"Azercell" Bakıda "Formula-1" Avropa Qran-prisinin dəstəkləməyə hazırdır
Tarix: 15-04-2016, 12:15 |
Çap et
"Azercell" şirkəti 2015-ci ildə Azərbaycanda telekommunikasiyaların inkişafına 68 milyon manat investisiya yatırıb.
Trend-in məlumatına görə, bunu "Azercell"in prezidenti Vahid Mürsəliyev "The Business Year" jurnalına müsahibəsində deyib.
Onun sözlərinə görə, hazırda şirkət Azərbaycanda və regionda ilk və iri LTE-şəbəkəsinə (4G) malikdir.
V. Mürsəliyev qeyd edib ki, "Azercell" Bakıda "Formula-1" Avropa Qran-prisinin keçirilməsi zamanı mobil xidmətlərini təqdim etməyə hazırdır.
O diqqətə çatdırıb ki, şirkətin əsas məqsədlərindən biri yüksək sürətli mobil internetə girişin genişləndirilməsidir.