38 yaşlı satıcı Murod hər həftə "WhatsApp"ı açır, təraş olunmuş üzünün şəklini çəkərək polisə göndərir. "DİA-AZ"ın məlumatına görə, o, Tacikistanın cənubundakı Boxtar şəhərində yaşayır. Deyir, polis onu saqqalına görə saxlayıb. Üç gün nəzarətdə saxladıqdan sonra bu tələbi yerinə yetirir.
"Hər həftə məndən saqqalı qırxılmış üzümün fotosunu tələb edirlər", – təhlükəsizlik səbəbindən adı dəyişdirilən Murod deyib.
O, ictimai asayişi pozmaqda ittiham edilib, inzibati xəta törətdiyini bildirərək onu 180 somoni (18 ABŞ dolları) məbləğində cərimələyiblər.
AzadlıqRadiosu hadisə ilə bağlı sorğusuna polis orqanlarından cavab ala bilməyib.
10 milyondan çox əhalisi olan Tacikistanda əhalinin çoxu müsəlmandır. Son illər rəsmi qurumlar Tacikistanın milli mədəniyyətinə uyğun saymadığı geyim və digər görünüş formalarını məhdudlaşdırır.






















