“Rusiya Ermənistanın Gümrü şəhərindəki 102-ci hərbi bazasını çıxarmaq istəsə, etiraz etməyəcəyik”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Rusiya hərbi bazası bizim üçün vacib deyil, əgər onu çıxarmaq qərarına gəlsələr, etiraz etməyəcəyik”, - o bildirib.
Rusiya Prezidenti Vladimir Putin sentyabrın 1-də bəyan edib ki, İrəvan Ermənistandakı Rusiya hərbi bazasına ehtiyac olmadığını hesab edərsə, Moskva onu çıxarmağa hazırdır: “Əgər Ermənistan hesab edirsə ki, Rusiya hərbi bazası ölkədə lazım deyil, biz lap sabah gedərik”.






