Daşkəsən rayon sakini Namiq Cəfərov bildirir ki, könüllü olaraq 44 günlük vətən müharibəsində iştirak edib.
"DİA-AZ"ın məlumatına görə, Cəfərov deyir ki Füzuli uğrunda gedən döyüşlər zamanı xəsarət alıb, lakin bu günə qədər Əhalinin Sosial Müdafiə Nazirliyi onun əlliliyini təyin etmir.
Şikayətçi deyir ki, sosial müavinətlə bağlı adiyyatı qurumlara müraciət edib və ona bildiriblər ki əvvəlcə işləməlisən. Vətəndaş qeyd edir ki, işlə bağlı bir neçə yerə müraciət etsə də, onu işlə təmin etmirlər.
İki azyaşlı övladının olduğunu bildirən şikayətçi deyir ki, 80 manat təqaüdlə dolana bilmir. O adiyyatı qurumlara müraciət edərək ona kömək etmələrini xahiş edir.










