Xəbər verdiyimiz kimi, Tahir Yaqub oğlu Budaqov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Ölkənin hakim partiyası olan YAP-a faktiki rəhbərlik edən Tahir Budaqovun rayon icra hakimiyyətinin başçısı təyin olunması birmənalı qarşılanmayıb.
Gununsesi.info -nun araşdırması zamanı bu təyinatın pərdəarxası məqamı üzə çıxıb.
Belə ki, məlumatlı mənbənin saytımıza verdiyi xəbərə görə, Tahir Budaqov bir müddət sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postuna təyinat alacaq.









