"Yoldaşlar ehtiyatlı olun "Azercell" sizi öz ölkənizdə roumingə qoşub vəsait tələb edə bilər..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında İlkin Həsənov adlı istifadəçi yazır.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Demək, yaxın günlərdə Astara rayonuna getmişdim. Orada "Azercell" nömrəm öz-özünə romingə qoşulub və bu "xidmət" qarşılığında mobil operator mənə 43 manat borc yazıb. Bununla bağlı məlumat mərkəzinə zəng edib bildirsəm də, "Azercell" israrla borclanmanın obyeltiv olduğunu və məbləği ödəməli olduğumu bildirir. Əgər elədirsə mən hər ay öz ölkəmdə istifadə etmək üçün niyə aylıq abunə haqqı ödəyib internet və danışıq paketi götürürəm? Yoxsa Astara başqa ölkənin rayonudur? Bu nə absurd yanaşmadır?.."










