"Biz neftçilər zülüm çəkirik... bir idarə rəisi tək gəmidə gəlir... bu qədər fəhləyə gəmi tapılmır..." "DİA-AZ" xəbər verir ki, bu barədə Arif Qasımov adlı SOCAR işçisi Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sosial şəbəkə hesabında paylaşdığı müraciətində gileylənir.
Müraciətdə daha sonra deyilir: "Saat səkkizdə limana çağırırlar, saat 12-də gəmiyə minirik... Hansısa oğru bir rəis müavini limana gəlir. O saat gəmi verirlər. 15 gün dənizdə qaldı, apelin 1-də çıxmalı idik. Zəng gəldi ki, rəis dənizə çıxacaq, siz qaldınız 2-ci növbəyə. Yaxşı bu rəis kimdir ki?
Normalda işçilərin problemi həll olunmalıdır, hansısa işdən başı çıxmayanların yox...
Amma birinci rəis getdi... saat 5-də isə 15 gün qalan fəhləni çıxartdılar. Saat 7-8-də qırağa çıxdıq və evə çatdıq saat 9-da...
Xahiş edirik, bu işbəlməyən məmurlara başa salın ki, dənizdə qalan fəhlədir... onlar yox..."








