Babək rayon icra hakimiyyəti başcısının birinci müavini Emin Məmmədxanlını keçən həftənin şənbə günü işdən çıxarılıb. Bu barədə "DİA-AZ"a daxil olan məlumatda deyilir.
Deyilənə görə, icra başçısının müavininin vəzifəsindən azad edilməsinin səbəbi bir müddət əvvəl yerli KİV-də yer alan məlumatla bağlıdır.
Söhbət Babək rayonu ərazisində icra nümayəndələrindən 200 manat şəkilpulu yığılmasından gedir.
Xatırladaq ki, Babək rayon icra hakimiyyətinin başçısı ilə bağlı yayılan xəbərlərdə deyilirdi ki, o, rəssam Mənsur Əsgərliyə portretlər düzəltdirib, amma 7800 manat borcunu 4 aydır ödəmir. Bu xəbər yayılandan sonra Babək rayonunda rəssamın borcunun ödənilməsi üçün yerli icra nümayəndələrindən 200 manatdan yığıldığı söylənildi. Və bu işin arxasında da məsul tərəf kimi məhz Emin Məmmədxanlının dayandığı deyilir.
Məhz bu səbəbdən Babək rayon icra hakimiyyətinin başçısı Ovni Muradov bu məsələ ilə bağlı 3 saat qapalı iclas keçirdib.
Məlumatda həmçinin deyilir ki, Babək rayonundakı icra nümayəndələri Emin Məmmədxanlınln işdən çıxarılmasını çox sevinclə qarşılayıblar və demək olar ki bayram edirlər...







