Kimlər nazir müavinləri ola biləcək? .....                     "35 il əvvəl, mən KVN oynayanda məni də dəstəklədilər" .....                     Qatilin fəryadı .....                     Bakı Şəhər İcra Hakimiyyəti 23,9 milyon xərcləyəcək .....                     Hicran Əyyubova burda da narazılıq yaradır... .....                     Əvəz Qocayevin taleyi İPDƏN ASILIDIR .....                     Budaqov “Qarant İnşaat”ı durdura biləcəkmi? .....                     Müştərini heyvan yerinə qoymaq... .....                     İran və Rusiya nə deyəcək... .....                     Azərbaycan özünün milli anti-PUA strategiyasını hazırlamalıdır .....                     Azərbaycan-ABŞ: strateji tərəfdaşlar və... başqaları .....                     Vens Azərbaycan və Ermənistana 20 hərbi təyyarədə nə gətirib? .....                     Şəxs özü məlumatları paylaşırsa,... .....                     “Bu qədər pul bunlarda haradandır?” .....                     Veysəl Rzayev bıçaqlanandan sonra .....                     ABŞ komandanlığı Yaxın Şərqə ikinci təyyarədaşıyan gəmi göndərməyə hazırlaşır .....                     Daha bir müğənnidən qalmaqallı təklif .....                     Azərbaycan vasitəsilə Ermənistana taxıl tədarükü müntəzəm xarakter alıb .....                     Nazirlik Abid Şərifovun qızından 35 min manata ofis icarəyə götürüb .....                     Azərbaycan üzərindən ixrac marşrutu Ermənistan biznesi üçün açıqdır .....                     Yanvarda Azərbaycan vətəndaşları içki və siqaretə 259 milyon manat xərcləyiblər .....                     “Halfmoon Project” şirkəti “Nardaran İnvest” ilə birləşdi, .....                     İcra başçısına yeni müavin təyin olundu .....                     "Var gücü ilə qaldırıb yerə çırpdı" .....                     Eks-deputatlar olan ata-oğulun bitməyən torpaq qovğası .....                     Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir .....                     Budaqovla bağlı YENİ İDDİA... .....                     İrəvanda "Solovyov qırğını" .....                     Qlobal problem: mənzil və ərzaq sürətlə bahalaşır .....                     Ramin Rzayev Fariz Babayevə vəzifə verdi .....                     “Aqrarkredit” pəncərə və qapısını 52 min manata dəyişdirir .....                     Perinatal Mərkəzdə təmir bitsə də, fəaliyyətə başlamır .....                     Azərbaycanda əsgərliyi pulla almaq mümkün olacaq? .....                     Xəbərdarlıq edirəm: Ermənistan bu ərazini itirir .....                     Biləsuvarda kişi qardaşı arvadının ağzını partlatdı .....                     Nəsimi Nəbizadə reabilitasiya mərkəzi açır .....                     Parlament seçkilərinə qədər sülh müqaviləsinin imzalanması mümkündür .....                     "Gətirdiyi qadınlar həyətdə çılpaq gəzirdi" .....                     Azərbaycanda ən çox bu sahələrə investisiya yatırılıb .....                     “Papanin hospitalı”nın rəisi işdən çıxarıldı .....                 

Perinatal Mərkəzdə təmir bitsə də, fəaliyyətə başlamır - 7 körpənin öldüyü yanğınla bağlı məhkəmə
Tarix: Dünən, 16:38 | Çap et

“Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə iki zərərçəkən ərizə verərək sabiq direktor Mehriban Abasquliyevaya qarşı şikayət və ya tələblərinin olmadığını bildiriblər.

Prosesin davamında Mehriban Abasquliyevanın vəkili müdafiə etdiyi şəxsin ifadə vermək istədiyi söyləyib. M.Abasquliyeva ifadəsində bildirib ki, o, 2022-ci ildən mərkəzdə yanğın baş verənədək direktor vəzifəsində çalışıb: "Hadisə olan gecə təcili yardım şöbəsindən zəng edib mənə məlumat verdilər. Mən də öz növbəmdə TƏBİB-in icracı direktoruna və yanğınsöndürənlərə məlumat verdim. Dedilər ki, yanğınsöndürənlər artıq hadisə yerindədir. Ora çatan kimi xəstələrin və əməkdaşların təxliyəsi ilə məşğul olduq. TƏBİB-in icraçı direktoru da orda idi. Daha sonra hadisə yerinə prokurorluq əməkdaşları gəldi və məndən sənədləri tələb etdilər. Onların tələbinə əsasən, mən və mərkəzin 15-ə yaxın əməkdaşı Baş Prokuroluğun İstintaq İdarəsində ifadə verdik. Həmin vaxt ifadə verə bilmədim, çünki hadisənin stressini və yorğunluğunu üstümdən ata bilməmişdim. Təqdim olunan sənədləri imzaladım. Mənə dövlət hesabına vəkil verdilər. Halbuki vəkil tutmağa imkanım var idi. Barəmdə ev dustaqlığı və vəzifədən kənarlaşdırma tədbirləri seçiləndən sonra bu qərardan şikayət verdim. Yalnız o zaman öz vəkillərimlə əlaqə saxlaya bildim".

Mehriban Abasquliyeva əlavə edib ki, onun əmək müqaviləsində yanğın təhlükəsizliyi ilə bağlı öhdəlik yazılmayıb. Onun sözlərinə görə, mərkəzdə küvəzlərdən başqa hər yeri kamera çəkib: "Küvəzdə baş verən nasazlıq səbəbindən yanğın olub. Nasazlıq hər an ola bilərdi, 3 ay əvvəl də, 3 saat əvvəl də. Mən evimdə olanda küvəzdə nəsə olubsa, haradan biləcəkdim? Müəssisədəki 439 nəfər işçinin əvəzinə mən işləyəsi deyildim ki”.

O, həmçinin əlavə edib ki, Perinatal Mərkəzdə təmir işləri bitsə də, yanğın təhlükəsizliyi tələbinə cavab vermədiyi üçün fəaliyyətə başlamır: “Bu vaxta qədər bu məsələ həll olunmayıbsa, mən çalışdığım qısa müddətdə necə yanğın təhlükəsizliyini təmin edə bilərdim? Mərkəzin məndən əvvəlki direktoru Məryəm Rzayevanın da məsuliyyətini mənim üzərimə atırlar. O, məsuliyyət daşıdığı halda cinayət məsuliyyətinə cəlb olunmayıb".

M.Abasquliyeva əlavə edib ki, öhdəliyi olmasa da, mərkəzdə bu məsələdən irəli gələn problemləri aradan qaldırıb: "Məryəm Rzayevanın direktor olduğu vaxtda təxliyə pilləkənləri zibil yeri kimi istifadə olunurdu. Hətta ora yanan materiallar da yığmışdılar. Mən vəzifəyə təyin ediləndə həmin yeri təmizlətdirmişəm”.

Proses fevralın 25-də davam etdiriləcək.

Qeyd edək ki, 2024-cü il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib. Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda, istintaqla Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kimlər nazir müavinləri ola biləcək? - "Siyahı istəsələr verə bilərəm..."
Bu gün, 07:10
"35 il əvvəl, mən KVN oynayanda məni də dəstəklədilər"
Bu gün, 07:04
Qatilin fəryadı - Mən bəraət istəyirəm!
Bu gün, 06:55
Bakı Şəhər İcra Hakimiyyəti 23,9 milyon xərcləyəcək
Bu gün, 06:44
Hicran Əyyubova burda da narazılıq yaradır... - Məhkəməyə müraciət olundu
Bu gün, 06:40
Əvəz Qocayevin taleyi İPDƏN ASILIDIR - GƏLİŞMƏ
Bu gün, 06:29
Budaqov “Qarant İnşaat”ı durdura biləcəkmi? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:19
Müştərini heyvan yerinə qoymaq... - ETİRAZ VAR!
Bu gün, 06:14
İran və Rusiya nə deyəcək... - Görünəni odur ki...
Bu gün, 06:10
Azərbaycan özünün milli anti-PUA strategiyasını hazırlamalıdır - YOXSA...
Bu gün, 06:07
Azərbaycan-ABŞ: strateji tərəfdaşlar və... başqaları - İNCƏLƏMƏ
Bu gün, 06:05
Vens Azərbaycan və Ermənistana 20 hərbi təyyarədə nə gətirib? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:00
Şəxs özü məlumatları paylaşırsa,... - onların istifadəsi məsuliyyət yaratmır..
Bu gün, 05:57
“Bu qədər pul bunlarda haradandır?” - Blogerlərlə iş xanımı arasında qalmaqal
Bu gün, 05:54
Veysəl Rzayev bıçaqlanandan sonra - FOTO
Bu gün, 05:49
ABŞ komandanlığı Yaxın Şərqə ikinci təyyarədaşıyan gəmi göndərməyə hazırlaşır - “The Wall Street Journal”
Bu gün, 05:46
Daha bir müğənnidən qalmaqallı təklif - “Boşananların uşaqları əlindən alınsın”
Dünən, 18:07
Azərbaycan vasitəsilə Ermənistana taxıl tədarükü müntəzəm xarakter alıb - Rusiya Dəmir Yolları
Dünən, 18:02
Nazirlik Abid Şərifovun qızından 35 min manata ofis icarəyə götürüb - TƏFƏRRÜAT
Dünən, 18:00
Azərbaycan üzərindən ixrac marşrutu Ermənistan biznesi üçün açıqdır - Paşinyan
Dünən, 17:59
Yanvarda Azərbaycan vətəndaşları içki və siqaretə 259 milyon manat xərcləyiblər
Dünən, 17:23
“Halfmoon Project” şirkəti “Nardaran İnvest” ilə birləşdi, rəhbərlik yenidən təşkil olundu
Dünən, 17:21
İcra başçısına yeni müavin təyin olundu - ƏMR
Dünən, 17:16
"Var gücü ilə qaldırıb yerə çırpdı" - Xaricdə qətl törədən azərbaycanlıların İŞİ
Dünən, 17:11
Eks-deputatlar olan ata-oğulun bitməyən torpaq qovğası – İNANILMAZ GƏLİŞMƏ
Dünən, 17:10
Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir - MƏQALƏ
Dünən, 17:05
Budaqovla bağlı YENİ İDDİA... - belə deyirlər...
Dünən, 17:03
İrəvanda "Solovyov qırğını" - "İnsanlar axmaq deyil..."
Dünən, 16:57
Qlobal problem: mənzil və ərzaq sürətlə bahalaşır - ARAŞDIRMA
Dünən, 16:49
Ramin Rzayev Fariz Babayevə vəzifə verdi - FOTO
Dünən, 16:46
“Aqrarkredit” pəncərə və qapısını 52 min manata dəyişdirir - 5 ayda ikinci tender
Dünən, 16:40
Perinatal Mərkəzdə təmir bitsə də, fəaliyyətə başlamır - 7 körpənin öldüyü yanğınla bağlı məhkəmə
Dünən, 16:38
Azərbaycanda əsgərliyi pulla almaq mümkün olacaq? - AÇIQLAMA
Dünən, 16:31
Xəbərdarlıq edirəm: Ermənistan bu ərazini itirir – Danielyan
Dünən, 16:27
Biləsuvarda kişi qardaşı arvadının ağzını partlatdı - "Niyə mənimlə bir evdə yaşayırsan?"
Dünən, 16:23
Nəsimi Nəbizadə reabilitasiya mərkəzi açır
Dünən, 16:21
Parlament seçkilərinə qədər sülh müqaviləsinin imzalanması mümkündür - Natiq Miri ŞƏRH EDİR
Dünən, 16:20
"Gətirdiyi qadınlar həyətdə çılpaq gəzirdi" - Qardaşını öldürən Aminin MƏHKƏMƏSİ
Dünən, 16:13
Azərbaycanda ən çox bu sahələrə investisiya yatırılıb
Dünən, 16:11
“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı - Yeni rəis odur
Dünən, 16:06
Sevinc Yusubova işdən azad edildi - ƏMR
Dünən, 16:04
Dosent Faiq Ələkbərli Kokandda Nizami Gəncəvi və Əlişir Nəvainin insanlıq fəlsəfəsindən məruzə edib - FOTO
Dünən, 15:54
Elmira Axundovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
Dünən, 15:47
Bu il işdən çıxarılan və yüksək vəzifəyə təyin olunan məmurlar - SİYAHI
Dünən, 15:43
Yazıçı 5 manatından keçib teatra gəlmirsə, mən niyə 5 manat verib onun kitabını almalıyam? - Xalq artisti
Dünən, 15:42
Deputatın oğlu ilə 14 min manatlıq icarə müqaviləsi - DETALLAR
Dünən, 15:41
"İmzamı saxtalaşdırıb, 36 min yüklədilər... MƏHKƏMƏ GÖZ YUMDU" - BU NƏDİ BELƏ?..
Dünən, 15:39
Ukrayna nümayəndə heyətini danışıqlar üçün Moskvaya göndərə bilər - “Times of Ukraine”
Dünən, 15:35
"Netanyahunun Vaşinqton səfəri: İran razılaşması əsas gündəmdir" - "Vesty"
Dünən, 15:27
“Paşinyana görə, sülh hər şeyi Azərbaycan və Türkiyəyə verməkdir” - Çalabyan
Dünən, 15:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru