəvanın Trampa ümidi azdır, Ermənistan özünü qorumalıdır” - Qriqor Balasanyan
Dünən, 17:51
Nəsimi rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Dünən, 17:45
ABŞ-da hakimiyyət dəyişikliyi Paşinyanı çıxılmaz duruma salıb - İrəvan mühüm dəstəyini itirir
Dünən, 17:41
8 noyabr-Zəfər Günü münasibəti ilə “Şəms” şadlıq sarayında şəhid ailələri, qazilər və müharibə veteranlarının iştirakı ilə tədbir kecirilib - FOTO
Dünən, 17:31
Astanada Zəfər Gününə həsr edilmiş “Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru” kitabının təqdimatı olub
Dünən, 17:29
Media qurumlarının rəhbərləri və nümayəndələri COP29-a hazırlıqla bağlı yekun işlərlə tanış olublar
Dünən, 15:19
Qəzəbli Trampın Ağ Evə dönüşü: Amerikada yeni dönəm başlayır - AKTUAL
Dünən, 14:00
Müharibəyə görə rusların Avropaya qapıları bağlıdır - RƏY
Dünən, 12:00
"Çox böyük zəhmətlərdən keçdik" - deputat
Dünən, 11:52
Paşinyan Ərdoğanla görüşdü - Dunay boyu velosiped sürdü...
Dünən, 11:43
Avropa Azərbaycanla münasibəti tam qırmaq fikrində deyil - GÖRÜNƏNİ BUDUR...
Dünən, 11:38
Erməni kilsəsi yenə “bulanıq suda balıq tutmağa” çalışır - KİV
Dünən, 11:35
Qiymətləndiricilər Palatası yaradıldıqdan sonra AQC-nin taleyi necə olacaq? - AÇIQLAMA
Dünən, 11:24
"Mənəvi ziyana görə maddi məsuliyyət daşıyır..." - Ekspert danışır...
Dünən, 11:12
`Arkoz` Holdinq Babək sakinlərini BOĞAZA YIĞIB... - GİLEY
Dünən, 11:08
Rusiyada bank hesabları bloklanan Hüseyn Bakıya qayıtdı - FOTO
Dünən, 11:00
Azərbaycanlının zibilliyə atdığı araqları içən 11 nəfər öldü - TƏFƏRRÜAT
Dünən, 10:58
“Türk NATO”su qurmaq mümkün olacaqmı? - İNCƏLƏMƏ
Dünən, 10:34
DEPUTATIN “GÖYƏRÇİN DƏRDİ” – “Cərimə üstünə cərimə” istəyirlər...
Dünən, 10:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru