Neftin qiyməti kəskin artaraq 119 dollara yaxınlaşıb .....                     ”Gürcüstan azərbaycanlıları İrana meyilli olduğu üçün sərhədlər bağlıdır” .....                     Rusiya ordusu Donetskdə irəliləyir .....                     Bu gün İranın yeni liderinin andiçmə mərasimi keçiriləcək .....                     Uitkoff və Kuşner 10 martda İsraildə Netanyahu ilə görüşəcək .....                     "Brent" neftin qiyməti 118 dolları ötüb .....                     Anar Tağıyev nə demək istəyir ki... .....                     Britaniyanın 2 günlük, Avropanın isə bir neçə həftəlik ehtiyatı qaldı... .....                     Əraqçi İran diplomatları adından yeni ali liderə sədaqət andı içib .....                     Qətərin Silahlı Qüvvələri ölkəni hədəfə alan raketləri zərərsizləşdirib .....                     Tramp İrana qarşı əməliyyatın dayandırılması qərarını Netanyahu ilə birlikdə verəcək .....                     "Bu mövqe ABŞ-ın Cənubi Qafqazda sülh və sabitliyin qorunmasında maraqlı olduğunu göstərir" .....                     Bu gün 58 mindən çox şagird buraxılış imtahanı verəcək .....                     AZƏRİQAZ-IN SÜPÜRGƏ İSLAHATI... .....                     Bu bank nə zaman normal işləyəcək? .....                     "Kimin ağlına gələrdi ki, Dubaya raketlər düşə bilər" .....                     Bir-birimizlə özgə ağzı ilə danışmağa başlasaq... .....                     Bərdədə 1,5 milyonluq yol haradadır? .....                     Onların xidmət etdikləri məzhəblər Azərbaycana müharibə elan edib... .....                     Artıq Azərbaycan dilinin leksik-semantik arxitekturası pozulub... .....                     Pezeşkianın sözü nə qədər kədərlidir ki... .....                     Almaniyaya GÖYDƏN DAŞ YAĞDI: Binalar zərər gördü .....                     Lənətlədiyiniz o "vərəsəlik" ssenarisi ilə bu gün Tehranda baş verənlər arasında nə fərq var? .....                     Maduro Venesuela xalqına inam mesajı göndərib .....                     “Bura icra başçısınındır, heç kim dayandıra bilməz” .....                     Uşaqlarımızı efirlərə niyə əmanət etməliyik ki... .....                     Milli Onkologiya Mərkəzi yox... RÜŞVƏT MƏRKƏZİ! .....                     "Brent" neftin qiyməti 2022-ci ilin avqustundan ilk dəfə 102 dolları keçib .....                     Politoloq "TRİPP"-i kağız parçası adlandıran Xocalı canisinin Ermənistandan qovulmasını tələb etdi... .....                     Dünya böyük “qarışıqlıq” astanasında: Azərbaycanın yeri haradadır? .....                     Hələlik İran böhranının hərəkətverici qüvvəsinə çevrilməyən amil: Cənubi Azərbaycan... .....                     FETÖ-nün beş qəpiklik killeri Şamil Tayyarın Azərbaycana ağıl vermə hədsizliyi… .....                     İki azərbaycanlı Prezident DİL TAPA BİLDİ .....                     İraq şiələrinin lideri İranı müdafiə etmək üçün kollektiv cihada çağırıb .....                     Xameneinin oğlu Müctəba Xamenei İranın Ali Rəhbəri seçilib .....                     Rusiyadan Ermənistana Azərbaycandan keçməklə taxıl yüklü vaqonlar göndəriləcək .....                     Mingəçevir Dövlət Dram Teatrında yeni formatda tamaşa .....                     Körfəz ölkələri İranı niyə vurmur? .....                     Məsud Pezeşkian müharibədə yaralananlara .....                     DTX-nın Bakıdakı anti-terror əməliyyatı Naxçıvana dron hücumunun təsadüfi olmadığını isbatladı .....                 

Ağlar günə qalan səhiyyəmiz... - BU FAKTDIR!
Tarix: 18-02-2025, 00:23 | Çap et
Ağlar günə qalan səhiyyəmiz...
Azərbaycan səhiyyə sisteminin acınacaqlı vəziyyətdə olması haqda daha bir dəhşətli fakt

Azərbaycanda təhsil sisteminin çox bərbad durumda olduğu kimsəyə sirr deyil. İllərdir təhsilimizi “bataqlıq” dan çıxarmağa cəhdlər olunsa da, vəziyyət günbəgün daha da ağırlaşır. Belə ki, müstəqillik qazandıqdan sonra bir çox inkişaf etmiş ölkələrin təcrübəsindən faydalanmağa çalışsaq da, indiyədək nəinki bir addım qabağa gedə bilmişik, əksinə, təhsilimiz Sovetlər Birliyi dönəmində olduğundan daha bərbad duruma düşüb.

Əlbəttə, hər bir millətin gələcəyi onun təhsilindən asılıdır. Təhsili inkişaf edə bilməyən dövlət heç bir sahədə uğur qazana bilməz. Əslində, bu gün Azərbaycandakı uğursuzluqlarımızın səbəbi də məhz təhsilimizin “qəbrə qoyulması” ilə bağlıdır. Bir ölünü diriltmək mümkün olmadığı kimi, artıq “fatihə”si oxunan təhsilimizi də “həyata qaytarmaq” mümkün deyil. Çünki təhsil kökündən dəyişikliyi, yəni yenidən “doğuluşu” sevir. Biz isə alt “ölünü diriltməyə”, yəni kosmetik islahatlarla bu sahədə hansısa uğur əldə etməyə cəhd edirik. Şübhəsiz, bu istiqamətdə həyata keçirilən bütün cəhdlər də uğursuzluğa məhkumdur.

Bir daha vurğulayaq ki, təhsilimizin bərbad duruma salınması bütün sahələrdə, xüsusilə də tibb sahəsində böyük problemlərə, hətta faciələrə səbəb olmaqdadır. Tibb sahəsini ona görə xüsusi vurğulayırıq ki, burada insan faktorundan söhbət gedir. Yəni hər birimiz bu və ya digər səbəbdən həkimə müraciət etmək məcburiyyətində olduğumuz üçün, tibb sahəsinə diqqət ayırmağımız heç də səbəbsiz deyil.

Amma çox təəssüflə qeyd edirik ki, bu gün Azərbaycanda təhsilsiz, biliksiz həkimlər ordusu nəinki bizim sağlamlığımızın qayğısına qalır, əksinə, bəzi hallarda daha ciddi problemlərlə qarşılaşmağımıza səbəb olurlar. Əlbəttə, söhbət bütün həkimlərdən getmir, hər zaman olduğu kimi, burada da istisnalar var. Amma əfsuslar olsun ki, bizdə bu istisnalar çox az olduğundan, insanların böyük kəsimi həkimə müraciət edərkən, nə qədər qəribə səslənsə də, həyatını təhlükəyə atmış olurlar. Çünki bu gün həkim diplomu ilə çalışan bir çox “tibb işçiləri” vətəndaşlara “qəssab” gözü ilə baxır, lazım oldu-olmadı onları kəsib-doğramağa can atırlar. Və yaxud da heç bir zərurət olmadığı halda insanlara yararsız, bahalı “firma dərmanları” yazmaqla, öz gəlirlərini güdürlər.

Əslində, bizi bu yazını yazmağa vadar edən də məhz bu cür həkimlərdən birinin tükürpərdici əməlidir. Hörmətli oxuculara agah olsun deyə bildirək ki, indi qələmə alacaqlarımız çox yaxın qohumumuzun başına gələnlərdir və inanırıq ki, bizim kimi, sizlər baş verənlərdən dəhşətə gələcəksiniz.

Bəli, bu yaxınlarda xanım qohumlarımızdan biri öz yaxın tanışına qan vermək üçün özəl klinikalardan birinə müraciət edir. Analiz zamanı tibb işçisi ona ciyərinin “çox dəhşətli vəziyyətdə” olduğunu, özünün isə “Hepatit C” virusuna yoluxduğunu söyləyir. Həmin vaxtadək sağlamlığı ilə bağlı heç bir şikayəti olmayan xanım, təbii ki, bu sözlərdən gərgin psixoloji sarsıntı keçirir. O, bu haqda həyat yoldaşına məlumat verdikdən sonra, yenidən başqa bir tibb müəssisəsində analiz verməyi qərara alırlar. Bu məqsədlə ilk öncə 1 sayli şəhər klinik xəstəxanasına (“Semaşko”), hepatoloq həkim L.A.-ya müraciət edirlər. Sözügedən tibb işçisi xanımı dinlədikdən sonra onu analiz vermək üçün laboratoriyaya yönləndirir. Xanım analiz verdikdən təxminən iki saat sonra nəticə bəlli olur. Maraqlıdır ki, bu zaman da onun qanında “Hepatit C” virusu aşkarlandığı bildirilir.

Bundan sonra xanım və həyat yoldaşı yenidən hepatoloq həkimə müraciət edirlər. L.A. analizin nəticəsi ilə tanış olduqdan sonra xanıma bildirir ki, onun və həyat yoldaşının “Hepatit C” virusuna yoluxduqları şübhəsizdir və hər ikisi təcili müalicə almalıdır. O, hətta bir aylıq müalicə xərcini də açıqlayır - 380 manat. Əlavə edir ki, sağalmaq üçün 3 ay müalicə almalıdırlar. Həkimin bu fikri xanımın həyat yoldaşında şübhələr oyadır. Ən azı ona görə ki, o, hələ analiz verməsə belə, hepatoloq onu “xəstə” çıxarıb. Bu səbəbdən, o, həyat yoldaşına təklif edir ki, daha bir tibb müəssisəsində analiz versin, xəstə olduğuna tam əmin olsunlar. Həmin vaxt L.A. onlara bildirir ki, başqa tibb mərkəzində analiz verib, əlavə xərc çəkməyə ehtiyac yoxdur. O, xanımın “Hepatit C” virusuna yoluxub-yoluxmadığını yüz faiz müəyyənləşdirmək üçün onu növbəti dəfə PCR testi vermək üçün laboratoriyaya yönləndirir. Maraqlıdır ki, normalda bu analizin cavabı 1 həftəyə çıxsa da, cəmi 2 saat sonra nəticə bəlli olur. Bundan sonra hepatoloq L.A. analizin nəticəsini ortaya qoyaraq, xanıma həyat yoldaşı ilə birlikdə təcili müalicə almağı tövsiyyə edir. Lakin onun tövsiyyəsi bir növ təkid xarakteri daşıyır.

Həkimin bu israrından şübhəyə düşən xanım və həyat yoldaşı müalicəyə başlamaq haqda qərar vermək üçün bir gün vaxt istəyirlər. Elə həmin günün axşamı hepatoloq yenidən xanıma zəng açaraq, “vəziyyətin çox ağırdır, bir gün də ötürə bilməzsən, zaman sənin əleyhinə işləyir”, - deyir. Sözsüz ki, həkimin bu “canıyananlığı” qarşı tərəfin şübhəsini bir qədər də artırır. Bundan sonra onlar dost-tanışın məsləhəti ilə daha bir həkimə müraciət etməyi qərara alırlar.

Ailənin güvəndiyi hepatoloq həkim xanımın analiz nəticələrinə baxdıqdan sonra məlum olur ki, əslində, 1 sayli şəhər klinik xəstəxanasında (“Semaşko”) verilən testlərin hər ikisi sıradan qan analizləri olub, PCR testi aparılmadan, yəni xanımın qanında “Hepatit C” virusunun olduğu təsdiqlənmədən, həkim onu ciddi psixoloji sarsıntıya salıb və ağır müalicə almağa təhrik edib. Xanımın ciddi psixoloji sarsıntı keçirdiyini görən tanış hepatoloq onu əmin edib ki, qanında “Hepatit C” virusu yoxdur və ümumiyyətlə, ümumi qan analizinin nəticəsinə əsasən bu haqda yekun qərara gəlmək mümkün deyil və onu müalicəyə məcbur edən həkimin davranışları tibb adına qara ləkədir. Bu baxımdan, o, xanıma nəticəsi bir həftə sonra bəlli olacaq PCR analizi verməyi məsləhət bilir.

Həkimin bu sözlərindən sonra xanım və həyat yoldaşı xeyli rahatlıq tapsalar da, yenə də növbəti həftəni ciddi həyəcan içində gözləyiblər. Həftənin tamamında isə məlum olub ki, xanımın qanında “Hepatit C” virusu aşkarlanmayıb və ümumiyyətlə onda bu xəstəliyin heç bir əlaməti yoxdur. Bu xəbəri böyük sevinclə qarşılayan ailə istər-istəməz həkimə belə bir sual ünvanlayıblar: Bəs nə üçün əvvəlki 3 analizin nəticəsi onun qanında “Hepatit C” virusunun olduğunu göstərib? Bu zaman həkim onları başa salıb ki, bir çox qadınlarda hətta illər öncə aldıqları hansısa müalicə ilə əlaqədar bu cür nəticələr ortaya çıxa bilər və bu, normaldır. Bunun üçün tam əmin olmaq məqsədilə onlara PCR testi vermək məsləhət görülür…

Hörmətli oxucularımız da təsdiq edərlər ki, təkcə bu fakt Azərbaycan tibb sahəsinin hansı durumda olduğunu ortaya qoyur. Əlbəttə, bütün bunlar həm də onu göstərir ki, bu cür savadsız həkimlərin ucbatından ölkəmizdə nə qədər sağlam insanlar şikəst qoyulur, heç bir səbəb olmadan ağır müalicə prosesinə cəlb olunur, psixoloji sarsıntıya məruz qoyulurlar.

Nə yazıq ki, bu cür savadsız həkimlərin sayı heç də az deyil. Nəzərə alsaq ki, gün ərzində təkcə “Semaşko”ya minlərlə vətəndaş müraciət edir, zənnimizcə, burada onların başına hansı oyunların açıldığı haqda əlavə izahat verməyə ehtiyac qalmır.

Bax, bütün bunlar həm də təhsilimizin bugünkü bərbad duruma salınması ilə bağlıdır.

Jalə FAMİLQIZI hurriyyet.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Neftin qiyməti kəskin artaraq 119 dollara yaxınlaşıb
Bu gün, 09:39
”Gürcüstan azərbaycanlıları İrana meyilli olduğu üçün sərhədlər bağlıdır” - Saakaşvili
Bu gün, 09:33
Rusiya ordusu Donetskdə irəliləyir
Bu gün, 09:31
Bu gün İranın yeni liderinin andiçmə mərasimi keçiriləcək
Bu gün, 09:01
Uitkoff və Kuşner 10 martda İsraildə Netanyahu ilə görüşəcək
Bu gün, 08:52
"Brent" neftin qiyməti 118 dolları ötüb - Bu da son qiymət deyil
Bu gün, 08:40
Anar Tağıyev nə demək istəyir ki... - Nazir cəzalandırır, başçı isə...
Bu gün, 07:55
Britaniyanın 2 günlük, Avropanın isə bir neçə həftəlik ehtiyatı qaldı... - Trampın İran savaşının nəticəsi...
Bu gün, 07:43
Əraqçi İran diplomatları adından yeni ali liderə sədaqət andı içib
Bu gün, 07:41
Qətərin Silahlı Qüvvələri ölkəni hədəfə alan raketləri zərərsizləşdirib
Bu gün, 07:39
Tramp İrana qarşı əməliyyatın dayandırılması qərarını Netanyahu ilə birlikdə verəcək - “The Times of Israel”
Bu gün, 06:53
"Bu mövqe ABŞ-ın Cənubi Qafqazda sülh və sabitliyin qorunmasında maraqlı olduğunu göstərir" - deputat
Bu gün, 06:50
Bu gün 58 mindən çox şagird buraxılış imtahanı verəcək - DİQQƏT
Bu gün, 06:46
AZƏRİQAZ-IN SÜPÜRGƏ İSLAHATI... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:33
Bu bank nə zaman normal işləyəcək? - GİLEY
Bu gün, 06:19
"Kimin ağlına gələrdi ki, Dubaya raketlər düşə bilər" - Nura Suri
Bu gün, 06:11
Bir-birimizlə özgə ağzı ilə danışmağa başlasaq... - AKTUAL
Bu gün, 05:59
Bərdədə 1,5 milyonluq yol haradadır? – Gözlər 43 saylı idarənin rəisi İlham Əzimovdadır
Bu gün, 05:51
Onların xidmət etdikləri məzhəblər Azərbaycana müharibə elan edib... - Qanmırlar bunlar... Qana bilmirlər...
Bu gün, 05:48
Artıq Azərbaycan dilinin leksik-semantik arxitekturası pozulub... - FAKT BUDUR!
Bu gün, 05:42
Pezeşkianın sözü nə qədər kədərlidir ki... - Dedi eee... amma...
Bu gün, 05:19
Almaniyaya GÖYDƏN DAŞ YAĞDI: Binalar zərər gördü - TƏFƏRRÜAT
Bu gün, 05:15
Lənətlədiyiniz o "vərəsəlik" ssenarisi ilə bu gün Tehranda baş verənlər arasında nə fərq var? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:13
Maduro Venesuela xalqına inam mesajı göndərib - "İsa bizə öyrədib ki..."
Bu gün, 04:57
“Bura icra başçısınındır, heç kim dayandıra bilməz” - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 04:44
Uşaqlarımızı efirlərə niyə əmanət etməliyik ki... - DİQQƏT, təhlükə var..!
Bu gün, 04:35
Milli Onkologiya Mərkəzi yox... RÜŞVƏT MƏRKƏZİ! - İTTİHAM VAR...
Bu gün, 04:32
"Brent" neftin qiyməti 2022-ci ilin avqustundan ilk dəfə 102 dolları keçib - BAHALAŞMA DAVAM EDİR
Bu gün, 04:18
Politoloq "TRİPP"-i kağız parçası adlandıran Xocalı canisinin Ermənistandan qovulmasını tələb etdi... - GƏLİŞMƏ
Bu gün, 04:05
Dünya böyük “qarışıqlıq” astanasında: Azərbaycanın yeri haradadır? - AKTUAL
Bu gün, 04:02
Hələlik İran böhranının hərəkətverici qüvvəsinə çevrilməyən amil: Cənubi Azərbaycan... - İNCƏLƏMƏ
Bu gün, 03:58
FETÖ-nün beş qəpiklik killeri Şamil Tayyarın Azərbaycana ağıl vermə hədsizliyi… - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 03:55
İki azərbaycanlı Prezident DİL TAPA BİLDİ - Naxçıvanın havadan atəşə tutulması ilə bağlı...
Bu gün, 03:49
İraq şiələrinin lideri İranı müdafiə etmək üçün kollektiv cihada çağırıb - KİV
Bu gün, 03:44
Xameneinin oğlu Müctəba Xamenei İranın Ali Rəhbəri seçilib - SEPAH ona sədaqət andı içdi
Bu gün, 03:35
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə taxıl yüklü vaqonlar göndəriləcək
Dünən, 20:38
Mingəçevir Dövlət Dram Teatrında yeni formatda tamaşa - FOTO
Dünən, 20:34
Körfəz ölkələri İranı niyə vurmur? – Müharibəyə qoşulsalar, görün nələr olacaq
Dünən, 20:00
Məsud Pezeşkian müharibədə yaralananlara BAŞ ÇƏKDİ
Dünən, 16:22
DTX-nın Bakıdakı anti-terror əməliyyatı Naxçıvana dron hücumunun təsadüfi olmadığını isbatladı - Görünəni odur ki...
Dünən, 16:19
ABŞ üçün indi əsas hədəf Rusiya yox, İrandır - ŞƏRH
Dünən, 16:14
Bakı benzininə “HƏ”, Azərbaycanla sülhə “YOX”? - AKTUAL
Dünən, 16:10
Daha bir ölkə İrana hücumlara başladı
Dünən, 16:08
SEPAH hücum əməliyyatlarının miqyasını artıracağını açıqlayıb - KİV
Dünən, 16:02
SEPAH-dan Bəhreynə "su müharibəsi" təhdidi - Strateji zavodların xəritəsi paylaşıldı
Dünən, 13:22
Nəriman Axundzadə ABŞ-yə yollanıb
Dünən, 13:19
"Mən darıxan deyiləm" - Tramp İrana qarşı müharibədən danışdı
Dünən, 11:41
SEPAH Qərbi Azərbaycanda silah paylayır - NƏ BAŞ VERİR?
Dünən, 11:38
ABŞ Tehranın zənginləşdirilmiş uran ehtiyatlarını ələ keçirmək üçün xüsusi təyinatlıları cəlb edə bilər - "Axios"
Dünən, 11:35
"Unibank"-ın 2025-ci il Yekunları: Mənfəətin arxasındakı RƏQƏMLƏR və GÖRÜNMƏYƏN RİSKLƏR - ARAŞDIRMA
Dünən, 10:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru