"Bu siyasətin əsası, zamanında ulu öndər tərəfindən qoyulub" .....                     "Gənclərə nümunə olacaq əsl yeniləşmə və inkişaf buna deyərlər..." .....                     "Artıq yetər savadsız həkimlərin səhvindən əzizlərimizi itirməyimiz..." .....                     Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarına müraciət edib .....                     Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib .....                     Mərkəzi Bank ABB-nin qarşısında ACİZ QALIB? .....                     Rəşad Nəbiyev “super nazir” oldu .....                     COP29-a hansı liderlər və niyə qatılmır? .....                     Ukrayna İranla sazişi ləğv etdi .....                     Bakıda məşhur şəxs toyda oxuyarkən qəfil "SƏSİ BATDI" .....                     Həqiqi hərbi xidmətə çağırılanların tibbi yoxlanışında müəmma... .....                     Əliyevin ZƏFƏR GÜNÜ ismarıcları... .....                     Biləsuvar sakinlərin MİN DƏRDİ VAR... BİR DƏRMANI... .....                     İranda Azərbaycan əleyhinə təbliğatın yeni dalğası .....                     Mehriban Əliyevadan Dövlət Bayrağı Günü ilə bağlı .....                     Möhnətova bu MÖHLƏTİ KİM VERİB? .....                     Trampın ikinci zühuru: Azərbaycanı və dünyanı nə gözləyir? .....                     Pentaqon ABŞ hərbi podratçılarının Ukraynaya girişinə icazə verib .....                     Ermənistanda ədalətsizlik, korrupsiya çoxdur .....                     "Özümü dəfn edib, yaşamağı bacaran adamam" .....                     Mübarizədə yeni mərhələ: “Trampın gələcək taleyi Konqresdən asılıdır” .....                     Bələdiyyələrin sayı azaldıldı: Xidmətdə keyfiyyət artacaqmı? .....                     Azərbaycanda Dövlət Bayrağı Günüdür .....                     Ermənistandan Bakıya kimlər gələcək? .....                     Azərbaycan hərbi qüdrətini 44 gün ərzində bütün dünyaya nümayiş etdirdi .....                     8 noyabr Şuşa şəhəri günüdür .....                     COP29-un media tərəfdaşları açıqlanıb .....                     Əliyev İrəvana sərt xəbərdarlıq mesajı verdi: .....                     "Bu gün biz qalib ölkənin vətəndaşlarıyıq" .....                     Ermənistan XİN-dən konstitusiya ilə bağlı mühüm açıqlama .....                     44 günlük müharibə həyatımın dönüş nöqtəsidir .....                     Hər dövlətin Trampdan özəl gözləntisi var .....                     Konstitusiya bəhanəsinə son: “Parlamentin qərarı kifayətdir ki...” .....                     “İrəvanın Trampa ümidi azdır, Ermənistan özünü qorumalıdır” .....                     Nəsimi rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib .....                     ABŞ-da hakimiyyət dəyişikliyi Paşinyanı çıxılmaz duruma salıb .....                     8 noyabr-Zəfər Günü münasibəti ilə “Şəms” şadlıq sarayında şəhid ailələri, qazilər və müharibə veteranlarının iştirakı ilə tədbir kecirilib .....                     Astanada Zəfər Gününə həsr edilmiş “Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru” kitabının təqdimatı olub .....                     Media qurumlarının rəhbərləri və nümayəndələri .....                     Qəzəbli Trampın Ağ Evə dönüşü: Amerikada yeni dönəm başlayır .....                 

Vaşinqtonun yeni cəhdi və Bakıdan mesaj... - “Məcburi vasitəçilik ola bilməz”
Tarix: 17-09-2024, 16:02 | Çap et
Vaşinqtonun yeni cəhdi və Bakıdan mesaj...
ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı sentyabrın 16-da baş tutub. Azərbaycan liderinin Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilir ki, Antoni Blinken Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunmasının vacibliyini vurğulayaraq, ABŞ-ın bu məqsədə nail olunması üçün bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib. O, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə edilmiş nailiyyətləri, o cümlədən dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanmasını müsbət addım kimi qiymətləndirib.

“Regionda artıq sülhün mövcud olduğunu deyən dövlətimizin başçısı vurğulayıb ki, məhz Azərbaycanın səyləri nəticəsində bölgəmizdə ədalətə və beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar və status-kvo yaranıb”, - deyə məlumatda vurğulanıb.

Bildirilib ki, Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin təşəbbüskarının da məhz Azərbaycan olduğunu qeyd edərək bu müqavilənin imzalanması üçün Ermənistanın Konstitusiyası və digər qanunverici aktları əsasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoymasının, həmçinin keçmişin qalığı olan ATƏT-in Minsk Qrupu və onunla bağlı olan bütün təsisatların fəaliyyətinə son qoyulmasının vacibliyini vurğulayıb.

Sərhədlərin delimitasiyası məsələsinə toxunan Prezident İlham Əliyev ikitərəfli proses çərçivəsində əldə olunmuş müsbət nəticələri qeyd edib və Əsasnamə əsasında bu prosesin aparılacağını bildirib.

Telefon söhbəti zamanı COP29-un ölkəmizdə keçirilməsi məsələsinə toxunulub. Antoni Blinken COP29-un uğurla keçirilməsi üçün ölkəsinin Azərbaycana dəstək göstərdiyini qeyd edərək Azərbaycan ilə ABŞ-ın COP komandalarının və heyətlərinin yaxından əməkdaşlıq etdiklərini vurğulayıb. Bu əməkdaşlıqdan məmnunluğunu ifadə edən Prezident İlham Əliyev COP çərçivəsində iqlim maliyyələşdirilməsi ilə əlaqədar mühüm qərarların qəbul edilməsi ilə bağlı xüsusilə inkişaf etmiş dövlətlər tərəfindən konsensusun əldə ediləcəyinə ümidvar olduğunu deyib.

“Telefon danışığı zamanı Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparılıb”, - qeyd edilib.

Beynəlxalq hüquq eksperti Fərhad Mehdiyev AYNA-ya müsahibəsində deyib ki, rəsmi Vaşinqtonun dəqiq mövqeyi və Blinkenin zənginin dəqiq detallarını bilmirik:

- Amma açıqlanan məlumat əsasında deyə bilərik ki, Blinken sülhün vacibliyini qeyd edir və daha əvvəl əldə olunan razılaşmaları sadalayır. Bununla demək olar ki, rəsmi Vaşinqton tərəfləri sülhə motivasiya etməkdə maraqlıdır. Yada salmaq istəyirəm ki, bundan əvvəl Böyük Britaniyanın Təhlükəsizlik Xidmətinin rəhbəri də Bakıya gəlmişdi. Nəzərə almaq lazımdır ki, ABŞ və Böyük Britaniya bir çox məsələlərdə müttəfiq kimi çıxış edirlər. Ola bilsin ki, bu dövlətlərdə regionda müəyyən hərəkətliliklə bağlı məlumatlar var.

Unutmayaq ki, Vaşinqton əvvəllər sülh prosesində çox aktiv idi, nazirlərin görüşlərini keçirdilər, danışıqlar aparıldı. Bu yaxınlarda isə prosesdə Rusiyanın aktivləşməsinin şahidi olduq. İndi ABŞ mesaj verir ki, sülh prosesinində var və prosesin gedişində maraqlıdır, irəliləyiş istəyir. Təbii ki, sülh prosesində beynəlxalq qüvvə kimi iştirakda birinciliyi ABŞ əldən vermək istəmir.

- Amma faktiki olaraq sülh prosesi bir müddətdir ki, vasitəçilərsiz davam edir...

- Bilirsiniz, ABŞ burada müəyyən məsələləri nəzərə almalıdır. Əslində həm ABŞ, həm Rusiya bu gün faktiki ləğv olunmuş Minsk Qrupunun həmsədrləri kimi çıxış edirlər. Lakin bu məsələdə Moskva öz mövqeyini ortaya qoyub. Rusiya bəyan edib ki, Minsk Qrupunu artıq qeyri-işlək orqan kimi görür və bu təsisatın fəaliyyətində maraqlı deyil. Prezident İlham Əliyev Minsk Qrupu ilə bağlı məsələni Vaşinqtonun diqqətinə çatdırmaqla demək istəyir ki, ABŞ Minsk Qrupu ilə bağlı mövqeyini açıq şəkildə ortaya qoymasa, sülh prosesində mediatorluq edə bilməyəcək. Məncə, Blinken bu mesajı yaxşı başa düşməlidir. Öz növbəsində, Vaşinqton mesaj verməlidir ki, Minsk Qrupunun vasitəsi ilə deyil, ABŞ olaraq vasitəçilikdə maraqlıdır.

Bilirsiniz, vasitəçilik odur ki, münaqişə tərəfləri vasitəçilik etmək istəyən qüvvələrin vasitəçiliyinə könüllü şəkildə razılıq verməlidir. Əgər tərəflərdən biri vasitəçiliyə razı deyilsə, o zaman vasitəçilik alternativ həll yolu kimi aradan çıxır. Faktiki olaraq, Minsk Qrupu aradan çıxıb. Çünki rəsmi Bakı dəfələrlə bəyan edib ki, Minsk Qrupunun vasitəçiliyindən imtina edib. Məcburi vasitəçilik isə ola bilməz.

- Ümumiyyətlə, “ölü” qurum olan Minsk Qrupunun sözdə fəaliyyəti kimə faydalıdır?

- Ermənistan Minsk Qrupundan istifadə etməkdə maraqlıdır. Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla şərtsiz razılaşmada maraqlı deyil. Rəsmi İrəvan Bakı ilə danışıqlar masasında əlinin güclü olmasını istəyir. Paşinyan Qarabağdan könüllü gedən ermənilərdən alver predmeti kimi istifadə etmək niyyətindədir. Minsk Qrupu isə İrəvana bunun üçün lazımdır. Amma Paşinyan yaddan çıxarmamalıdır ki, Ermənistandan qovulan və sayları Qarabağdan könüllü gedən ermənilərin sayından qat-qat çox olan Qərbi Azərbaycan qaçqınları var. Azərbaycan bu məsələni ortaya qoyacaq ki, İrəvan burada “pas” vəziyyətinə düşəcək.

Eyni zamanda, ABŞ, Fransa, elə Rusiyanın özü də Minsk Qrupunun fəaliyyətində maraqlıdır. Söhbət vasitəçilik niyyətinin davam etməsindən gedir. Rusiya reallığı başa düşdü və israr etmir. ABŞ və Fransa da reallığı anlamalıdırlar. Dediyim kimi, tərəflərdən biri Minsk Qrupunun vasitəçiliyinə razı deyilsə, o zaman zorla vasitəçilik mümkün olmayacaq.

- Sülh sazişi üçün indi nə çatmır?

- Əslində Ermənistan ədalətli sülh üçün çox addımlar atmalıdır. Məsələn, müharibə təzminatı deyilən bir məsələ var. Biz 30 ildən çox işğalda qalan Azərbaycan ərazilərinin, kənd, qəsəbə, şəhərlərin necə viran edildiyi faktı ortadadır. Bu dağıntıların, vandalizmin təsirlərinin aradan qaldırılmasına milyardlarla vəsait lazımdır. Amma ədalətli sülh üçün İrəvanın çox şey etmək niyyəti yoxdur.

Sazişin imzalanmasına gəlincə, Azərbaycanın sülh sazişi ilə bağlı təklifləri ağlabatandır. Bakının tələbləri ortadadır və onlar yerinə yetirilməlidir. Lakin Ermənistan tərəfi bu tələblərdən boyun qaçırır. Məsələn, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasını özündə ehtiva edən maddə dəyişməlidir. Lakin Ermənistan bunu dəyişmək istəmir. Bu isə sazişin imzalanmasına mane olan amillərdən biridir.

- Rəsmi İrəvan və şəxsən Paşinyan tərəfindən sülhə razılıqla bağlı bəyanatlar verilir. Digər tərəfdən isə Bakının tələblərini yerinə yetirmək istəmirlər. Bu ziddiyyətin səbəbi nədir?

- Paşinyan bilir ki, indi konstitusiya islahatları aparmaq üçün referendum keçirsə, qorxur ki, tələb olunan səsi əldə etməyə bilər. Bu, Paşinyan hakimiyyəti üçün böyük sınaq olar. Düzdür, Ermənistanda indi Paşinyan qədər populyar olan ikinci bir siyasətçi yoxdur. Lakin Paşinyana səs verəcək ermənilərin faizi 50-dən çox deyil. Bu gün ümumi seçicinin 40 faizdən artığı Paşinyanı dəstəkləmir. Amma ən çox dəstəkçi də Paşinyanındır, digər siyasi qüvvələr, 10-15 faiz civarında dəstəklənir. Sabah referendum keçirilsə, ermənilərin neçə faizinin Paşinyanın islahatlarına dəstək verəcəyi tam bəlli deyil. Bu isə Nikolun əminliyinə çübhə ilə yanaşmasına səbəb olur. Ola bilsin ki, Paşinyan “Tarixi Ermənistan nağılının arxasınca qaçmaq lazım deyil” bəyanatı verməklə erməniləri reallığa alışdırır. Ona görə də konstitusiya islahatını 2027-ci ilədək uzatmaq istəyir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bu siyasətin əsası, zamanında ulu öndər tərəfindən qoyulub" - deputat
Bu gün, 09:41
"Gənclərə nümunə olacaq əsl yeniləşmə və inkişaf buna deyərlər..." - AXI NİYƏ?..
Bu gün, 09:28
"Artıq yetər savadsız həkimlərin səhvindən əzizlərimizi itirməyimiz..." - ETİRAZ VAR...
Bu gün, 09:19
Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarına müraciət edib - DİQQƏT
Bu gün, 09:09
Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib - FOTO
Bu gün, 09:08
Mərkəzi Bank ABB-nin qarşısında ACİZ QALIB? - BU NƏDİ BELƏ?..
Bu gün, 09:06
Rəşad Nəbiyev “super nazir” oldu – RİNN tabeliyinə nəhəng strukturların verilməsinin pərdəarxası
Bu gün, 08:58
COP29-a hansı liderlər və niyə qatılmır? - SİYAHI
Bu gün, 08:55
Ukrayna İranla sazişi ləğv etdi - GƏRGİNLİK VAR...
Bu gün, 08:50
Bakıda məşhur şəxs toyda oxuyarkən qəfil "SƏSİ BATDI" - Anbaan VİDEO
Bu gün, 08:48
Həqiqi hərbi xidmətə çağırılanların tibbi yoxlanışında müəmma... - ƏƏSMN işçilərini himayə edir?
Bu gün, 08:45
Əliyevin ZƏFƏR GÜNÜ ismarıcları... - ƏSLİNDƏ...
Bu gün, 08:38
Biləsuvar sakinlərin MİN DƏRDİ VAR... BİR DƏRMANI... - GİLEY
Bu gün, 08:35
İranda Azərbaycan əleyhinə təbliğatın yeni dalğası - VİDEO
Bu gün, 08:32
Mehriban Əliyevadan Dövlət Bayrağı Günü ilə bağlı - Paylaşım
Bu gün, 08:28
Möhnətova bu MÖHLƏTİ KİM VERİB? - İLGİNC
Bu gün, 08:25
Trampın ikinci zühuru: Azərbaycanı və dünyanı nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 06:29
Pentaqon ABŞ hərbi podratçılarının Ukraynaya girişinə icazə verib - TASS
Bu gün, 06:19
Ermənistanda ədalətsizlik, korrupsiya çoxdur - Paşinyan
Bu gün, 00:30
"Özümü dəfn edib, yaşamağı bacaran adamam"
Bu gün, 00:28
Mübarizədə yeni mərhələ: “Trampın gələcək taleyi Konqresdən asılıdır” - GƏLİŞMƏ
Bu gün, 00:26
Bələdiyyələrin sayı azaldıldı: Xidmətdə keyfiyyət artacaqmı? - AKTUAL
Bu gün, 00:24
Azərbaycanda Dövlət Bayrağı Günüdür - Minlərlə can qurban oldu...
Bu gün, 00:20
Ermənistandan Bakıya kimlər gələcək? - Nazirlər, deputatlar...
Dünən, 20:26
Azərbaycan hərbi qüdrətini 44 gün ərzində bütün dünyaya nümayiş etdirdi - MƏQALƏ
Dünən, 20:23
8 noyabr Şuşa şəhəri günüdür - MƏQALƏ
Dünən, 19:12
COP29-un media tərəfdaşları açıqlanıb
Dünən, 19:09
Əliyev İrəvana sərt xəbərdarlıq mesajı verdi: - Paşinyan xoflandı, Makrondan dəstək istədi
Dünən, 18:28
"Bu gün biz qalib ölkənin vətəndaşlarıyıq" - deputat
Dünən, 18:27
Ermənistan XİN-dən konstitusiya ilə bağlı mühüm açıqlama - NƏ BAŞ VERİR?
Dünən, 18:15
44 günlük müharibə həyatımın dönüş nöqtəsidir - Amin Musayev
Dünən, 18:12
Hər dövlətin Trampdan özəl gözləntisi var - Görünəni odur ki...
Dünən, 17:56
Konstitusiya bəhanəsinə son: “Parlamentin qərarı kifayətdir ki...” - GƏLİŞMƏ
Dünən, 17:54
“İrəvanın Trampa ümidi azdır, Ermənistan özünü qorumalıdır” - Qriqor Balasanyan
Dünən, 17:51
Nəsimi rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Dünən, 17:45
ABŞ-da hakimiyyət dəyişikliyi Paşinyanı çıxılmaz duruma salıb - İrəvan mühüm dəstəyini itirir
Dünən, 17:41
8 noyabr-Zəfər Günü münasibəti ilə “Şəms” şadlıq sarayında şəhid ailələri, qazilər və müharibə veteranlarının iştirakı ilə tədbir kecirilib - FOTO
Dünən, 17:31
Astanada Zəfər Gününə həsr edilmiş “Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru” kitabının təqdimatı olub
Dünən, 17:29
Media qurumlarının rəhbərləri və nümayəndələri COP29-a hazırlıqla bağlı yekun işlərlə tanış olublar
Dünən, 15:19
Qəzəbli Trampın Ağ Evə dönüşü: Amerikada yeni dönəm başlayır - AKTUAL
Dünən, 14:00
Müharibəyə görə rusların Avropaya qapıları bağlıdır - RƏY
Dünən, 12:00
"Çox böyük zəhmətlərdən keçdik" - deputat
Dünən, 11:52
Paşinyan Ərdoğanla görüşdü - Dunay boyu velosiped sürdü...
Dünən, 11:43
Avropa Azərbaycanla münasibəti tam qırmaq fikrində deyil - GÖRÜNƏNİ BUDUR...
Dünən, 11:38
Erməni kilsəsi yenə “bulanıq suda balıq tutmağa” çalışır - KİV
Dünən, 11:35
Qiymətləndiricilər Palatası yaradıldıqdan sonra AQC-nin taleyi necə olacaq? - AÇIQLAMA
Dünən, 11:24
"Mənəvi ziyana görə maddi məsuliyyət daşıyır..." - Ekspert danışır...
Dünən, 11:12
`Arkoz` Holdinq Babək sakinlərini BOĞAZA YIĞIB... - GİLEY
Dünən, 11:08
Rusiyada bank hesabları bloklanan Hüseyn Bakıya qayıtdı - FOTO
Dünən, 11:00
Azərbaycanlının zibilliyə atdığı araqları içən 11 nəfər öldü - TƏFƏRRÜAT
Dünən, 10:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru