Babək rayon Şıxmahmud kəndində zibil qablarının vaxtında boşaldılmaması antisanitariya şəraiti yaradır. Kənd məktəbindən azacıq aralıda olan bu ərazi həm də sahibsiz itlərin məskəninə çevrilib. Bu, həm dərsə gedib-gələn şagirdlər üçün, həm də yaxınlıqda yaşayan sakinlər üçün təhlükə yaradır.
Sakinlər “Gündəlik Naxçıvan”a bildirirlər ki, zibil pulu vaxtlı-vaxtında yığılsa da, daşınma vaxtlı-vaxtında həyata keçirilmir. Onların sözlərinə görə, aylarla toplanmış zibilin yaratdığı üfunətdən nəfəs almaq mümkün olmur:
Kiçik yaşlı uşaqları məktəbə tək buraxa bilmirik. Çünki, itlər onlara hücum edib hər an parçalaya bilər.
Üfunətli iydən evlərimizdə otmaq mümkün deyil. Ətrafa yayılan üfunət məktəbdə də nəfəs almağa imkan vermir.
Dəfələrlə şikayət etsək də, məhəl qoyan yoxdur. Bu baş verənlər bələdiyyənin və inzibati ərazi üzürə nümayəndəliyin gözləri qarşısında baş verir.”
Sakinlər aidiyyəti qurumlara müraciət edərək, problemin həll olunmasını tələb edirlər