"Keçən ilin mart ayında "Kontakt Home" Sabirabad filialından kredit ilə alınan aylıq ödəniş məbləği 62 manat nəzərdə tutulan mobil telefonumun hər ay vaxtında ödənişləri olunmasına baxmayaraq 4 gündür deaktiv ediblər cihazı..." "DİA-AZ" xəbər fverir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Əli Qasımov adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Heç bir köməklikdə göstərmirlər. Üstəlik borc və gecikməyə görə digər ödənişləridə tələb edirlər.
Filialın əməkdaşlarının məsuliyyətsiz yanaşmaları, gah faktura gahda abunəçi koduna ödənişi etdirmələri və kredit sənədləşməsini düzgün etməmələri ucbatından baş verib bu hal lakin, işi hər dəfə bankın üzərinə atırlar.
İndi mən nə etməliyəm. Antiinhisara şikayət etmişəm artıq..."









