Bakı Apellyasiya Məhkəməsi mənimsəmələri leqallaşdırdı? - BU NƏDİ BELƏ?
Tarix: 8-12-2025, 09:23 | Çap et

"Hər hansı qurumun rəhbəri vəsaiti necə mənimsəyir? Satınalmalarda qiyməti şişirdir və “otkat” alır, yaxud ümumiyyətlə yalnız sənəd üzərində olan fəaliyyətə “çəkilmiş” xərci cibinə qoyur, kiməsə formal maaş yazır və cibinə qoyur və s. və i.a. Amma hər bir halda bütün bu “çak-çuk”lar lazımi qaydada sənədləşdirilir (müqavilə, qaimə, kassa sənədi və s.) ki, yoxlama gələndə təqdim olunsun. Düzdür, hüquq-mühafizə orqanları işə girişəndə sənədləşdirmə də kömək etmir, çünki həmin orqanlar işin bütün faktiki hallarını araşdırır..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi Əkrəm Həsənov qeyd edib.
O daha sonra bildirir: "Lakin ola bilər ki, bundan sonra korrupsionerlərin heç lazımi sənəd qayıtdırmağa ehtiyacları olmayacaq. Hər hansı kağız parçasında xərci yazacaqlar, imzalatdıracaqlar, yoldan keçən auditoru cəlb edib lazımi rəy alacaqlar, vəssalam! Bunu mən yox, Bakı Apellyasiya Məhkəməsi deyir!
Deməli, çoxmənzilli binanın Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (MMMC) sabiq sədri 5 illik rəhbərliyi dövründə (sakinlər onu rəhbərlikdən qovanadək) xeyli vəsaiti mənimsəyib, vəzifədən gedəndən sonra da möhürü və digər sənədləri təhvil verməyib. Birinci instansiya məhkəməsində o, birmənalı olaraq bildirdi ki (iclasın videogörüntüsü var!!!), möhür də ondadır, sənədlər də, MMMC-nin yeni rəhbərliyini qanunsuz hesab etdiyi üçün təhvil vermir. Həmçinin bildirdi ki, rəhbərliyi dövründə sakinlərdən 758200 manatdan çox pul toplayıb. Həmin vəsaiti necə xərcləməsinə gəldikdə isə bildirdi ki, guya hamısını da MMMC üçün xərcləyib, lakin “onun içində görsənən və görsənməyən xərclər” var. Görsənməyən xərclərin mahiyyəti haqda suala isə “Azərbaycandır da” cavabını verir. Yəni xərclərin bir qisminin təsdiqsiz olmasını etiraf etdi!
Birinci instansiya məhkəməsi audit yoxlaması təyin etdi. Cavabdeh auditora qeyri-rəsmi sənədlər, yəni sadəcə kağız parçaları təqdim etdi. Guya həmin cızma-qara onun xərclərini təsdiq edir. Təsəvvür edin ki, onların içində guya verilən əmək haqqı və ya şirkətlərə ödənilən vəsaitlərə dair “sənəd”lər var. Nə əmək müqavilələrinin elektron sistemi, nə vergi orqanındakı baza, nə bank çıxarışları, nə hansısa kassa sənədləri və digər rəsmi sənədlərlə bu xərclər təsdiqini tapmır. Məhkəmə Eksperiza Mərkəzi mühasibatlıq ekspertizası zamanı belə sənədləri ümumiyyətlə qəbul etməzdi. Lakin auditor bu sənədləri nəinki qəbul etdi, onları əsas götürərək rəy verdi ki, guya cavabdeh aldığı pulları MMMC üçün xərcləyib, hətta guya cibindən də artıq xərcləyib. Birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi də bunun əsasında MMMC-nin iddiasını (mənimsənilmiş pulun qaytarılması haqda) rədd etdi. Apellyasiya məhkəməsi hətta birinci instansiya məhkəməsindəki iclasların videogörüntüsünə baxmaqdan da imtina etdi, halbuki, orada cavabdehin etirafları var! Necə deyərlər, torbada pişik var, özü də mənimsənilən məbləğin iriliyini nəzərə alaraq, pişik də zırpıdır yəqin!
Hazırda MMMC-nin kassasiya şikayətinə hakim Aqil Abbasovun sədrliyi ilə Ali Məhkəmə baxır. Faktiki olaraq Ali Məhkəmə MMMC-nin və onun keçmiş rəhbərinin deyil, hüquq-mühafizə orqanlarının da gələcək fəaliyyətinin taleyini həll edir. Çünki qətnamə qüvvədə qaldığı təqdirdə Azərbaycanda hər hansı rəhbər şəxs ona etibar edilmiş vəsaiti istədiyi kimi xərcləyə biləcək. Pul ondan tələb edildikdə isə təsdiqedici qeyri-rəsmi sənədlər qayıtdırıb təqdim edəcək. Bu minvalla nəinki mülki qaydada pulu tələb etmək olmayacaq, hətta mənimsəmə və s. cinayətləri törətmiş korrupsionerləri cinayət məsuliyyətinə cəlb etmək olmayacaq. Korrupsioner məhkəmənin köməyi ilə auditor cəlb edəcək, auditor istənilən kağız parçasını “sənəd” hesab edəcək, vəssalam.
Odur ki, dəyərli (əlbəttə, onlar dəyərlidir, biz yox ki!) korrupsionerlər, bir az da səbrli olun, fəaliyyətinizin tam leqallaşdırılmasının bir addımındasınız. Siz deyən olsa, bundan sonra heç əfvə və amnistiyaya da ehtiyacınız olmayacaq..."

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Rus bazası Ermənistandan gedəcək, amma... - Abramyan
Bu gün, 17:52 |
|
|
|
| • İki ay əvvəl işdən çıxarılmışdı – Yeni yüksək vəzifəyə gətirildi
Bu gün, 17:50 |
|
|
|
| • Türkiyə üç dəfə Ermənistana hücum etmək istədi, Rusiya mane oldu - Şarmazanov SƏRSƏMLƏYİR
Bu gün, 17:30 |
|
|
|
| • 100 dollarlıq neft dolların taleyini həll edəcək: -1,5 manata qədər ucuzlaşma?
Bu gün, 17:28 |
|
|
|
| • Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal - DİQQƏT
Bu gün, 17:26 |
|
|
|
| • ABŞ ordusunun hücumları nəticəsində İran Dəniz Qüvvələrinin 6 hərbçisi öldürülüb - FOTO
Bu gün, 17:23 |
|
|
|
| • “AzerGold”da iki nəfərə vəzifə verildi, bir nəfər işdən çıxdı - ADLAR
Bu gün, 17:18 |
|
|
|
| • Vardanyan Kiriyenkodan helikopter gözləyirdi, amma... - Baş tutmayan qaçış
Bu gün, 17:16 |
|
|
|
| • Bank of Baku-da rəhbər vəzifəyə TƏYİNAT OLUB - ƏMR
Bu gün, 17:14 |
|
|
|
| • Türkiyədə gəmi qəzasında saxlanılan azərbaycanlı antiterror əməliyyatı iştirakçısı imiş – Atası nələri danışdı?
Bu gün, 17:10 |
|
|
|
| • Bakıda məşhur istirahət mərkəzi müsadirə olunaraq hərraca çıxarıldı – 5 milyon manata
Bu gün, 17:01 |
|
|
|
| • Protez saç FIRILDAĞI: Bakıda taksi sürücüsü belə ALDANDI - TƏFƏRRÜAT
Bu gün, 16:58 |
|
|
|
| • Paşinyandan kritik təyinat – İrəvanın məhkəmə iddiaları nə olacaq?
Bu gün, 16:53 |
|
|
|
| • Ermənistan Azərbaycana nə ixrac edə bilər? - Ekspertlər proqnozları açıqladı
Bu gün, 16:47 |
|
|
|
| • Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı —məsələ hüquq-mühafizə orqanlarında araşdırılır
Bu gün, 16:46 |
|
|
|
| • TƏBİB maaşları artırır, bəs Səhiyyə Nazirliyi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:24 |
|
|
|
| • “Atam əməliyyata öz ayaqları ilə getdi, indi yeriyə bilmir” - NARAZILIQ VAR...
Bu gün, 16:22 |
|
|
|
| • Ukrayna Soçi limanında Rusiya gəmisini vurdu
Bu gün, 16:19 |
|
|
|
| • Rusiya ordusu bir gündə 4 kəndi işğal etdi - KİV
Bu gün, 16:18 |
|
|
|
| • Kövsər Dadaşovaya bu akademiyada yüksək vəzifə verildi
Bu gün, 15:58 |
|
|
|
| • “Həyat bir kinodur, ən maraqlı yerində bitir” - ANIM
Bu gün, 15:56 |
|
|
|
| • “Ermənistandan Azərbaycana ilk ixrac həyata keçirilib” - Paşinyan AÇIQLADI
Bu gün, 15:40 |
|
|
|
| • Sədrin köməkçisi idi, şöbə müdiri təyin edildi - BUNDAN SONRA...
Bu gün, 15:35 |
|
|
|
| • Bu agentlikdə yeni departamentlər yaradıldı - Təyinatlar oldu
Bu gün, 15:33 |
|
|
|
| • Dövlət Neft Fondunun səhm investisiyalarından gəliri 11 mlrd. dollara yaxınlaşıb
Bu gün, 15:30 |
|
|
|
| • Əhməd Davudoğlu barəsində araşdırma başlanılıb
Bu gün, 15:28 |
|
|
|
| • Ronaldo ayaqlarını, Carey səsini SIĞORTALAYIR - Azərbaycanda bədən üzvlərini sığortalayan varmı?
Bu gün, 13:09 |
|
|
|
| • 75 yaşlı qadını çəkic və linglə qətlə yetirib quyuya atan şəxslərlə bağlı QƏRAR
Bu gün, 13:06 |
|
|
|
| • “Qarabağ məsələsini xaricdə qaldırırıq, amma bizə ciddi baxmırlar”
Bu gün, 13:03 |
|
|
|
| • Alen Simonyan Azərbaycana gələcək
Bu gün, 13:00 |
|
|
|
| • Məşğulluq Agentliyi İlqar Əmirova ofisin icarəsi üçün 42 min manat ödəyəcək - DETALLAR
Bu gün, 12:59 |
|
|
|
| • Rusiya bazası bizim üçün vacib deyil, çıxarmaq istəsələr, etiraz etməyəcəyik - Paşinyan
Bu gün, 12:56 |
|
|
|
| • “BOA Agency” dividend verəcək – səhmdarları iclasa çağırdı
Bu gün, 12:54 |
|
|
|
| • “Azərpoçt”un departament direktoru vəzifəsindən ayrıldı - “AzerGold”da işə başladı
Bu gün, 12:50 |
|
|
|
| • Ermənistan vətəndaşı həbs edildi - Rusiyaya işləyirmiş
Bu gün, 12:44 |
|
|
|
| • Su Meliorasiya Xidmətinin tenderində maraqlı tarix: Qalib elandan iki gün əvvəl işə başlayıb? - BU NƏDİ BELƏ?
Bu gün, 12:29 |
|
|
|
| • YAP-ın altı ay gecikən qurultayı - payız SON tarix...
Bu gün, 12:24 |
|
|
|
| • Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına hökm oxundu - Həbs olundu
Bu gün, 12:22 |
|
|
|
| • Erməni məhsulları Azərbaycan bazarına daxil olarsa... — İqtisadçı mümkün nəticələri açıqladı
Bu gün, 12:20 |
|
|
|
| • Şəmkirdə Türkmənistan vətəndaşını bıçaqlayan şəxsə cəza verildi - TƏFƏRRÜAT
Bu gün, 12:18 |
|
|
|
| • Tiflisə biletləri tur firmalar satır? – Vətəndaşlar narazıdır
Bu gün, 12:09 |
|
|
|
| • Tanınmış yazıçıdan sərt QINAQ: - “Burun, dodaq oxşar, sanki eyni sexdən çıxıblar”
Bu gün, 12:07 |
|
|
|
| • Ramiz Mehdiyevlə Köçəryanı NƏ BAĞLAYIR?
Bu gün, 12:03 |
|
|
|
| • "İşgüzar Kredit İttifaqı"nın lisenziyası ləğv olunub
Bu gün, 11:58 |
|
|
|
| • Azərbaycanda BOKT-un sahibi oğlunu özünə şərik etdi – Yeni payçı gəlib
Bu gün, 11:53 |
|
|
|
| • Azərbaycanda eyni sahədə çalışan daha 11 ŞİRKƏT LƏĞV EDİLDİ - SİYAHI
Bu gün, 11:51 |
|
|
|
| • “Din qoruyuculuğu adı ilə vəhşiliyə yol vermək olmaz” - deputat
Bu gün, 11:46 |
|
|
|
| • Torpaq uğrunda canını qıyana BİR QARIŞ TORPAĞI DA QIYMIRLAR... - GİLEY
Bu gün, 11:39 |
|
|
|
| • “Ya bəhanədir, ya da həqiqətən...” – Yaşar Nurinin xanımından ETİRAZ
Bu gün, 11:31 |
|
|
|
| • Bəraət alan gömrükçüyə 5 min manat təzminat kəsildi - Amma işinə qaytarılmadı
Bu gün, 11:23 |
|
|
|
|