SOCAR "Azəriqaz" İstehsalat Birliyində baş verən neqativ olaylarla bağlı davamlı şəkildə oxucularımızı məlumatlandırırq. Bu dəfə isə sözügedən qurumun işçilırəindən biri - Samir Feziyev olduqca ilginc faktları təqdim edir. "DİA-AZ" olaraq həmin açıqlamanı təqdim edirik:
"SOCAR "Azəriqaz" rəhbərliyi bütün region rəislərinə aylıq hesab qoyub. Həmin hesab qurumun direktor müavini Nail Abdullayev tərəfindən müəyyən olunub. Bir neçə gün olar ki, Nail Abdullayev Naxçıvan qaz istismar idarəsinin işçiləri ilə görüşüb. Həmin görüşə öz katibəsini də aparıb. Görün Nail Abdullayev özünə nə qədər arxayındır ki, bir katibəsini İstismar departamentinə rəis müavini qoyub.
Qarabag regional qaz idarəsinin rəisi isə Nail Abdullayevlə oturub restoranda yemək yeyir. Sonra isərəis Azay müəllim rayon rəislərinin hamısından 50 manatdan yığır ki, bəs "rəhbərə" qonaqlıq vermişəm...."
Müraciətin sonunda sıravi işçilər qara masqalıların nəhayətdə bu kimi məmurlara qarşı konkret addım atacaqlarına ümid etdiklərini də fiadə ediblər.









