O daha sonra bunları bildirib: "Dənizdə yerləşən neft-qaz hasilatı ilə məşğul olan idarə və müəssisələrin yerləşdiyi Çilov adasına, Neft Daşlarına, dəniz platformalarına, dərin dəniz özüllərinə və s. işçilər helikopter və gəmilərlə (iri və kiçik tutumlu) yola salınır. Və gediş-gəliş zamanı başqa dövlət qurumları tərəfindən yoxlamaya məruz qalmayıblar.
Lakin ötən ilin noyabr ayından başlayaraq SOCAR Azneft İB Abşeronneft 4-cü mədəninin növbə dəyişən işçiləri Dübəndi limanında Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən yoxlamaya (gediş və qayıdış zamanı) məruz qalıblar.
Dünən (19.02.2026) SOCAR Azneft İB "Abşeronneft"in növbə dəyişən (sahilə çıxan) neftçiləri növbəti dəfə sərhədçilərin yoxlamasına məruz qalıblar. Bununla əlaqədar neftçi yazır ki:
Bu gün Abşeronneft 4-cü mədəndə növbə dəyişilirdi. Saat 15.00-da istismar müddəti qurtarmış köhnə gəmiyə mindik. Saat 21.00-da( 6 saatdan sonra) Dübəndi limanına çatdıq. Limanda yenə sərhədçilərin yoxlamasına məruz qaldıq. İşdən sonra evinə qayıdan insanları niyə yoxlayırsan sualına uca səslə dedi ki: get kimə istəyirsən şikayət elə! Neftçi onu da qeyd etdi ki, artıq 4-cü dəfədir ki belə hərtərəfli yoxlama aparılır... SOCAR isə susur...."
VİDEOFAKT BURADA: https://www.facebook.com/reel/25647556324916925








