Bazar payımızı artırmaqda maraqlı deyilik - "Bakcell"
Tarix: 9-06-2017, 12:00 |
Çap et
"Bakcell" MMC bazar payının artırılmasında maraqlı deyil.
"Report"un verdiyi xəbərə görə, bu barədə şirkətin baş icraçı direktoru Nikolay Bekkers (Nikolai Beckers) bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.
"Hazırda bazar sabitdir. Biz mövcud müştərilərimizə yüksək keyfiyyətli xidmət göstərmək niyyətindəyik. Alıcılıq qabiliyyəti azaldğı halda bazar payını təqib etmək yaxşı heç də yaxşı strategiya deyil", - deyə o, qeyd edib.