" "Siyəzənneft" Neft və Qaz Çıxartma İdarəsində işçi çatışmır" "DİA-AZ" xəbər verir ki, bu açıqlama ilə çıxış edən SOCAR işçisi Zamiq Əliyev daha sonra bildirir:
"Vəziyyət bütün sahələrdə belədir. Baş mühəndis isə buna cavab olaraq "çox güclü fikir" irəli sürüb deyib ki, "Reallığı qəbul etmək lazımdı"...
Yəni mədəni şəkildə deyib ki, biz bura sizi bitirməyə gəlmişik: bizə nə var sabah başqa yerə təyin edəcəklər, gedəcəyik... O məlum sabiq rəis demişkən "Bir pencəyim var alıb gedəcəyəm", yəni başınızın çarəsinə baxın...
Adama deyən lazımdı ki idarənin Hasilat şöbəsində 5 -6 işçi işləyir və hasilatda da heç bir artım yoxdu: onlar orda niyə oturublar... o qədər adam...
Sahədə işçi yoxdur, ancaq hasilat şöbəsində o qədər işçi var: kimə lazımdır onlar?"