Bu günkü iməclikdə Bakının 556 küçəsi yuyuldu .....                     Bakıda evlərin qiyməti ilə bağlı son durum .....                     "Akvaparkda uşağın ölümü ilə bağlı araşdırma aparılır" .....                     “Ermənistanı hələ də müttəfiq hesab edirik” .....                     Alim Qasımov 70 yaşın bir addımlığında: .....                     Politoloqdan İran səfirinə .....                     Putin vacib açıqlamalar verəcək .....                     TRIPP layihəsinə İran təhdidləri və: .....                     Azərbaycanda 7 ay ərzində internetə 383 milyon manat xərclənib .....                     Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir .....                     Hacı Məhərrəm Novruzov və onun “Qəmlosu” Şahlar Hüseynov... .....                     Unun qiyməti artır: çörək bahalaşacaqmı? .....                     Azərbaycanlı müğənni küçədə döyüldü .....                     “Vəfa Şərifovanı polis saxlayıb” iddiasına .....                     Lənkəranda “YAZAR” Ədəbi Məclisi yaradıldı .....                     Laçında benzin satınalması: Niyə məhz bir mənbə metodu seçilib? .....                     Xaçmazda DƏHŞƏT: Bir gündə iki ata oğlunu BIÇAQLADI .....                     Qobustanda 376 min manatlıq “sirli” müqavilə... .....                     Bakı şəhəri bu gün bir daha yuyuldu .....                     “Şah İsmayıl Xətai ilə bağlı filmimi onlar dayandırdı, Fazil Mustafaya etiraz etdim, gülümsəyib dedi ki..” .....                     Paşinyan iki mühüm fiquru niyə dəyişdi? .....                     "Qarabağ" "Tvente" ilə macərası nə ilə bitəcək? .....                     Zubir “Qarabağ”dan getdi: .....                     Gürcüstanın Baş naziri Samtsxe-Cavaxetiyaya yeni qubernator təyin etdi .....                     Kompleks Qazma İşləri Trestində NÖVBƏTİ ÖZBAŞINALIQ .....                     "Sərvətinin bircə faizini Kəlbəcərlilərə verib troll komandası yaradıb..." .....                     “Zəlzələ öldürmür, kağız binalar öldürür!” .....                     Şah İsmayıl Xətai “fırtınası” və ya deputatın tarixi yenidən yazmaq cəhdi .....                     “Sabah” UEFA seçmələrində 181 klub arasında 17-ci olub .....                     İrəvan Rusiya ermənilərinin Ermənistan vətəndaşlığı alması qaydasına yenidən baxmağa hazırlaşır .....                     "Azər müəllim, mən sizə neyləmişdim?" .....                     Kərki BU TARİXDƏ Naxçıvana qaytarılır .....                     Moskva müqavilənin şərtlərinə əməl etmir .....                     Payızda bu məhsullar bahalaşa bilər .....                     Hərbçimiz hospitalda vəfat etdi .....                     NASA amerikalı astronavtların Aya enişinə hazırlaşır .....                     "Fortuna SL Project" MMC-nin vergi borcu 1 milyonu keçdi .....                     Abituriyentlərə seçim təzyiqi: Valideynlər diqqətli olsunlar, yoxsa... .....                     Qarabağda ordumuza qarşı gizli əməliyyatlar, Ağdərədə qətllər .....                     Elman Paşayevin oğlunun da ittiham olunduğu cinayət işinin yeni təfərrüatları məlum olub .....                 

QHT sektoru mafiya qanunları idarə edilir - Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır
Tarix: 3-10-2025, 11:04 | Çap et

QHT sektoru iki yerə bölündü, rəhbərliyin sevimliləri və “düşmən”lər… Layihə icra olunmadan 35230 manat məbləğində vəsait silinmişdi

Dövlətə xidmət edən QHT-ləri gözdən salmaq niyyətinin arxasında hansı maraqlar durur?

Gözlənilən idi: Beş gün əvvəl QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə bağlı “QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomiyası- ŞOK FAKTLAR” sərlövhəli yazımıza müxtəlif sferalardan, demək olar ki, eyni məzmunlu reaksiya müşahidə olundu və olumaqdadır. 

Sadalanan korrupsiya. özbaşınalıq faktları, kütləvi haqsızlıqlar mövzunu davam etdirməyimizi zərurətə çevirir…

QHT-lərə Dövlət Dəstəyi Agentliyində baş verən korrupsiya faktları ilə bağlı mütəmadi paylaşımlar edən, “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin təsisçisi, “Şəhid Ailələri, Qazilər Mərkəzi”nin rəhbəri Mətanət Əsgərqızı Yenixeber.org-un qonağı oldu. Mətanət xanımla söhbətimiz maraqlı detallarla diqqət çəkir…

Xoş gördük Mətanət xanım.

-Xoş gördük, Yenixeber.org-a dəvətinizə görə minnətdaram.

-Mətanət xanım, QHT-lərə Dövlət Dəstəyi Agentliyində nələr baş verir? Niyə bu qədər narazılıqlar var? Agentlikdən layihə alanlar da bizə zəng edib, baş verənlərlə bağlı müəyyən ittihamlar səsləndirirlər.

-Düzünü desək Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə çevriləndə gözləntilərimiz böyük idi. Lakin az müddət sonra daxildə baş verənlər narahatlıq və narazılıqlara səbəb oldu. Köhnə QHT-lərin sayılmaması. Onlar arasında məqsədli intriqaların başlanması, qrant layihələrində yenicə qeydiyyatdan keçmiş QHT-lərə daha çox məbləğ ayrılması, xanım Aygün Əliyevanın qəbulunda olan şəxslərin səs yazılarının və videolarının digər Vətəndaş Cəmiyyəti (CV) üzvlərinə çatdırılması, hansısa dövlət qurumunun ünvanına deyilən tənqidin videosunun həmin qurumun rəhbərinə göndərilməsi hallarının ortaya çıxması QHT-lər arasında şok effekti yaratdı. Axı insanların arasını vurub, bir-birinə düşmən etməklə onları daha yaxşı idarə edə, yönəldə bilərsən. Bunu da QHT Agentliyində gözəl bacardılar.

Müəyyən QHT sədrlərinə tapşırıq verilmişdi ki, digərinin səsini yazıb rəhbərliyə təqdim etsinlər. Yaltaq, işini bacarmayan, xislətində əyilmək, trol olmaq kimi məziyyətlər daşıyan bəziləri bu missiyanı həyata keçirərək, Agentliyin sevimlisinə çevrildilər.

Mən Aygün Əliyevanın qəbulunda bir dəfə olmuşam. İdarəçiliklə bağlı iradlarımı bildirmişəm. Cavabında şəxsən dedi ki, məni bura göndəriblər təmizlik işi aparım.

-Apara bildimi?

-Sözsüz ki, söhbət layihəsini keyfiyyətli icra etməyi bacarmayan, cəmiyyətdə pis mənada ad çıxaran, QHT imicinə ziyan vuranlardan getməliydi. Amma əksinə oldu. Beləliklə QHT sektoru iki yerə bölündü, rəhbərliyin sevimliləri və “düşmən”lər. Yadinizdadisa 2022-ci ilin dekabrında bir qrup Vətəndaş Cəmiyyəti təmsilçiləri ekoloqlarla birgə Laçın-Xankəndi yolunu tutmuşdu. Əslində bizlər həm həyatımızı təhlükəyə atmışdıq, həm də çox şərəfli missiyanı daşıyırdıq. Məhz günlərlə orada soyuqda keşik çəkərək, bir addım geri çəkilmədik. Dövlətimiz də sonrakı müddətdə addımlar ataraq digər torpaqlarımızı xalqımızın, ordumuzun köməyi ilə azad etdi. Bu faktlar tarixdə qalacaq, kiminsə bizlərin fəaliyyətini heçə saymaqla deyil! Orada da qəribə, ikrah doğuracaq bir faktın şahidi oldum. Aksiyanın yeddinci günü olardı. Növbəti QHT qrupu oradakıları əvəz etmək üçün gəldi. Avtobusun qapısı açılır, bir qrup qadın düşür, sanki toya gəliblər, makiyaj, saçlar salonda düzəlmiş, deyəcəksiz insan baxımlı olmalıdır, burada nə var ki? Qəribəsi avtobusdan düşənlər xüsusi videoya çəkməyə başlandı, müsahibələr götürülürdü. Soruşdum ki, bu hansı məqsədlə olunur, deyildi ki, cənab Prezidentə video-çarx təqdim olunacaq, çəkiliş bunun üçündür. İnanın, bir daha əmin oldum ki, dövlət maraqlarını heçə sayıb, günlərlə burada olanların haqqını yeyib, Prezidenti aldadanlarla çətin olacaq, sonrakı müddətdə də bunların şahidi olduq. Ola bilər bu fakt əhəmiyyətsiz görünsün, amma bütün yalanlar sonrakı cinayətlərə yol aça bilər. Özü də cənab Prezidenti aldatmaq...

- Təsadüfən rast gəlmişdik, sosial şəbəkədə paylaşım etmişdiz, Şuşa ilə bağlıydı...

-Yəqin “ Heydər Əliyevin Şuşa sevgisi” Respublika Konfransı adlı layihəni deyirsiz. Təsadüfən bu layihə barədə məlumatlar əlimə keçdi. Həmin layihə icra olunmadan 35230 manat məbləğində vəsait silinmişdi. Sənəd hesabatlara hansısa tədbirin fotosunu qoymuşdular. Özü də arxa fona sonradan Heydər Əliyevin fotosunu əlavə etmişdilər.

Dəhşətə baxın, Heydər Əliyevin Azərbaycan üçün etdiklərini heçə saymaq, Prezident İlham Əliyev bunları vəzifəyə qoyub, ona hörmətsizlik etməyin adına nə deyirsiz? Yəni başqa layihə tapmadılar pulunu icra etmədən silsinlər? Bu ali rəhbərliyə böyük hörmətsizlik idi.

Onsuz da faktlarla sübut etdik ki, tender oyunlarında çoxlu saxtakarlıqlar var, sənədlərlə korrupsiya faktları sübut kimi hüquq-mühafizə orqanlarına təqdim olundu. Sonradan öyrəndim ki, həmin 35230 manat civarında vəsait geri ödənilib. Burada axı həm də mənəvi tərəf var. Qurd ürəyi yeyiblər ki, onları vəzifəyə təyin edən şəxsin atasının adıyla bağlı layihəni icra etmirlər? Başqa layihə tapmadılar pul silməyə. Əslində bu, adama sataşmaqdır... Görünür onları himayə edənlərə çox arxayındırlar. Gözləyirdim ki, hər işə müdaxilə edən PA- dan bir minnətdarlıq edərlər ki, vaxtında belə faktların üstü açılıb. Amma görünən odur ki, Agentlik elə bu havadarlara güvənir.

-Yeni layihə elanları gedir…

- Hazırda QHT Agentliyinin Müşahidə Şurasının səlahiyyət müddəti aprel ayından bitib. Maraqlısı odur ki, yeni Müşahidə Şurası təsdiq olunmayıb. Sual olunur, Müşahidə Şurası olmadan qərarları kim qəbul edir? Yeni layihə elanını necə verirlər ki, Müşahidə Şurası yoxdur. Yəni bu qədərmi dərəbəylikdir??? Müşahidə Şurasına gətirilə biləcək bəzi şəxslərin adları çəkilir. Həmin adamlar yalnız 3 aylıq layihənin müsafirləridirlər. Bunların fəaliyyəti haqda axtarış versək heç nə tapmarıq. Nazirlər Kabinetinin qərarları dönə-dönə pozulur. Gah o qərarları rəhbər tuturlar ki, hər QHT öz sahəsi üzrə layihə təklifi təqdim etməlidir, bu dəfə də elan edirlər ki, kim hansı mövzuda istəsə müraciət edə bilər.

Çox heyif ki, xanım Aygün Əliyeva, PA-nın sektor müdiri Tural Əliyev bu sahəni bilmirlər. Vətəndaş Cəmiyyəti nümayəndələri ilə rəftar yüksək səviyyədə olmalıdır.

Aygün Əliyeva bəzi QHT-lərə təbii ki, öz adamlarına yüksək maaş 800-1000 manat yazmağa icazə verir. Digərlərinə yalnız 500 manata icazə verilir. Sual olunur, müəyyən təşkilatlar var ki, bütün ili işləyir. İldə bir dəfə layihə alır, 3 aylıq maaş, hər ayına 500 manat, amma öz adamları yalnız ildə bir dəfə layihədən-layihəyə görünürlər, heç bəzən mətbuatda o layihələr barədə məlumatlara da rast gəlmirik, onlara 800-1000 manat.

Bu böyük ayrıseçkilik, ədalətsizlikdir. Ən gülməli məsələ iki ildir qalib olunan layihələrdə təşkilat sədrlərinin adlarının yazılmamasıdır. Guya ağıllarıyca həmin adamları himayə etdiklərini bu yolla gizlədirlər.

-Kimlərə verilir layihələr?

- Artıq əsasən özlərinin, yaxınlarının adlarına olan yeni yaranan təşkilatlara, bəzi nazirlərin, komitə sədrlərinin, icra başçılarının , deputatların, PA və Milli Məclisdə təmsil olunan şəxslərin həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır qrantlar. Yəni ciddi QHT fəaliyyəti ilə məşğul olanlar sıxışdırılır, yox olurlar, o qədər layihə icra edəndə incidilirlər ki, artıq bir çoxu layihə üçün müraciət etmirlər. QHT Agentliyinə də bu lazımdır.

- Bayaqdan bir neçə dəfə PA-nın adını çəkirsiniz...

-Deyəcəksiz ki, bəs onlar baş verənləri görmürlər? Görürlər və himayə edirlər.

Vəziyyət görün nə həddə çatıb ki, PA-nın sektor müdiri Tural Əliyev QHT-lərlə görüşlərdən birində deyib ki, mən getdim Ədliyyə Nazirliyində oturdum, siyahı verdim ki, bu QHT-ləri ələyin. Bunlar QHT sektorunu mafiya qanunları idarə edirlər.

Kim tənqid edir, trol qruplarını həmin şəxsin üstünə salıb, təhqir etdirməkdən çəkinmirlər. Mətbuatda özlərinə, ailələrinə yaraşan yazılar verdirməklə, ağıllarıyca həmin şəxsi çəkindirmək, biabır etmək yolunu tuturlar. Ailə üzvləri, yaxınları ilə təhdid edirlər. Hansı şəxs bunların korrupsiya faktlarını ictimailəşdiri, həmin şəxslə danışmağı, ünsiyyət yaratmağı qadanğan edirlər.

-Son günlər medal satan QHT-lərlə bağlı məsələ gündəmdədir…

- Ağrılı məsələdir. O şəxslərə yüksək səviyyələrdən icazə verilməsəydi, medal təsis etməzdilər. Hər şeyə müdaxilə edən PA nə əcəb illərlə seyirçi olub. Sadəcə QHT-ləri gözdən salmaq , guya bu sahədə yeniliklər etmək üçün addımlar atılır fonu yaratmaq meyillərindən başqa bir şey deyil. Bunların arxasında öz cib maraqları durur. QHT Şurasının dövründə də QHT-lərlə bağlı neqativ məsələlər baş verirdi. Heç görün mətbuata bir informasiya ötürülürdü? Azay Quliyev, Fərasət Qurbanov çağırar, həmin şəxsi məzəmmət, xəbərdarlıq edərdilər. İndi niyə bu təcrübədən istifadə olunmur? Çünki yenə qeyd edirəm, köhnə QHT-ləri sıradan çıxarmaq lazımdır ki, öz təşkilatlarına qol-qanad verilsin. Ona görə də bir qrup QHT-nin maliyyə sənədləri hüquq-mühafizə orqanlarına göndərilib. O qədər özlərinə, himayədarlarına arxayındırlar ki, düşünmürlər. Layihə bitəndən sonra Akt imzalanır. Vaxtı ilə bu təşkilat hansısa yeyinti, səhvə yol veribsə axı Agentlik nəzarət edir, son qəbul Aktına da İcraçı direktor tərəfindən imza atılır. Yəni bu qədərmi özünə arxayançılıq var, nəzarət etməmişəm, məsuliyyətsizlik etmişəm, yoxlayın, QHT-ləri məsuliyyətə cəlb edin. Maşallah, gözəl yanaşmadır!

Yazılarınızdan birində belə bir ifadəniz var, Agentliyin başında oturanlar hələ də, QHT-lərə Dövlət babanın dəstəyini dədə-babalarının yardımı ilə səhv salırlar”. Çox doğru fikirdir. Dövlət, Prezident layihələr üçün ayrılan vəsaiti işlək QHT-lərin ayaqda qalması, təşkilatların möhkəmləndirilməsi, həvəsləndirmə üçün ayırır. Yoxsa QHT ilə gestapo kimi rəftar et. Bir zamanlar QHT-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, texniki avadanlıqların alınması üçün vəsaitlər ayrılırdı. O avadanlıqlar QHT-nin balansında qalırdı. İndi avadanlıqların alaınmasına qadağa qoyulub. Bəs QHT necə möhkəmlənsin? Layihə bitdikdən sonra bəhanə ilə vəsait kəs, verilən vəsaitin müəyyən hissəsini geri qaytar. O qaytarılan vəsaitlərin taleyi məlum olmasın. Çox əcaib idarəçilikdir.

Yenixeber.org









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu günkü iməclikdə Bakının 556 küçəsi yuyuldu - FOTO
Dünən, 17:09
Bakıda evlərin qiyməti ilə bağlı son durum – Vəziyyət dəyişə bilər
Dünən, 14:03
"Akvaparkda uşağın ölümü ilə bağlı araşdırma aparılır" - Emin Ağalarovdan açıqlama (FOTO)
Dünən, 13:59
“Ermənistanı hələ də müttəfiq hesab edirik” - KTMT Baş katibi
Dünən, 13:51
Alim Qasımov 70 yaşın bir addımlığında: - “Ölməsəm qalsam nəsə edəcəklər, geriyə baxan yaşım çoxdan keçib”
Dünən, 13:43
Politoloqdan İran səfirinə sərt CAVAB
Dünən, 13:41
Putin vacib açıqlamalar verəcək - Müharibə dayanır?
Dünən, 13:37
TRIPP layihəsinə İran təhdidləri və: - Tehran ən pis nəticə ilə üzləşəcək...
Dünən, 13:31
Azərbaycanda 7 ay ərzində internetə 383 milyon manat xərclənib
Dünən, 13:29
Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir - ABŞ Dövlət Departamenti
Dünən, 13:24
Hacı Məhərrəm Novruzov və onun “Qəmlosu” Şahlar Hüseynov... - İLGİNC İDDİALAR
Dünən, 13:09
Unun qiyməti artır: çörək bahalaşacaqmı? - AKTUAL
Dünən, 12:55
Azərbaycanlı müğənni küçədə döyüldü - FOTO
Dünən, 12:51
“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI
Dünən, 12:50
Lənkəranda “YAZAR” Ədəbi Məclisi yaradıldı - FOTO
Dünən, 12:39
Laçında benzin satınalması: Niyə məhz bir mənbə metodu seçilib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:28
Xaçmazda DƏHŞƏT: Bir gündə iki ata oğlunu BIÇAQLADI - TƏFƏRRÜAT
Dünən, 12:24
Qobustanda 376 min manatlıq “sirli” müqavilə... - Rəsmi dərcdən aylar öncə başlayan xidmət...
Dünən, 12:19
Bakı şəhəri bu gün bir daha yuyuldu - FOTO
Dünən, 12:09
“Şah İsmayıl Xətai ilə bağlı filmimi onlar dayandırdı, Fazil Mustafaya etiraz etdim, gülümsəyib dedi ki..” - Xalq artistindən ETİRAZ
Dünən, 11:44
Paşinyan iki mühüm fiquru niyə dəyişdi? – “Görüşlərim və təlimatlarım olacaq...”
Dünən, 11:35
"Qarabağ" "Tvente" ilə macərası nə ilə bitəcək? - ARAŞDIRMA
Dünən, 11:31
Zubir “Qarabağ”dan getdi: - yeni klubu…
Dünən, 11:20
Gürcüstanın Baş naziri Samtsxe-Cavaxetiyaya yeni qubernator təyin etdi
Dünən, 11:11
Kompleks Qazma İşləri Trestində NÖVBƏTİ ÖZBAŞINALIQ - İşçilərə VAXT QOYULDU...
Dünən, 10:52
"Sərvətinin bircə faizini Kəlbəcərlilərə verib troll komandası yaradıb..." - Cavid Qurbanova SUALLAR VAR...
Dünən, 10:42
“Zəlzələ öldürmür, kağız binalar öldürür!” - Seysmoloq Ənvər Əliyev
Dünən, 10:26
Şah İsmayıl Xətai “fırtınası” və ya deputatın tarixi yenidən yazmaq cəhdi - AXI NİYƏ?
Dünən, 10:20
“Sabah” UEFA seçmələrində 181 klub arasında 17-ci olub - SİYAHI
Dünən, 10:17
İrəvan Rusiya ermənilərinin Ermənistan vətəndaşlığı alması qaydasına yenidən baxmağa hazırlaşır - GƏLİŞMƏ
Dünən, 10:01
"Azər müəllim, mən sizə neyləmişdim?" - imtahandan "kəsilən" xadimə "AzəriQaz" şefindən soruşur...
Dünən, 08:51
Kərki BU TARİXDƏ Naxçıvana qaytarılır – İLGİNC gəlişmə
Dünən, 08:24
Moskva müqavilənin şərtlərinə əməl etmir - Magyar
Dünən, 08:22
Payızda bu məhsullar bahalaşa bilər - BELƏ HARA GEDİRİK?
Dünən, 08:18
Hərbçimiz hospitalda vəfat etdi - Şəhidin qardaşıdır
Dünən, 08:16
NASA amerikalı astronavtların Aya enişinə hazırlaşır - KİV
Dünən, 08:00
"Fortuna SL Project" MMC-nin vergi borcu 1 milyonu keçdi - FOTO
Dünən, 07:58
Abituriyentlərə seçim təzyiqi: Valideynlər diqqətli olsunlar, yoxsa... - AKTUAL
Dünən, 07:56
Qarabağda ordumuza qarşı gizli əməliyyatlar, Ağdərədə qətllər – erməni “Kandaz” yenidən hakim qarşısında
Dünən, 07:54
Elman Paşayevin oğlunun da ittiham olunduğu cinayət işinin yeni təfərrüatları məlum olub - 8 nəfər təqsirləndirilir
Dünən, 07:52
Rusiyanın cənubunu bloklamışıq - Zelenski
Dünən, 07:50
Azərbaycanda benzin və dizel bahalaşır? - NƏ BAŞ VERİR?
Dünən, 07:48
"Tramp administrasiyası ən çox bizdəki tranzit işindən narazıdır" - ŞƏRH
Dünən, 07:45
Japarov öz varisini vaxtında xəbərdar etmişdi - "...özüm isə istirahətə çəkiləcəkdim"
Dünən, 07:35
63 yaşlı soydaşımızın kədərli hekayəsi... - REPLİKA
Dünən, 07:32
Niyə bu qərarın maliyyə yükünü vətəndaş çəkməlidir? - ETİRAZ
Dünən, 07:23
İstirahət mərkəzi yox, xəstəlik mənbəyi imiş! - GİLEY
Dünən, 07:17
"Kino əvvəlcə ideyanı vizuallaşdırır və.."
Dünən, 07:08
Suraxanı bazarında TƏZƏ NIRX... - ÖZBAŞINA QALIBLAR...
Dünən, 06:52
Əsas problem 15 avqustda deyil, 15 sentyabrdan sonra başlayacaq - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru