
Hacıyev Fərhad Aslan oğlu tərəfindən "Hürriyyət"in redaksiyasına şikayət məktubu daxil olub. 09 dekabr, 1957-ci ildə anadan olduğunu bildirən şikayətçi deyir ki, 1999-cu ildə ailəsi ilə birlikdə Rusiya Federasiyasının Rostav şəhərinə köçüb:
"Rusiyaya köhnə SSSR-i pasportu ilə getmişəm. Orda işləmişəm və 2004-cü ildə mənə Rusiya vətəndaşlığı verilib.
Hal-hazırda səhhətimlə əlaqədar olaraq Azərbaycana gəlmişəm və bir illik oturum almışam.
Ölkədə daimi yaşamağımla əlaqədar olaraq 2-3 dəfə Azərbaycan vətəndaşlığına müraciət etsəm də, mənə vətəndaşlıq verilməyib.
Məndə Azərbaycanda olan ərəfədə Gəncə şəhərində - N.Nərimanov küçəsi 94 nömrəli evdə qeydiyyatda olmuşam. Həyat yoldaşım Azərbaycan Respublikasının vətəndaşıdır və rəsmi nikahımız var.
İki ayağım amputasiya olunub. Yenə də müraciət etdim, mənə 3-cü dəfə Azərbaycan Respublikasında, yəni öz vətənimdə qalmaq üçün oturum verdilər.
Mənə Azərbaycan vətəndaşlığı verilməsinə köməklik etməyinizi Sizdən xahiş edirəm".











