"ABB, mənim "Temu"dan qayıdan 46 manatmı niyə vermirsiz?" "DİA-AZ" xəbər verir ki, bu barədə "AZBank Klubu" sosial qrupundakı paylaşımında Təranə Vahidova adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Bu gün 5 dəfə yığmışam sizi. Nəticə sıfır. Ehtiyacınız varsa, deyin, sizə hədiyyə edim.
Əməkdaşlarınız belə aydınlıq gətirə bilmədilər ki, nədən geri qayıdan pulumu hələ də özümə vermirlər..."









