“Yango” sürücüsü müştərinin 1000 manat dəyərində olan malını oğurlayaraq aradan çıxıb.
Tribuna.az xəbər verir ki, bu barədə zərərçəkən müştəri Abdulhəmin Xəlilov məlumat paylaşıb. O bildirib ki, sürücünün tapılmasında “Yango” şirkəti ona kömək etməyib:
“Mənim “YANGO” şirkətindən şikayətim var. Xahiş edirəm bu şirkətdən heç kim istifadə eləməsin, bunlar boykot olunsunlar.
13 Aprel 15:41-də “Yango” çatdırılma ilə bağlama sifariş etdim. Sumqayıtdan verdilər moto kuryerə. Bağlama Playstation 5-dir, dəyəri 1000 manatdan çoxdur. Kuryer bağlamaya baxıb, görüb playstationdır, oğurlayıb. İndi nə zənglərimi açır, nə də bir şey.
“Yango”nun baş ofisinə getdim, dedilər bizlik deyil, ver məhkəməyə. Mən kuryeri tanımıram, mən “Yango”nu tanıyıram.
Belə çıxır bütün oğrular başlayacaq kuryerliyə, ziyan çəkən də bizlər olacağıq?”.
Məsələ ilə bağlı “Yango” şirkəti ilə əlaqə yaratmağa çalışsaq da, zəmglərimizə cavab verən olmadı. Qarşı tərəfi dinləməyə hazırıq.











