Bakıda məşhur istirahət mərkəzi müsadirə olunaraq hərraca çıxarıldı .....                     Protez saç FIRILDAĞI: Bakıda taksi sürücüsü belə ALDANDI .....                     Paşinyandan kritik təyinat .....                     Ermənistan Azərbaycana nə ixrac edə bilər? .....                     Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı .....                     TƏBİB maaşları artırır, bəs Səhiyyə Nazirliyi? .....                     “Atam əməliyyata öz ayaqları ilə getdi, indi yeriyə bilmir” .....                     Ukrayna Soçi limanında Rusiya gəmisini vurdu .....                     Rusiya ordusu bir gündə 4 kəndi işğal etdi .....                     Kövsər Dadaşovaya bu akademiyada yüksək vəzifə verildi .....                     “Həyat bir kinodur, ən maraqlı yerində bitir” .....                     “Ermənistandan Azərbaycana ilk ixrac həyata keçirilib” .....                     Sədrin köməkçisi idi, şöbə müdiri təyin edildi .....                     Bu agentlikdə yeni departamentlər yaradıldı .....                     Dövlət Neft Fondunun səhm investisiyalarından gəliri .....                     Əhməd Davudoğlu barəsində araşdırma başlanılıb .....                     Ronaldo ayaqlarını, Carey səsini SIĞORTALAYIR .....                     75 yaşlı qadını çəkic və linglə qətlə yetirib quyuya atan şəxslərlə bağlı .....                     “Qarabağ məsələsini xaricdə qaldırırıq, amma bizə ciddi baxmırlar” .....                     Alen Simonyan Azərbaycana gələcək .....                     Məşğulluq Agentliyi İlqar Əmirova ofisin icarəsi üçün 42 min manat ödəyəcək .....                     Rusiya bazası bizim üçün vacib deyil, çıxarmaq istəsələr, etiraz etməyəcəyik .....                     “BOA Agency” dividend verəcək .....                     “Azərpoçt”un departament direktoru vəzifəsindən ayrıldı .....                     Ermənistan vətəndaşı həbs edildi .....                     Su Meliorasiya Xidmətinin tenderində maraqlı tarix: Qalib elandan iki gün əvvəl işə başlayıb? .....                     YAP-ın altı ay gecikən qurultayı .....                     Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına hökm oxundu .....                     Erməni məhsulları Azərbaycan bazarına daxil olarsa... .....                     Şəmkirdə Türkmənistan vətəndaşını bıçaqlayan şəxsə cəza verildi .....                     Tiflisə biletləri tur firmalar satır? .....                     Tanınmış yazıçıdan sərt QINAQ: .....                     Ramiz Mehdiyevlə Köçəryanı .....                     "İşgüzar Kredit İttifaqı"nın lisenziyası ləğv olunub .....                     Azərbaycanda BOKT-un sahibi oğlunu özünə şərik etdi .....                     Azərbaycanda eyni sahədə çalışan daha 11 ŞİRKƏT LƏĞV EDİLDİ .....                     “Din qoruyuculuğu adı ilə vəhşiliyə yol vermək olmaz” .....                     Torpaq uğrunda canını qıyana BİR QARIŞ TORPAĞI DA QIYMIRLAR... .....                     “Ya bəhanədir, ya da həqiqətən...” .....                     Bəraət alan gömrükçüyə 5 min manat təzminat kəsildi .....                 

Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri
Tarix: 13-03-2026, 11:22 | Çap et

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə qrant müsabiqələrinin nəticələrini və layihələrin icrasını təhlil etdikcə daha ciddi və narahatedici mənzərə ortaya çıxır. Kağız üzərində sosial problemlərin həlli üçün ayrılan vəsaitlər praktikada ya formal tədbirlərə çevrilir, ya da layihənin adı ilə icra olunan fəaliyyətlər arasında açıq uyğunsuzluq yaranır. Təəssüf ki, bu artıq tək-tük hal deyil. Bir neçə layihənin təhlili göstərir ki, layihənin təqdimat mərhələsində yazılan məqsəd və vəzifələrlə real fəaliyyət arasında ciddi fərqlər var. Daha təhlükəlisi isə odur ki, bu uyğunsuzluqlar donor qurum tərəfindən ya görülmür, ya da görməzliyə vurulur(?)

Görünür tapşırıq böyük yerdən olur.

2025-ci ildə maliyyələşdirilmiş layihələrdən biri də “Üfüq” Xeyriyyə Cəmiyyətinin həyata keçirdiyi “Bullinqə məruz qalan məktəblilər arasında ictimai vəkillik” adlı layihədir. Layihənin adı ilk baxışdan çox həssas və vacib sosial problemə yönəldiyini göstərir. Məktəblərdə bullinqə məruz qalan uşaqlarla işləmək, onların hüquqlarını müdafiə etmək və bu istiqamətdə ictimai vəkillik aparmaq olduqca ciddi, həssas və peşəkar yanaşma tələb edən sahədir. Bu cür layihələrdə uşaqların məxfiliyi, psixoloji vəziyyəti və təhlükəsizliyi əsas prioritetlərdən biri olmalıdır.

Lakin layihə barədə ictimaiyyətə açıqlanan cəmi iki media məlumatı və Yenixeber.org-a ötürülən faktlar göstərir ki, layihənin adı ilə faktiki icrası arasında ciddi uyğunsuzluq var....

Birinci, açıqlamada tədbirin Bakı şəhərində yerləşən 83 saylı məktəb-liseydə keçirildiyi və əsas iştirakçıların valideynlər olduğu qeyd olunur. Təlimdə bullinq haqqında ümumi məlumat verildiyi, valideynlər arasında müzakirələr və rol oyunları keçirildiyi bildirilir. Daha sonra psixoloq tərəfindən “Kaktus” terapiyasında çəkilmiş rəsmlərin izahı aparıldığı qeyd edilir.

Burada ilk sual ortaya çıxır: əgər layihə “bullinqə məruz qalan məktəblilər arasında ictimai vəkillik” adlanırsa, niyə əsas fəaliyyət valideynlər üçün keçirilən maarifləndirici təlimlə məhdudlaşır? Bu, mahiyyət etibarilə sadə maarifləndirmə tədbiridir və ictimai vəkillik fəaliyyəti ilə ciddi şəkildə fərqlənir. İctimai vəkillik dedikdə sistemli problemlərin qaldırılması, qərarverici qurumlara təsir, siyasət və ya qaydalarda dəyişiklik təşəbbüsləri nəzərdə tutulur. Verilən məlumatlarda isə belə bir fəaliyyətin izinə belə rast gəlinmir.

İkinci açıqlama isə vəziyyəti daha da problemli göstərir. Xırdalan şəhərində yerləşən 1 saylı məktəbdə keçirilən tədbirdə 25-dən çox məktəblinin iştirak etdiyi, onlara bullinq barədə məlumat verildiyi və praktiki oyunlar keçirildiyi bildirilir. Daha sonra psixoloq tərəfindən “Kaktus” modeli adlı qrup terapiyası keçirildiyi qeyd olunur və sosial işçi ilə hüquqşünas tərəfindən 15 məktəblinin sosial və hüquqi qiymətləndirilməsinin aparıldığı bildirilir.

Əgər layihə doğrudan da bullinqə məruz qalan uşaqlarla işləməyi nəzərdə tutursa, burada çox ciddi etik və hüquqi suallar yaranır. Bullinq qurbanları ilə işləyən layihələrdə uşaqların şəxsiyyəti, məktəbi, hətta çox vaxt onların iştirak faktı belə məxfi saxlanılır. Çünki belə məlumatların açıq şəkildə paylaşılması uşağın məktəb mühitində daha böyük təzyiq və stiqmatizasiya ilə üzləşməsinə səbəb ola bilər. Lakin layihə barədə yayılan məlumatlarda tədbirin keçirildiyi məktəbin adı açıq göstərilir, iştirak edən uşaqların fotoları paylaşılır. Bu isə uşaqların məxfiliyinin qorunması baxımından ciddi problemlər yaradır.

Daha bir ciddi məqam “sosial və hüquqi qiymətləndirmə” məsələsidir. Media məlumatında bildirilir ki, sosial işçi və hüquqşünas tərəfindən 15 məktəblinin sosial və hüquqi qiymətləndirilməsi aparılıb.

Burada sual yaranır: bu qiymətləndirmə hansı metodologiya əsasında aparılıb? Valideynlərin yazılı razılığı varmı? Məktəb rəhbərliyi və ya müvafiq dövlət qurumlarının iştirakı təmin olunubmu? Uşaqların hüquqi və psixoloji vəziyyətinin qiymətləndirilməsi çox ciddi peşəkar standartlar tələb edən prosesdir və bunu sadə bir layihə tədbiri çərçivəsində formal şəkildə həyata keçirmək ciddi məsuliyyət yarada bilər.

Bütün bunlar göstərir ki, layihənin təqdim olunan konsepsiyası ilə real fəaliyyətlər arasında ciddi fərq var. Layihənin adı ictimai vəkillikdən bəhs edir, amma icra sadə maarifləndirmə təlimlərindən ibarət görünür. Hətta bu təlimlərin də bullinq qurbanlarının məxfiliyini qoruyan peşəkar standartlara uyğun keçirilib-keçirilmədiyi ciddi şübhə doğurur.

Bu vəziyyət eyni zamanda QHT-lərə Dövlət Dəstəyi Agentliyinin layihələrin icrasına nəzarət mexanizmlərinin nə qədər zəif olduğunu göstərir. Layihə idarəetməsi və monitorinq sahəsində kifayət qədər təcrübəsi olmayan şəxslər belə həssas mövzular üzrə layihələrin keyfiyyətini və risklərini düzgün qiymətləndirə bilmirlər. Nəticədə isə kağız üzərində sosial problemlərin həlli üçün ayrılan dövlət vəsaitləri formal tədbirlərlə “hesabatlaşdırılır”.

Digər tərəfdən, burada QHT-nin donor qurumu faktiki olaraq yanıltması ehtimalı da görünür. Layihə təqdim olunarkən bullinq qurbanlarının hüquqlarının müdafiəsi və ictimai vəkillik kimi ciddi fəaliyyətlər vəd edilir, lakin icra mərhələsində bu fəaliyyətlər sadə seminar və təlim formatına endirilir. Bu isə layihənin məqsəd və nəticələrinin şişirdildiyini göstərir.

Məsuliyyət yalnız donor qurumun və QHT-nin üzərinə düşmür. Layihələrin məktəblərdə keçirilməsi üçün müəyyən razılıqların verildiyi də aydındır. Bu baxımdan Elm və Təhsil Nazirliyinin və yerli təhsil strukturlarının da məsuliyyəti ortaya çıxır. Məktəblərdə belə həssas mövzular üzrə fəaliyyətlərə icazə verilərkən layihənin metodologiyası, uşaqların hüquqlarının qorunması və etik standartlara uyğunluğu ciddi şəkildə qiymətləndirilməlidir.

Təəssüf ki, görünən mənzərə ondan ibarətdir ki, nə donor qurum, nə layihəni icra edən təşkilat, nə də məktəb mühiti bu prosesdə tələb olunan peşəkarlıq və məsuliyyət səviyyəsini nümayiş etdirir. Layihənin adı ilə real fəaliyyəti arasında uçurum var, uşaqların məxfiliyi isə faktiki olaraq nəzərə alınmır. Bu isə təkcə bir layihənin problemi deyil – QHT sektorunda dövlət vəsaitlərinin necə xərcləndiyi ilə bağlı daha geniş və sistemli suallar doğuran bir nümunədir.

QHT-lərə Dövlət Dəstəyi Agentliyi “Üfüq” Xeyriyyə Cəmiyyətinin bu layihəsi üçün 10 min manat vəsait ayırıb.

Qeyd edək ki, “Üfüq” Xeyriyyə Cəmiyyətinin 29 dekabr 1999-cu ildə dövlət qeydiyyatına alınıb. QHT-nin təsisçiləri Akif Əhmədov, Şəhla Əhmədova, Dilarə Vəzirova və Fuad Süleymanov olub. Təşkilatın sədri Akif Əhmədov əvvəllər Avropa Birliyinin hüquqşünası vəzifəsində çalışıb.

Hazırda təşkilatın sədri Nuriyya Abbasovadır. O, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2021-2025-ci illərdə Müşahidə Şurasının üzvü olmuş Günel Səfərovanın xalası qızıdır(?)

Yenixeber.org









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda məşhur istirahət mərkəzi müsadirə olunaraq hərraca çıxarıldı – 5 milyon manata
Bu gün, 17:01
Protez saç FIRILDAĞI: Bakıda taksi sürücüsü belə ALDANDI - TƏFƏRRÜAT
Bu gün, 16:58
Paşinyandan kritik təyinat – İrəvanın məhkəmə iddiaları nə olacaq?
Bu gün, 16:53
Ermənistan Azərbaycana nə ixrac edə bilər? - Ekspertlər proqnozları açıqladı
Bu gün, 16:47
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı —məsələ hüquq-mühafizə orqanlarında araşdırılır
Bu gün, 16:46
TƏBİB maaşları artırır, bəs Səhiyyə Nazirliyi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:24
“Atam əməliyyata öz ayaqları ilə getdi, indi yeriyə bilmir” - NARAZILIQ VAR...
Bu gün, 16:22
Ukrayna Soçi limanında Rusiya gəmisini vurdu
Bu gün, 16:19
Rusiya ordusu bir gündə 4 kəndi işğal etdi - KİV
Bu gün, 16:18
Kövsər Dadaşovaya bu akademiyada yüksək vəzifə verildi
Bu gün, 15:58
“Həyat bir kinodur, ən maraqlı yerində bitir” - ANIM
Bu gün, 15:56
“Ermənistandan Azərbaycana ilk ixrac həyata keçirilib” - Paşinyan AÇIQLADI
Bu gün, 15:40
Sədrin köməkçisi idi, şöbə müdiri təyin edildi - BUNDAN SONRA...
Bu gün, 15:35
Bu agentlikdə yeni departamentlər yaradıldı - Təyinatlar oldu
Bu gün, 15:33
Dövlət Neft Fondunun səhm investisiyalarından gəliri 11 mlrd. dollara yaxınlaşıb
Bu gün, 15:30
Əhməd Davudoğlu barəsində araşdırma başlanılıb
Bu gün, 15:28
Ronaldo ayaqlarını, Carey səsini SIĞORTALAYIR - Azərbaycanda bədən üzvlərini sığortalayan varmı?
Bu gün, 13:09
75 yaşlı qadını çəkic və linglə qətlə yetirib quyuya atan şəxslərlə bağlı QƏRAR
Bu gün, 13:06
“Qarabağ məsələsini xaricdə qaldırırıq, amma bizə ciddi baxmırlar”
Bu gün, 13:03
Alen Simonyan Azərbaycana gələcək
Bu gün, 13:00
Məşğulluq Agentliyi İlqar Əmirova ofisin icarəsi üçün 42 min manat ödəyəcək - DETALLAR
Bu gün, 12:59
Rusiya bazası bizim üçün vacib deyil, çıxarmaq istəsələr, etiraz etməyəcəyik - Paşinyan
Bu gün, 12:56
“BOA Agency” dividend verəcək – səhmdarları iclasa çağırdı
Bu gün, 12:54
“Azərpoçt”un departament direktoru vəzifəsindən ayrıldı - “AzerGold”da işə başladı
Bu gün, 12:50
Ermənistan vətəndaşı həbs edildi - Rusiyaya işləyirmiş
Bu gün, 12:44
Su Meliorasiya Xidmətinin tenderində maraqlı tarix: Qalib elandan iki gün əvvəl işə başlayıb? - BU NƏDİ BELƏ?
Bu gün, 12:29
YAP-ın altı ay gecikən qurultayı - payız SON tarix...
Bu gün, 12:24
Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına hökm oxundu - Həbs olundu
Bu gün, 12:22
Erməni məhsulları Azərbaycan bazarına daxil olarsa... — İqtisadçı mümkün nəticələri açıqladı
Bu gün, 12:20
Şəmkirdə Türkmənistan vətəndaşını bıçaqlayan şəxsə cəza verildi - TƏFƏRRÜAT
Bu gün, 12:18
Tiflisə biletləri tur firmalar satır? – Vətəndaşlar narazıdır
Bu gün, 12:09
Tanınmış yazıçıdan sərt QINAQ: - “Burun, dodaq oxşar, sanki eyni sexdən çıxıblar”
Bu gün, 12:07
Ramiz Mehdiyevlə Köçəryanı NƏ BAĞLAYIR?
Bu gün, 12:03
"İşgüzar Kredit İttifaqı"nın lisenziyası ləğv olunub
Bu gün, 11:58
Azərbaycanda BOKT-un sahibi oğlunu özünə şərik etdi – Yeni payçı gəlib
Bu gün, 11:53
Azərbaycanda eyni sahədə çalışan daha 11 ŞİRKƏT LƏĞV EDİLDİ - SİYAHI
Bu gün, 11:51
“Din qoruyuculuğu adı ilə vəhşiliyə yol vermək olmaz” - deputat
Bu gün, 11:46
Torpaq uğrunda canını qıyana BİR QARIŞ TORPAĞI DA QIYMIRLAR... - GİLEY
Bu gün, 11:39
“Ya bəhanədir, ya da həqiqətən...” – Yaşar Nurinin xanımından ETİRAZ
Bu gün, 11:31
Bəraət alan gömrükçüyə 5 min manat təzminat kəsildi - Amma işinə qaytarılmadı
Bu gün, 11:23
İdxal olunmuş radikallıq – məqsəd məqsədləri susdurmaq olmamalıdır
Bu gün, 11:21
Ermənistan Rusiya vətəndaşlarından viza tələb edəcək? – Zaxarovadan reaksiya
Bu gün, 11:12
ABŞ-ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var - İran Səhiyyə Nazirliyi
Bu gün, 11:11
“Azəridmanservis” üç ay ərzində “ÇANAQÇI” MMC-yə 6 tender verdi – Nəyə, yaxud da, kimə görə…
Bu gün, 10:59
Masazır və Xırdalandakı “şəhərcik”lərə niyə çıxarış verilmir? - AÇIQLAMA
Bu gün, 10:57
Bacısından ayrıldığına görə xalası oğlunu ov tüfəngi ilə güllələyən şəxslə bağlı QƏRAR
Bu gün, 10:52
Keçmiş icra başçısı hədələndiyini İDDİA EDİR... - "...bizə qarşı çox agır ifadələr işlədirlər"
Bu gün, 10:46
Melburnda oxuyan azərbaycanlı tələbə kömək istəyir - MÜRACİƏT
Bu gün, 10:42
Bişkekdən verilən siqnal: - Azərbaycan artıq yeni geosiyasət üçün icazə istəmir
Bu gün, 10:33
“ASAN Xidmət” Sevinc İbadovadan 660 min manata ofis icarəyə götürüb - İcazə verin, şübhələnək...
Bu gün, 10:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru