"Mənim şikayətim Kapital bank-dandır..." "DİA-AZ" xəbər verir ki, bu barədə "AZBank Klubu" sosial qrupundakı paylaşımında Ceyhun İslam adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Mənim avans borcumu niyə iki dəfə çıxmısınız balansımdan? 3 gündür hələ bunu araşdırıb bitirə bilmədiniz?
Özünüz 1 manat artıq pul yukləyəndə dərhal çıxırsınız balansdan, amma vətəndaşın pulunu artıq cəkmisiniz, qaytarmaq üçün hələ araşdırırsınız.
Mən sizə görə niyə pulsuz qalmalıyam ki? Kartımızı dələduzlarla yanaşı sizdəndəmi qoruyaq?"








