Ermənistan-Rusiya münasibətlərinin daha da pisləşəcəyi, bunun növbəti mərhələdə Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasına və dəmir yolu sahəsindəki mövqelərinə təsir göstərəcəyi iddia olunur.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Paşinyan hakimiyyətinin əleyhdarlarından olan Ermənistan Respublika Partiyasının üzvü Tiqran Abramyan Vladimir Putinlə Nikol Paşinyanın son görüşünü şərh edərkən bildirib.
Abramyanın fikrincə, Putin-Paşinyan görüşünün nəticələrini anlamaq üçün xüsusi siyasi təhlilə ehtiyac yoxdur və Ermənistan-Rusiya münasibətlərində geriləmə davam edəcək.
“102-ci Rusiya bazası və ya dəmir yolu istiqamətində addımlar yalnız zaman məsələsidir”, – o iddia edib. Müxalif siyasətçi hesab edir ki, Paşinyan bu məsələlərdə prosesləri mümkün qədər uzatmağa və hadisələri qabaqlamamağa çalışır. Qalan hər şey ciddi qrafik və addımların dəqiq ardıcıllığı ilə gedir”, – deyə Abramyan bildirib.







