Əsas Səhifə > Manşet / Ölkə > BU NƏDİ BELƏ: Növbədən gələn neftçiləri QULDUR YERİNƏ QOYURLAR?

BU NƏDİ BELƏ: Növbədən gələn neftçiləri QULDUR YERİNƏ QOYURLAR?


19-02-2026, 10:03
"Dübəndi dövlət sərhədindən buraxılış məntəqələri siyahisinə daxildir ki? Hansı ölkə ilə??❓ Niyə məhz Dübəndi? Niyə 15 gün dəniz şəraitin işləyib, 6 saat köhnə gəmi ilə işdən evinə qayıdan neftçi yoxlamaya məruz qalır? Səbəb niyə izah olunmur?" "DİA-AZ" xəbər verir ki, bunu özünün etiraz dolu müraciətində tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı qeyd edib.
O daha sonra bunları bildirib: "Dənizdə yerləşən neft-qaz hasilatı ilə məşğul olan idarə və müəssisələrin yerləşdiyi Çilov adasına, Neft Daşlarına, dəniz platformalarına, dərin dəniz özüllərinə və s. işçilər helikopter və gəmilərlə (iri və kiçik tutumlu) yola salınır. Və gediş-gəliş zamanı başqa dövlət qurumları tərəfindən yoxlamaya məruz qalmayıblar.
Lakin ötən ilin noyabr ayından başlayaraq SOCAR Azneft İB Abşeronneft 4-cü mədəninin növbə dəyişən işçiləri Dübəndi limanında Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən yoxlamaya (gediş və qayıdış zamanı) məruz qalıblar.
Dünən (19.02.2026) SOCAR Azneft İB "Abşeronneft"in növbə dəyişən (sahilə çıxan) neftçiləri növbəti dəfə sərhədçilərin yoxlamasına məruz qalıblar. Bununla əlaqədar neftçi yazır ki:
Bu gün Abşeronneft 4-cü mədəndə növbə dəyişilirdi. Saat 15.00-da istismar müddəti qurtarmış köhnə gəmiyə mindik. Saat 21.00-da( 6 saatdan sonra) Dübəndi limanına çatdıq. Limanda yenə sərhədçilərin yoxlamasına məruz qaldıq. İşdən sonra evinə qayıdan insanları niyə yoxlayırsan sualına uca səslə dedi ki: get kimə istəyirsən şikayət elə! Neftçi onu da qeyd etdi ki, artıq 4-cü dəfədir ki belə hərtərəfli yoxlama aparılır... SOCAR isə susur...."
VİDEOFAKT BURADA: https://www.facebook.com/reel/25647556324916925

Geri qayıt