Bakıda evlərin qiyməti ilə bağlı son durum .....                     "Akvaparkda uşağın ölümü ilə bağlı araşdırma aparılır" .....                     “Ermənistanı hələ də müttəfiq hesab edirik” .....                     Alim Qasımov 70 yaşın bir addımlığında: .....                     Politoloqdan İran səfirinə .....                     Putin vacib açıqlamalar verəcək .....                     TRIPP layihəsinə İran təhdidləri və: .....                     Azərbaycanda 7 ay ərzində internetə 383 milyon manat xərclənib .....                     Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir .....                     Hacı Məhərrəm Novruzov və onun “Qəmlosu” Şahlar Hüseynov... .....                     Unun qiyməti artır: çörək bahalaşacaqmı? .....                     Azərbaycanlı müğənni küçədə döyüldü .....                     “Vəfa Şərifovanı polis saxlayıb” iddiasına .....                     Lənkəranda “YAZAR” Ədəbi Məclisi yaradıldı .....                     Laçında benzin satınalması: Niyə məhz bir mənbə metodu seçilib? .....                     Xaçmazda DƏHŞƏT: Bir gündə iki ata oğlunu BIÇAQLADI .....                     Qobustanda 376 min manatlıq “sirli” müqavilə... .....                     Bakı şəhəri bu gün bir daha yuyuldu .....                     “Şah İsmayıl Xətai ilə bağlı filmimi onlar dayandırdı, Fazil Mustafaya etiraz etdim, gülümsəyib dedi ki..” .....                     Paşinyan iki mühüm fiquru niyə dəyişdi? .....                     "Qarabağ" "Tvente" ilə macərası nə ilə bitəcək? .....                     Zubir “Qarabağ”dan getdi: .....                     Gürcüstanın Baş naziri Samtsxe-Cavaxetiyaya yeni qubernator təyin etdi .....                     Kompleks Qazma İşləri Trestində NÖVBƏTİ ÖZBAŞINALIQ .....                     "Sərvətinin bircə faizini Kəlbəcərlilərə verib troll komandası yaradıb..." .....                     “Zəlzələ öldürmür, kağız binalar öldürür!” .....                     Şah İsmayıl Xətai “fırtınası” və ya deputatın tarixi yenidən yazmaq cəhdi .....                     “Sabah” UEFA seçmələrində 181 klub arasında 17-ci olub .....                     İrəvan Rusiya ermənilərinin Ermənistan vətəndaşlığı alması qaydasına yenidən baxmağa hazırlaşır .....                     "Azər müəllim, mən sizə neyləmişdim?" .....                     Kərki BU TARİXDƏ Naxçıvana qaytarılır .....                     Moskva müqavilənin şərtlərinə əməl etmir .....                     Payızda bu məhsullar bahalaşa bilər .....                     Hərbçimiz hospitalda vəfat etdi .....                     NASA amerikalı astronavtların Aya enişinə hazırlaşır .....                     "Fortuna SL Project" MMC-nin vergi borcu 1 milyonu keçdi .....                     Abituriyentlərə seçim təzyiqi: Valideynlər diqqətli olsunlar, yoxsa... .....                     Qarabağda ordumuza qarşı gizli əməliyyatlar, Ağdərədə qətllər .....                     Elman Paşayevin oğlunun da ittiham olunduğu cinayət işinin yeni təfərrüatları məlum olub .....                     Rusiyanın cənubunu bloklamışıq .....                 

Abit Əliyevi bu şirkətlərə bağlayan nədir – Təmir-tikinti işləri, yoxsa…
Tarix: 7-05-2026, 11:12 | Çap et

Bakı şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhərinin, Nərimanov, Səbail, Nizami, Binəqədi, Xəzər, Qaradağ, Pirallahı rayonları ərazisində dövlət mənzil fonduna aid binaların təmirinin satın alınması üzrə keçirdiyi açıq tenderə 04.05.2026-cı ildə yekun vurub. Müsabiqənin qalibi “XEZER-CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 23.478.460,75 manat məbləğində müqavilənin bağlanılması planlaşdırılır.

Qeyd edək ki, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC 29.04.2026-ci ildə yekunlaşdırdığı Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq yenidənqurma və təmir işlərinin satın alınması tenderin qalibi də “XEZER-CONSTRUCTİON” MMC seçilib. Bu müqavilənin dəyəri 61.087.536,21 manat təkil edir.

Göründüyü kimi Bakı şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC son bir həftə ərzində “XEZER-CONSTRUCTİON” MMC-ni ümumi dəyəri 84 565 996 manat olan iki tenderin qalibi seçib.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “XEZER-CONSTRUCTİON” (VÖEN: 1603218151) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 26.02.2018-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 200 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, NİZAMİ RAYONU, KEŞLƏ ŞTQ, ZAKİR, ev.11/30, qanuni təmsilçisinin isə Binnətov Rəmzi Rüfət oğlu olduğu qeyd edilib. MMC Qurbanov Qurban Qüdrət oğlu tərəfində təsis edilib. Abışov İslam Məhəmməd oğlu müxtəlif illərdə MMC-nin qanuni təmsilçiləri olublar.

Qeyd edək ki, bunlar “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ilə “Xezer-Constuction” MMC arasında bağlanan ilk satınalma müqavilələri deyil. Son illər demək olar Bakı şəhərində aparılan abadlıq işlərinin, salınan parkların, mənzil fonduna aid binaların təmirinin satın alınması üzrə “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ilə “Xezer-Constuction” MMC arasında yüz milyonlarla manat dəyəri olan onlarla müqavilə bağlanılıb. Təbii ki, paytaxtımızın abadlaşdırılması sevindirici haldır. Lakin burada ayrılan dövlət vəsaitlərinin məqsədli şəkildə istifadə olunduğu şübhələri olduqca böyükdür. Hesablama Palatası tərəfindən Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq yenidənqurma və təmir işləri də yoxlanılsa daha yaxşı olardı.

Bunlardan əlavə, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC Bakı şəhərinin, Nəsimi, Yasamal, Xətai, Suraxanı, Sabunçu rayonları ərazisində dövlət mənzil fonduna aid binaların təmirinin satın alınması üzrə “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” Açıq Səhmdar Cəmiyyəti ilə 29.04.2026-cı ildə 24.985.363,84 manat məbləğində müqavilə bağlayıb.

Qeyd edək ki, “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” ASC 11 iyul 2007-ci ildə qeydiyyata alınıb. ASC-nin ilk qanuni təmsilçisi Qurbanəliyev Çingiz Midhət oğlu olub. Çingiz Qurbanəliyevin adı hələ 2010 cu ildə Gəncədə “İmamzadə” kompleksinin yenidənqurulması və təmir-bərpa işlərini həyata keçirilməsində yaranmış problemlərdə hallanırdı. Məlumatlara görə sözügedən təmir -bərpa işlərinin aparılması üçün büdcədən ayrılmış milyonlarla manat dövlət vəsaitini mənimsənilməsində iştirakçılardan biri də məhz Çingiz Qurbanəliyev olub. Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, nizamnamə kapitalı 143 104 manat olan “Gəncə Körpü Tikinti-2” ASC-nin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 47-də yerləşir. ASC-yə müəyyən müddət Rzayev Süleyman Qəmbər oğlu rəhbərlik edib. Hazırda qanuni təmsilçi kimi Zeynallı Məhərrəm Aslan oğludur.
Amma rəsmi mənbələrədə açıqlanmasa da “Gəncə Körpü Tikinti-2” ASC-nin Direktorlar Şurasının sədri, yəni əsas pay sahibi Aqibət Məmmədovdur. Aqibət Məmmədov Gədəbəy rayonunda anadan olub. Qərb bölgəsində oliqarx kimi tanınır. Hələ 2017-ci ildə Aqibət Məmmədovun Belarusun paytaxtı Minskin mərkəzində, keçmiş Çerven bazarının qarşısında biznes mərkəzi inşa etdirməsi barədə məlumatlar yayılmışdı.O, ötən illərdə oğlunun avtomobil kolleksiyası ilə gündəmə gəlmişdi. Məlumatlarda bildirilirdi ki, Aqibət Məmmədovun oğlu Rəşad Məmmədovun avtomobil parkında bahalı maşınlar yer alır. Onun vaxtaşırı avtomobil parkını yenilədiyi iddia olunur.

Qeyd edək ki, “Gəncə Körpü Tikinti-2” ASC-nin adı hallanmasa da həyata keçirdiyi dövlət sifarişlərində ciddi nöqsanlara yol verdiyi barədə məlumat Hesablama Palatası tərəfindən aprelin 21-də yayılmışdı. Belə ki, Palatanın Gəncədə 11 milyon manata yaxın artıq xərclərin aşkarlanması barədə yaydığı məlumatda bildirilirdi ki, Gəncə şəhərində yolların əsaslı təmiri, abadlıq işləri, “Gəncə İdman Sarayı”nın tikintisi, eləcə də qəza vəziyyətində olan yataqxana və yaşayış binalarından köçürüləcək sakinlər üçün 249 mənzilli yaşayış binasının inşası üzrə audit aparılıb. Audit 1 yanvar 2023-cü ildən 1 iyul 2025-ci ilə qədər dövrü, ümumilikdə 192 milyon manat vəsaiti əhatə edib. Bundan başqa, mənzil fondunun əsaslı təmiri üzrə işlərin dəyərinin 2023-cü ildə 144 278 manat, 2024-cü ildə isə 258 198 manat artırıldığı bildirilib. Bununla yanaşı, yolların əsaslı təmiri ilə bağlı podratçılarla bağlanmış müqavilələr üzrə 2 halda 19 milyon 912 min manat dəyərində işlərin başa çatdırıldığı qeyd olunub.Xatırladaq ki, satınalmaların portalı üzərindən apardığımız ən son araşdırmada göstərmişdik ki, Gəncə şəhər İcra Hakimiyyəti və tabeliyində olan Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 2018-2023-cü illərdə təkcə “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” ASC ilə küçə və prospektlərdə abadlıq işlərinin, yolların əsaslı təmiri işlərinin, abadlıq-quruculuq işlərinin satın alınması üzrə ümumi dəyəri 45 054 591 manat olan 9 satınalma müqaviləsi bağlayıb.

Göründüyü kimi, “Gəncə Körpü Tikinti-2” Gəncədə həm yolların, həm də mənzil fondunun əsaslı təmiri üzrə gördüyü işlərdə ciddi maliyyə pozuntuları aşkar edilib. İndi kim zəmanət verə bilər ki, eyni əməlləri “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin sifarişini həyata keçirərkən də törətməyəcək?

Xatırladaq ki, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Əliyev Abit Sadıq oğludur. Bu o, Abit Əliyevdir ki, Eldar Əzizov hələ 2003 – cü ildə Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra karyerasında yüz səksən dərəcə dönüş yaranmışdı. Həmin dövrdə Samux rayonunda Qaz İstismar İdarəsinin müdiri işləmiş Abit Əliyevi Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinə müdir təyin etmiş Eldar Əzizov onunla yolunu hələ də davam etdirir. Eldar Əzizov sadıq kadrını özü ilə gətirib Gəncədə daşıdığı vəzifəni Sumqayıtda da ona həvalə etdi. Eldar Əzizov daha sonra Abit Əliyevi Səbail rayon İcra Hakimiyyətində müavin vəzifəsinə də gətirdi. Onun Bakı şəhər İcra Hakimiyyətində də vəzifə alacağı gözlənilirdi. Lakin Eldar Əzizov sadiq kadrına şəhərin təmir tikinti işlərinə qeyri leqal nəzarəti həvalə etməyi üstün tutdu.

Göründüyü kimi, Abit Əliyev də Eldar Əzizovun etimadını belə doğruldur. Dövlət tərəfindən Bakıda abadlıq, təmir-tikinti işləri üçün ayrılmış vəsaitləri adları bir çox maliyyə pozuntularında hallanan “Xezer-Constuction” və “Gəncə Körpü Tikinti-2” şirkətlərinə həvale edir. Maraqlıdır, bəs Abit Əliyevi bu şirkətlərə bağlayan nədir? Bakı şəhəri ərazisində abadlıq yenidənqurma və təmir işləri, yoxsa bu işlərdən maksimum qazanc…

Aktualinfo.net









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda evlərin qiyməti ilə bağlı son durum – Vəziyyət dəyişə bilər
Bu gün, 14:03
"Akvaparkda uşağın ölümü ilə bağlı araşdırma aparılır" - Emin Ağalarovdan açıqlama (FOTO)
Bu gün, 13:59
“Ermənistanı hələ də müttəfiq hesab edirik” - KTMT Baş katibi
Bu gün, 13:51
Alim Qasımov 70 yaşın bir addımlığında: - “Ölməsəm qalsam nəsə edəcəklər, geriyə baxan yaşım çoxdan keçib”
Bu gün, 13:43
Politoloqdan İran səfirinə sərt CAVAB
Bu gün, 13:41
Putin vacib açıqlamalar verəcək - Müharibə dayanır?
Bu gün, 13:37
TRIPP layihəsinə İran təhdidləri və: - Tehran ən pis nəticə ilə üzləşəcək...
Bu gün, 13:31
Azərbaycanda 7 ay ərzində internetə 383 milyon manat xərclənib
Bu gün, 13:29
Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir - ABŞ Dövlət Departamenti
Bu gün, 13:24
Hacı Məhərrəm Novruzov və onun “Qəmlosu” Şahlar Hüseynov... - İLGİNC İDDİALAR
Bu gün, 13:09
Unun qiyməti artır: çörək bahalaşacaqmı? - AKTUAL
Bu gün, 12:55
Azərbaycanlı müğənni küçədə döyüldü - FOTO
Bu gün, 12:51
“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI
Bu gün, 12:50
Lənkəranda “YAZAR” Ədəbi Məclisi yaradıldı - FOTO
Bu gün, 12:39
Laçında benzin satınalması: Niyə məhz bir mənbə metodu seçilib? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:28
Xaçmazda DƏHŞƏT: Bir gündə iki ata oğlunu BIÇAQLADI - TƏFƏRRÜAT
Bu gün, 12:24
Qobustanda 376 min manatlıq “sirli” müqavilə... - Rəsmi dərcdən aylar öncə başlayan xidmət...
Bu gün, 12:19
Bakı şəhəri bu gün bir daha yuyuldu - FOTO
Bu gün, 12:09
“Şah İsmayıl Xətai ilə bağlı filmimi onlar dayandırdı, Fazil Mustafaya etiraz etdim, gülümsəyib dedi ki..” - Xalq artistindən ETİRAZ
Bu gün, 11:44
Paşinyan iki mühüm fiquru niyə dəyişdi? – “Görüşlərim və təlimatlarım olacaq...”
Bu gün, 11:35
"Qarabağ" "Tvente" ilə macərası nə ilə bitəcək? - ARAŞDIRMA
Bu gün, 11:31
Zubir “Qarabağ”dan getdi: - yeni klubu…
Bu gün, 11:20
Gürcüstanın Baş naziri Samtsxe-Cavaxetiyaya yeni qubernator təyin etdi
Bu gün, 11:11
Kompleks Qazma İşləri Trestində NÖVBƏTİ ÖZBAŞINALIQ - İşçilərə VAXT QOYULDU...
Bu gün, 10:52
"Sərvətinin bircə faizini Kəlbəcərlilərə verib troll komandası yaradıb..." - Cavid Qurbanova SUALLAR VAR...
Bu gün, 10:42
“Zəlzələ öldürmür, kağız binalar öldürür!” - Seysmoloq Ənvər Əliyev
Bu gün, 10:26
Şah İsmayıl Xətai “fırtınası” və ya deputatın tarixi yenidən yazmaq cəhdi - AXI NİYƏ?
Bu gün, 10:20
“Sabah” UEFA seçmələrində 181 klub arasında 17-ci olub - SİYAHI
Bu gün, 10:17
İrəvan Rusiya ermənilərinin Ermənistan vətəndaşlığı alması qaydasına yenidən baxmağa hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 10:01
"Azər müəllim, mən sizə neyləmişdim?" - imtahandan "kəsilən" xadimə "AzəriQaz" şefindən soruşur...
Bu gün, 08:51
Kərki BU TARİXDƏ Naxçıvana qaytarılır – İLGİNC gəlişmə
Bu gün, 08:24
Moskva müqavilənin şərtlərinə əməl etmir - Magyar
Bu gün, 08:22
Payızda bu məhsullar bahalaşa bilər - BELƏ HARA GEDİRİK?
Bu gün, 08:18
Hərbçimiz hospitalda vəfat etdi - Şəhidin qardaşıdır
Bu gün, 08:16
NASA amerikalı astronavtların Aya enişinə hazırlaşır - KİV
Bu gün, 08:00
"Fortuna SL Project" MMC-nin vergi borcu 1 milyonu keçdi - FOTO
Bu gün, 07:58
Abituriyentlərə seçim təzyiqi: Valideynlər diqqətli olsunlar, yoxsa... - AKTUAL
Bu gün, 07:56
Qarabağda ordumuza qarşı gizli əməliyyatlar, Ağdərədə qətllər – erməni “Kandaz” yenidən hakim qarşısında
Bu gün, 07:54
Elman Paşayevin oğlunun da ittiham olunduğu cinayət işinin yeni təfərrüatları məlum olub - 8 nəfər təqsirləndirilir
Bu gün, 07:52
Rusiyanın cənubunu bloklamışıq - Zelenski
Bu gün, 07:50
Azərbaycanda benzin və dizel bahalaşır? - NƏ BAŞ VERİR?
Bu gün, 07:48
"Tramp administrasiyası ən çox bizdəki tranzit işindən narazıdır" - ŞƏRH
Bu gün, 07:45
Japarov öz varisini vaxtında xəbərdar etmişdi - "...özüm isə istirahətə çəkiləcəkdim"
Bu gün, 07:35
63 yaşlı soydaşımızın kədərli hekayəsi... - REPLİKA
Bu gün, 07:32
Niyə bu qərarın maliyyə yükünü vətəndaş çəkməlidir? - ETİRAZ
Bu gün, 07:23
İstirahət mərkəzi yox, xəstəlik mənbəyi imiş! - GİLEY
Bu gün, 07:17
"Kino əvvəlcə ideyanı vizuallaşdırır və.."
Bu gün, 07:08
Suraxanı bazarında TƏZƏ NIRX... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:52
Əsas problem 15 avqustda deyil, 15 sentyabrdan sonra başlayacaq - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46
Masallının da öz SULTANI var imiş... - BU NƏDİ BELƏ?
Bu gün, 06:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru