İrəvan Məhkəməsi Şahramanyanın Qarabağla bağlı iddiasını rədd etdi .....                     İran müharibəyə belə hazırlaşır .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Anar Əzimov AQTA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri təyin edilib .....                     İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib .....                     Dondurulmuş mal əti Azərbaycana hansı ölkələrdən gətirilir? .....                     Ermənistan ordusu hücum silahları almağa başladı: Paşinyan müharibəyə hazırlaşır? .....                     “Xalq” qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib .....                     Səlim Müslümovun milyonluq evi və obyekti satılır .....                     Paşinyan HƏDDİNİ aşdı .....                     İranla müharibə İsrailə neçəyə başa gələcək? .....                     Mehdiyevin qardaşının tikdirdiyi qəzalı bina .....                     Cəlilabadda QANDONDURAN CİNAYƏT .....                     “Gözlərimə inanmadım ki, Faiq Ağayevin mənimlə nə işi var?” .....                     Kafedə yeyib-içdikdən sonra dostlarını siqaret üstündə bıçaqladı .....                     Moskva və Qars müqavilələrinin adı Naxçıvan Konstitusiyasından çıxarılır .....                     “Paşa Sığorta”dan ŞİKAYƏT: “Uzaq durun” .....                     "Rabitəbank" ASC-də yeni təyinat .....                     Tanınmış aparıcıdan ETİRAF .....                     Vens Zəngəzur dəhlizinə görə Bakı və İrəvana gəlir .....                     Zelenskinin açıqlaması həm də bir "taym-aut" cəhdidir .....                     Trampın Azərbaycanla bağlı iddiası gülməlidir .....                     İki şirkətin ixrac gəlirlərində milyonluq itki yarandı .....                     GDU rektoru ilə bağlı ŞOK İDDİALAR .....                     Sahibkar onu güllələyəni bıçaqlayıbmış .....                     Universitet tədbirlərinə yarım milyondan çox xərclənəcək .....                     Baş Prokurorluqda yeni təyinat .....                     İki AYB üzvü yeni ədəbi cərəyan yaratdığını elan etdi .....                     Gənclər Gününə həsr olunan “GəncLAND” festivalı keçirildi .....                     Rusiya xarici işlər naziri miflərin arxasında gizlənir, çünki.. .....                     4,2 milyonluq sifariş alan şirkət "qara siyahı"ya salındı .....                     “Kurtlar Vadisi”ndən “Epşteyn işi”nə uzanan “sehrli maddə” .....                     Bərbərxanada zarafata görə dava düşdü, .....                     “QHT işi” üzrə ittiham olunan ABŞ fondunun Azərbaycan üzrə məsləhətçisinin məhkəməsi başlayır .....                     “Oğlumun autizm olduğunu biləndə qohumlar bizdən uzaqlaşdı, .....                     Məhkəmə “Ballı”nın sahibini öldürmək istəyən şəxslə bağlı qərar çıxardı .....                     ETN “Ecomedi”lə “dezinfeksiya əməliyyatı”: 3 ildə 18.6 milyon manatlıq tender .....                     Ermənilər Nüvədiyə yol çəkir .....                     Gözəl görünmək istəyənlər özlərini TƏHLÜKƏYƏ ATIR... .....                     “Sirab”ın sahibi yeni şirkət yaradıb .....                 

GDU rektoru ilə bağlı ŞOK İDDİALAR - BU NƏDİ BELƏ?
Tarix: Bu gün, 11:34 | Çap et

Yusif Yusibov aldığı rüşvətin üstü açılmasın deyə, öz keçmiş köməkçisi Həmidə Qasımovanı ləkələyərək işdən azad etdi və öz adamları vasitəsilə “TikTok” platformasında onun barəsində böhtan xarakterli, rüsvayedici video yaydırdı.

Rektor Elm və Təhsil Nazirliyinin vəzifəli şəxslərinin, o cümlədən Ülkər Səttarovanın, Emin Əmrullayevin və Tural Əhmədovun ünvanına burada yazılması mümkün olmayan təhqiredici sözlər işlədib

Bu iddialar Gəncə Dövlət Universitetində yaşananlarla bağlı Yenixeber.org-a daxil olmuş yazıda yer alır...

Aktuallığını nəzərə alıb, müəyyən düzəliş və ixtisarlarla yazını dərc edirik:

Gəncə Dövlət Universitetinin 75 yaşlı rektoru Yusif Yusibovun özbaşınalıqları bitmək bilmir. Təsəvvür edin ki, bu adam şəhər prokurorunu belə ... ələ aldığını iddia edir. Bu söz onun yaxın ətrafı ilə söhbət zamanı ağzından çıxıb və həmin şəxslər də bunu müxtəlif yerlərdə danışırlar. Universitetdə onun qeyri-qanuni əməlləri ilə razılaşmayan şəxslər işdən azad edilir, ləkələnir, sosial şəbəkələrdə ailələrinin yanında biabır etdirilirlər.

Bir müddət əvvəl universitetin dəftərxanasının əməkdaşı Günay Asim qızı Məmmədova ləkələnərək işdən azad edilmişdi. Bu xanım hər yerə şikayət etsə də, baxan olmadı. Nəticədə həmin qadın universitetin ərazisində damarlarını kəsib, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, onun səsi batırıldı və bu hadisə ilə bağlı heç bir araşdırma aparılmadı.

Yusif Yusibov aldığı rüşvətin üstü açılmasın deyə, öz keçmiş köməkçisi Həmidə Qasımovanı ləkələyərək işdən azad etdi və öz adamları vasitəsilə “TikTok” platformasında onun barəsində böhtan xarakterli, rüsvayedici video yaydırdı. Həmin qadın həftələrlə xəstəxanada qaldı, sonda isə evini sataraq Bakıya köçməyə məcbur oldu. Ümumiyyətlə, Yusif Yusibovun özbaşınalığının həddi-hüdudu yoxdur.

Yusif Yusibov bu yaxınlarda, 22 yanvar tarixində axşam saat 19:00-da Gəncədə yerləşən “Alov” restoranında yaxın ətrafını başına toplayaraq məclis təşkil edib. Həmin qonaqlıqda bütün prorektorlar, dekanlar, müşavirlər — bir sözlə, rektorun yaxın ətrafından 20–25 nəfər iştirak edib. Maraqlıdır ki, qonaqlığın xərcini özü ödəmək əvəzinə, pulunu dekanlardan yığıb.

Həmin qonaqlıq zamanı rektor yaşına yaraşmayan ifadələr işlədib. Bütün bu danışıqlar məqsədli şəkildə restoranın həmin otağında əvvəlcədən quraşdırılmış kamera vasitəsilə qeydə alınıb. Rektor həmin məclisdə Elm və Təhsil Nazirliyinin vəzifəli şəxslərinin, o cümlədən Ülkər Səttarovanın, Emin Əmrullayevin və Tural Əhmədovun ünvanına burada yazılması mümkün olmayan təhqiredici sözlər işlədib. O, bildirib ki, orada ən layiqli adam onun dostu Firudin Qurbanovdur, ona daim müəyyən məlumatlar verir və o da buna uyğun fəaliyyətini planlaşdırır.

O, həmçinin qeyd edib ki, İlqar Kubışev Regional Kollecdə direktor işlədiyi dövrdə orada qayda-qanun yaratmışdı, lakin Elm və Təhsil üzrə Agentlik “buraxmanın, axmağın birini” ora direktor təyin edib. Bildirib ki, onun başqa əlacı qalmayıb və bir gün gedib Xoşunu oradan “təpiklə çıxaracaq”. “Xoşu” dedikdə Gəncə Regional Kollecin direktoru Xoşqədəm Xudiyevanı nəzərdə tutur.

Xoşqədəm Xudiyevaya qarşı mətbuatda və sosial şəbəkələrdə aparılan kampaniya Yusif Yusibovun xüsusi tapşırığı ilə Ümumi işlər üzrə prorektor Samir Məmmədovun vasitəsilə maliyyələşdirilir.

Xoşqədəm Xudiyeva protokola əsasən Gəncə Dövlət Universitetinin Elmi Şurasının üzvüdür. Lakin bu günə qədər bir dəfə də olsun Elmi Şuranın iclasında iştirak etməyib. Səbəb isə Elmi Şuranın iclas vaxtı barədə ona məlumat verilməməsi və dəvət olunmamasıdır. Əksinə, rektor dəfələrlə bildirib ki, “Xoşu nə zibildir ki, bizim şurada iştirak etsin”.

Samir Məmmədov isə həmin qonaqlıqda bəyan edib:

“Yusif müəllim, universitetlə bağlı mətbuatda gedən bütün yazıları dayandırmışam, bütün jurnalistləri susdurmuşam, narahat olmayın. Kollektiv üzvlərindən də kim harada nə yazsa, ora-bura məlumat ötürsə, onu Təhlükəsizlik Orqanlarının əlinə verəcəyəm”.

Hər dəfə imtahan sessiyasından sonra, eləcə də hər ay rektor tərəfindən Ümumi işlər üzrə prorektor Samir Məmmədova xüsusi ... verilir. Samir Məmmədovun ümumiyyətlə, təhsildən anlayışı yoxdur. Lakin, buna baxmayaraq hər işə qarışır, təhsillə bağlı müxtəlif komissiyalara rəhbərlik edir və ... bütün qonaqlıqlarda başda oturur.

Məlumunuz olsun ki, İqtisadiyyat fakültəsində əyani təhsil alan, lakin aylıq pul müqabilində dərsə gəlməyən bir tələbə Gürcüstandan Azərbaycana keçən kimi dərhal həbs olunub. Məlum olub ki, həmin tələbə Gürcüstanda terrorçu kimi hazırlanıb və Azərbaycanda terror aktı törətməyi planlaşdırırmış. Deyilənə görə, ona Vətənə xəyanət maddəsi ilə cinayət işi açılıb.

Universitetin Ümumi işlər üzrə prorektoru Samir Məmmədov belə təhlükəli halların qarşısının alınması ilə məşğul olmaq əvəzinə, Yusif Yusibovun göstərişi ilə Regional Kollecin direktoru Xoşqədəm Xudiyevaya qarşı sosial şəbəkələrdə kampaniya maliyyələşdirir və kollecdə işləyən öz adamları olan bir qrup müəllimi ona qarşı qaldırır.

Halbuki bütün Gəncə sakinlərinə məlumdur ki, Xoşqədəm Xudiyeva kollecdə ciddi qayda-qanun yaradıb, rüşvətin qarşısını tamamilə alıb. Tələbələr, valideynlər və sağlam düşüncəli müəllimlər onun fəaliyyətindən tam razıdır və onu dəstəkləyirlər. Bu, danılmaz faktdır.

Məlum olduğu kimi, Elmlər Akademiyasının nəzdində olan bir neçə Elmi-Tədqiqat İnstitutu GDU-nun tabeliyinə verilib. Yusif Yusibov həmin qonaqlıqda bildirib ki, bu institutlardan 20-dən artıq əməkdaşı işdən azad edəcəyəm. Bir neçə nəfər onların işləməsinə imkan verilməsini xahiş etsə də, Yusif Yusibov spirtli içkinin təsiri altında “nə danışırsınız, yerinə başqa adam götürəcəyəm, orada yaxşı pul var” deyə cavab verib.

Bu yaxınlarda Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov universitet əməkdaşlarının maaşlarını 10 faiz artırıb.

Yusif Yusibov isə universitetdə yalnız özünə yaxın adamların maaşını qaldırır. Elmi Şurada müzakirə olunmadan rektora yaxın şəxslərə Elmi Şuranın qərarı ilə yüksək maaşlar yazılır, müəllimlərin və tədris-köməkçi heyətin maaşları isə artırılmır. Tədris-köməkçi heyət təxminən 300 manat maaş alır. Rektor iclaslarda bildirir ki, vəsait yoxdur. Maraqlıdır, bəs vəsait hara gedir?

Laboratoriyalara avadanlıq alınmır, professor-müəllim heyəti dərs vəsaitlərini, məqalələri və fənn proqramlarını öz şəxsi vəsaitləri hesabına çap etdirir, həmin materiallar universitetin kitabxanasına belə qəbul edilmir. Yalnız akkreditasiya zamanı, görüntü yaratmaq üçün müəyyən sayda kitab kitabxanaya daxil edilib. Kafedralara, şöbələrə və dekanlıqlara hətta A4 kağızı belə verilmir; kağız, papkalar, sabun, təmizləyici vasitələr və digər ləvazimatlar alınıb elə həmin gün müxtəlif obyektlərə satışa göndərilir. Universitetin tualet otaqlarında sabun və kağız belə yoxdur; bunları dekanlara məcburən aldırırlar.

Universitetdə olan kompüterlər və noutbuklar yararsız vəziyyətdədir, çünki universitetə alınarkən ən keyfiyyətsiz texnika baha qiymətə rəsmiləşdirilir.

Rektorun qəbul günü yoxdur, heç kimi qəbul etmir. O, respublikada qəbul saatı olmayan yeganə rektordur.

Nazir tərəfindən töhmət verilərək işdən azad edilmiş İlqar Kubışev Yusif Yusibov tərəfindən yenidən özünə müşavir təyin edilib. İlqar Kubışevin ixtisası maşınqayırma texnologiyasıdır. Buna baxmayaraq, o əvvəlcə Musiqi Kollecinə direktor təyin etdirilib. Kollektivin ciddi narazılığı nəticəsində, nazirin əmri ilə işdən azad edilib. Daha sonra Yusif Yusibov onu yenidən özünə köməkçi təyin edib. Müəyyən müddətdən sonra İlqar Kubışev yenidən Gəncə Regional Kollecinə direktor vəzifəsinə gətirilib. Kollecdə yenidən narazılıqlar başladığından bu şəxs bir daha Təhsil Nazirinin əmri ilə töhmət alaraq işdən çıxarılıb.

Maraqlıdır ki, Təhsil Nazirliyi tərəfindən dəfələrlə töhmət verilərək işdən azad edilmiş bir şəxsin yenidən yüksək vəzifələrə təyin olunması açıq-aşkar Nazirliyə meydan oxumaq deyilmi?

İlqar Kubışev Yusif Yusibovun qoçularından biridir. Ötən illərdə o, Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Farizə İsmayılzadəni rektorun qəbul otağında vəhşicəsinə döymüşdü. Farizə İsmayılzadə uzun müddət müxtəlif instansiyalara şikayət etsə də, nə işinə bərpa oluna bilmədi, nə də İlqar Kubışev barəsində hər hansı tədbir görülmədi.

Ən acınacaqlı və utancverici məqam isə odur ki, İlqar Kubışevin davranışları universitet əməkdaşları arasında daim mübahisə mövzusudur. Bütün gününü lazer epilyasiya salonlarında keçirən, bədəninin müxtəlif nahiyələrinin tüklərini təmizlətdirən, başına lak çəkdirən, kollektivdə hamıya süni və qeyri-ciddi şəkildə “canım, canım” deyə müraciət edən, əməkdaşların dili ilə desək “baboşluq edən” bu şəxs faktiki olaraq kollektivə rəhbərlik edir, rektorun katibəsi kimi qəbul otağına heç kimi buraxmır və rektorun əvəzinə qərarlar verir. Bunun səbəbi isə vaxtilə öz evini Yusif Yusibova və onun ... kef məclisləri keçirmək üçün verməsidir.

Bu qədər müraciətə baxmayaraq, Təhsil Nazirliyinin susqunluğunu Gəncə Dövlət Universitetinin əməkdaşları kimi başa düşə bilmirik. Təhsil Nazirliyi kimdən qorxur və niyə reaksiya vermir?

Mikayıl Cabbarov respublikada birinci adam deyil ki??? Nə vaxta qədər Mikayıl Cabbarov bu universitetdəki cinayət əməllərini Yusif Yusibova görə ört-basdır edəcək???

Yenixeber.org











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvan Məhkəməsi Şahramanyanın Qarabağla bağlı iddiasını rədd etdi - KİV
Bu gün, 13:11
İran müharibəyə belə hazırlaşır - DETALLAR
Bu gün, 13:09
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 13:04
Anar Əzimov AQTA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri təyin edilib - BUNDAN SONRA...
Bu gün, 12:59
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
Bu gün, 12:55
Dondurulmuş mal əti Azərbaycana hansı ölkələrdən gətirilir? – Qiymətlər
Bu gün, 12:49
Ermənistan ordusu hücum silahları almağa başladı: Paşinyan müharibəyə hazırlaşır? - AKTUAL
Bu gün, 12:46
“Xalq” qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTO
Bu gün, 12:40
Səlim Müslümovun milyonluq evi və obyekti satılır - TƏFƏRRÜAT
Bu gün, 12:26
Paşinyan HƏDDİNİ aşdı – Bakıya “işğalçı” İTTİHAMI
Bu gün, 12:24
İranla müharibə İsrailə neçəyə başa gələcək? - "Calcalist" saytı
Bu gün, 12:21
Mehdiyevin qardaşının tikdirdiyi qəzalı bina - Lifti belə yoxdur...
Bu gün, 12:18
Cəlilabadda QANDONDURAN CİNAYƏT – Əmi qardaşı uşaqlarını niyə baltaladı?
Bu gün, 12:14
“Gözlərimə inanmadım ki, Faiq Ağayevin mənimlə nə işi var?” - Elarizdən AÇIQLAMA
Bu gün, 12:10
Kafedə yeyib-içdikdən sonra dostlarını siqaret üstündə bıçaqladı
Bu gün, 12:08
Moskva və Qars müqavilələrinin adı Naxçıvan Konstitusiyasından çıxarılır
Bu gün, 12:03
“Paşa Sığorta”dan ŞİKAYƏT: “Uzaq durun” - FOTO
Bu gün, 12:01
"Rabitəbank" ASC-də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 11:56
Tanınmış aparıcıdan ETİRAF - “Çox cəhd etsə də, o millət vəkilini verilişimə çağırmadım”
Bu gün, 11:54
Vens Zəngəzur dəhlizinə görə Bakı və İrəvana gəlir - KİV
Bu gün, 11:51
Zelenskinin açıqlaması həm də bir "taym-aut" cəhdidir - ŞƏRH
Bu gün, 11:49
Trampın Azərbaycanla bağlı iddiası gülməlidir - Şatirişvili
Bu gün, 11:48
İki şirkətin ixrac gəlirlərində milyonluq itki yarandı
Bu gün, 11:41
GDU rektoru ilə bağlı ŞOK İDDİALAR - BU NƏDİ BELƏ?
Bu gün, 11:34
Sahibkar onu güllələyəni bıçaqlayıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:32
Universitet tədbirlərinə yarım milyondan çox xərclənəcək
Bu gün, 11:29
Baş Prokurorluqda yeni təyinat - ƏMR
Bu gün, 11:27
İki AYB üzvü yeni ədəbi cərəyan yaratdığını elan etdi
Bu gün, 11:21
Gənclər Gününə həsr olunan “GəncLAND” festivalı keçirildi - FOTO
Bu gün, 11:18
Rusiya xarici işlər naziri miflərin arxasında gizlənir, çünki.. – Əlverişsiz reallıq
Bu gün, 11:03
4,2 milyonluq sifariş alan şirkət "qara siyahı"ya salındı - BUNA GÖRƏ...
Bu gün, 11:01
“Kurtlar Vadisi”ndən “Epşteyn işi”nə uzanan “sehrli maddə” – Adrenokrom nədir?
Bu gün, 11:00
Bərbərxanada zarafata görə dava düşdü, gənc oğlan tanışını döydü
Bu gün, 10:55
“QHT işi” üzrə ittiham olunan ABŞ fondunun Azərbaycan üzrə məsləhətçisinin məhkəməsi başlayır - DETALLAR
Bu gün, 10:53
“Oğlumun autizm olduğunu biləndə qohumlar bizdən uzaqlaşdı, bu bir sınaq idi”
Bu gün, 10:52
Məhkəmə “Ballı”nın sahibini öldürmək istəyən şəxslə bağlı qərar çıxardı
Bu gün, 10:49
ETN “Ecomedi”lə “dezinfeksiya əməliyyatı”: 3 ildə 18.6 milyon manatlıq tender - ARAŞDIRMA
Bu gün, 10:47
Ermənilər Nüvədiyə yol çəkir - KİV
Bu gün, 10:43
Gözəl görünmək istəyənlər özlərini TƏHLÜKƏYƏ ATIR... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:33
“Sirab”ın sahibi yeni şirkət yaradıb
Bu gün, 10:29
Dövlət qurumu Göyçayda 37 min manata - OFİS İCARƏYƏ GÖTÜRÜDÜ
Bu gün, 10:26
“Epşteyn işi”nin arxasında PUTİN dayanır? – Gizli “seks tələsi” planı ifşa olunur
Bu gün, 10:24
Kişi arvadının telefonunda yad kişiyə aid fotoşəkil tapdı, onu xüsusi amansızlıqla öldürmək istədi – İTTİHAM
Bu gün, 10:19
Putinin kriminal dəstəsindəki azərbaycanlı kimdir? – Rus “Susurluq”unun ifşa etdiyi əlaqələr
Bu gün, 10:09
Türkiyədə 100 minlik qızıl oğurladıqları "şərik"lərini Bakıda qaçırıb niyə döydülər? - TƏFƏRRÜAT
Bu gün, 10:06
“Göldən tutulan zəlilər bədənə infeksiya yayır, qana keçəndə isə insan ölə bilər” - Alimdən SENSASİYALI AÇIQLAMA
Bu gün, 10:03
“Berlin Ailə və Uşaq” klinikasının sənədləşdirilməsi vədi ilə 37 minlik dələduzluq edildi – MƏHKƏMƏ
Bu gün, 10:00
“Suraxanı Avtomotoservis” şirkətinə yeni baş direktor təyin ediləcək
Bu gün, 09:48
Noyabr ayının pulunu HƏLƏ DƏ VERMƏYİBLƏR... - "Cinayət məsuliyyəti daşıyırlar..."
Bu gün, 09:40
"Mən Kanadanı 51-ci ştat etmək istəyirdim... - Qrenlandiya 52-ci ştat olacaq. Venesuela 53-cü ştat ola bilər"
Bu gün, 09:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru