MİLYONLARIN SEVİMLİSİ... .....                     Yaylaq Festivalında biabırçı mənzərə .....                     Naxçıvan gözləməməlidir: İnsanların səbri deyil, problemlər tükənməlidir! .....                     Ləğv olunan banklarla bağlı məhkəmədə .....                     Dənizdə batan Ümid müstəntiq işləyirmiş .....                     Azərbaycanlıların olduğu gəmiyə dron hücumu: 2 dənizçi itkin düşüb .....                     İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir .....                     Qazaxda Federasiya Kuboku yarışı keçirilib .....                     Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir .....                     İcra hakimiyyəti Qarabağ qazisinə qarşı! .....                     Bərdədə səhiyyə sistemi iflic durumda! .....                     Şəki xəstəxanasında ÖZBAŞINALIQ .....                     "Titulları necə aldıqlarını da bilirəm, mən efirdə olanda onlar yox idi..." .....                     “Bakı Qızlar Universiteti 35 il yaxşı idi, bu gün niyə qəfildən pis oldu?..” .....                     Salyan Melioservis İdarəsinin dövlətə 180 min manatdan çox BORCU VAR .....                     Peskov Tokayevin Ukrayna ilə bağlı mövqeyindən danışdı .....                     SEPAH ABŞ-nin hərbi itkiləri ilə bağlı yeni iddia irəli sürdü .....                     Şəhid anası ACINACAQLI DURUMDA... .....                     Rövşən Nəcəf SOCAR-da nələrin baş verdiyini bilirmi? .....                     Uşaqlarınızı ölümə göndərməyin! .....                     AYNA rəhbərinin pul qazanmaqdan başqa həm də vəzifə borcu var... .....                     Naxçıvanda CƏLİLOVŞİNA .....                     Gürcüstanda ELEKTROŞOK .....                     ƏSL JURNALİSTİKA... .....                     "Kontakt Home"un "Qızıl Zəmanət"i də QƏLP İMİŞ... .....                     "Xeyli insanı işsiz qoyublar..." .....                     "Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." .....                     Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... .....                     Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi .....                     Okeanın bu tayından okeanın o tayına iradlar... .....                     Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi .....                     Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? .....                     "SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" .....                     Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi .....                     İran və Ermənistan birgə işçi qrupu yaradır .....                     Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı .....                     "Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu .....                     Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” .....                     Gürcüstanda enerji böhranı: .....                     Bakı şəhəri yenə yuyuldu .....                 

Azərbaycan təhsilini onun BİR TELİNƏ QURBAN ETDİLƏR... - BUNUN BAŞQA ADI YOXDUR...
Tarix: 30-09-2025, 09:43 | Çap et

Son illər ölkənin müxtəlif məktəblərində qanunsuzluqlara görə direktorların işdən azad olunması faktları ictimaiyyətin diqqətindən yayınmayıb. Onların səs yazıları, sübutları yayıldıqdan sonra müvafiq qurumlar hərəkətə keçib və nəticədə həmin şəxslər vəzifələrindən uzaqlaşdırılıblar. Lakin bütün bu proseslərin fonunda 201 nömrəli məktəbin direktoru Afaq Əliyeva haqqında irəli sürülən ağır ittihamların görməməzlikdən gəlməsi ciddi suallar doğurur. Nədənsə Afaq Əliyevanın adı şəkildən hörmətli nazirimiz lal-kar olur.

Afaq Əliyeva illərdir davam edən qanunsuzluqları, müəllimlərə qarşı təhqiramiz davranışları və intiqamçılıq siyasəti ilə məktəbi demək olar ki, iflic vəziyyətinə salıb. Onun əməlləri sadəcə daxili mühitə deyil, həm də dövlət büdcəsinə ciddi zərər vurur. Belə ki, 5-ci və 6-cı siniflərdə şagird sayını süni şəkildə artıraraq külli miqdarda vəsaiti mənimsədiyi iddia olunur. Bu, təkcə bir şəxsin şəxsi maraqlarına xidmət etmir, həm də dövlətin ayırdığı büdcə pullarının oğurlanması anlamına gəlir.

70 Min Manatlıq “İtkin” Avadanlıq

30 avqust 2022-ci il tarixli əmrlə aparılan inventarizasiya nəticəsində məktəbdə 70 min 693 manatlıq çatışmazlıq aşkarlanıb. Rəsmi izahatlarda göstərilib ki, guya İKT avadanlıqları illər əvvəl oğurlanıb. Amma maraqlıdır ki, həmin dövrdə məktəbin məsul şəxsi hüquq-mühafizə orqanlarına müraciət etmək istəsə də, Afaq Əliyeva buna qarşı çıxıb və işin üstünün açılmaması üçün hədə-qorxu ilə susdurub. Bu fakt özü belə direktorun məsuliyyətsizliyini və qanunsuz hərəkətlərini açıq göstərir.

Müəllimlərə Təhqir və Şantaj

Müəllimlərin “şərəfsiz” adlandırılması, hədə-qorxu ilə susdurulması, hətta yalançı şahidliyə məcbur edilməsi – bütün bunlar bir təhsil müəssisəsinə yaraşmayan, cinayət xarakterli hərəkətlərdir. Direktor vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müəllim Lalə Şəfaqətovanı keçmiş direktor müavini Svetlana Hüseynovaya qarşı ifadə verməyə məcbur etməsi, artıq şəxsi maraqlarını qorumaq üçün məktəbi “təzyiq mərkəzinə” çevirdiyini göstərir.

Müəllimlərin Üsyanı və Çıxılmaz Durum

201 nömrəli məktəbin 13 nəfər müəllimi prezident İlham Əliyevə və təhsil naziri Emin Əmrullayevə müraciət ünvanlayaraq Afaq Əliyevanın işdən azad olunmasını tələb edib. Bu, artıq vəziyyətin nə qədər dözülməz olduğunu göstərir. Müəllimlər açıq şəkildə bildirirlər ki, onun rəhbərliyi altında işləmək istəmirlər. Hətta bəzi müəllimlər məktəbə gəlməkdən imtina ediblər. Bu isə məktəbdə tədris prosesinin tam iflicə sürükləndiyini təsdiqləyir.

Şagirdlərin Təhsildən Məhrum Edilməsi

Daha acınacaqlısı odur ki, məktəbin 8-ci sinfində ardıcıl 5 ildir ki, bir neçə şagird sinifdə saxlanılır. Bu, birbaşa şagirdlərin hüquqlarının pozulması və onların gələcək həyatına zərbə vurmaq deməkdir. Təhsil ocağı inkişaf və maarifçilik məkanı olmalı olduğu halda, şagirdlərin taleyi şəxsi maraqların girovuna çevrilib.

Sual Açıq Qalır: Niyə Hələ Də Qorunur?

Görəsən, bu qədər faktların və ittihamların fonunda niyə Afaq Əliyeva hələ də vəzifəsində qalır? Niyə digər direktorlar məsuliyyətə cəlb olunur, amma onunla bağlı heç bir tədbir görülmür? Məgər müəllimlərin imzalı müraciəti, inventarizasiya aktı, saysız-hesabsız şikayətlər yetərli sübut deyilmi?

201 nömrəli məktəbin durumu artıq təkcə bir məktəbin daxili problemi deyil – dövlətin nüfuzuna, təhsil sisteminin etibarına vurulan zərbədir. Əgər belə şəxslər cəzalandırılmırsa, deməli, qanunsuzluq və özbaşınalıq başqaları üçün də “norma”ya çevriləcək.

Nəticə

Təhsil Nazirliyi və digər aidiyyəti qurumlar Afaq Əliyevanın əməllərinə biganə qaldıqca, məktəbin, müəllimlərin və ən əsası, uşaqların gələcəyi təhlükə altında qalır. Bu məsələ artıq ictimaiyyətin gözü önündədir və həllini tapmadıqca dövlətin öz yaratdığı ədalət prinsiplərinə kölgə salacaq.

Tehsilmedia.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
MİLYONLARIN SEVİMLİSİ... - REPLİKA
Bu gün, 12:38
Yaylaq Festivalında biabırçı mənzərə - AXI NİYƏ?..
Bu gün, 12:34
Naxçıvan gözləməməlidir: İnsanların səbri deyil, problemlər tükənməlidir! - Ariz Cəfərov yazır...
Bu gün, 12:28
Ləğv olunan banklarla bağlı məhkəmədə - 1 800 İŞ VAR
Bu gün, 11:50
Dənizdə batan Ümid müstəntiq işləyirmiş - FOTO
Bu gün, 11:37
Azərbaycanlıların olduğu gəmiyə dron hücumu: 2 dənizçi itkin düşüb - TƏFƏRRÜAT
Bu gün, 11:31
İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir
Bu gün, 11:28
Qazaxda Federasiya Kuboku yarışı keçirilib
Bu gün, 09:37
Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir - Bərdə xəstəxanasında can bazarı...
Bu gün, 09:32
İcra hakimiyyəti Qarabağ qazisinə qarşı! - MÜRACİƏT
Bu gün, 09:28
Bərdədə səhiyyə sistemi iflic durumda! - NARAZILIQ VAR...
Bu gün, 09:24
Şəki xəstəxanasında ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 09:19
"Titulları necə aldıqlarını da bilirəm, mən efirdə olanda onlar yox idi..." - Çingiz Əhmədov onların yalanını ifşa etdi
Bu gün, 09:13
“Bakı Qızlar Universiteti 35 il yaxşı idi, bu gün niyə qəfildən pis oldu?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:11
Salyan Melioservis İdarəsinin dövlətə 180 min manatdan çox BORCU VAR - FOTO
Bu gün, 09:05
Peskov Tokayevin Ukrayna ilə bağlı mövqeyindən danışdı - "Biz razı olmasaq da..."
Bu gün, 08:56
SEPAH ABŞ-nin hərbi itkiləri ilə bağlı yeni iddia irəli sürdü - IRNA
Bu gün, 08:53
Şəhid anası ACINACAQLI DURUMDA... - özü də GÜLLƏ YARASI ALIB...
Bu gün, 08:35
Rövşən Nəcəf SOCAR-da nələrin baş verdiyini bilirmi? - Əgər bilirsə, BU NƏDİ BELƏ?
Bu gün, 08:22
Uşaqlarınızı ölümə göndərməyin! - ÇAĞIRIŞ
Bu gün, 08:10
AYNA rəhbərinin pul qazanmaqdan başqa həm də vəzifə borcu var... - GİLEY
Bu gün, 08:06
Naxçıvanda CƏLİLOVŞİNA - Əmi də öz çömçəsi ilə gəlib...
Bu gün, 07:56
Gürcüstanda ELEKTROŞOK - NƏ BAŞ VERİR?
Bu gün, 07:37
ƏSL JURNALİSTİKA... - REPLİKA
Bu gün, 07:26
"Kontakt Home"un "Qızıl Zəmanət"i də QƏLP İMİŞ... - FAKT BUDUR!
Bu gün, 07:13
"Xeyli insanı işsiz qoyublar..." - ETİRAZ VAR!
Bu gün, 07:00
"Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." - FAKT BUDUR!
Bu gün, 06:51
Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... - YAZIQSINIZ!
Bu gün, 06:47
Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi - KİV
Bu gün, 06:32
Okeanın bu tayından okeanın o tayına iradlar... - Çempionata sözardı...
Bu gün, 06:26
Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi - TƏFƏRRÜAT
Dünən, 17:01
Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? - AKTUAL
Dünən, 16:56
"SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" - ŞƏRH
Dünən, 16:53
Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi
Dünən, 16:49
İran və Ermənistan birgə işçi qrupu yaradır - “Mehr”
Dünən, 16:45
Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı
Dünən, 16:35
"Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:28
Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” – Terrorçulara işgəncə verilir?
Dünən, 16:19
Gürcüstanda enerji böhranı: - Bakı-Tbilisi qatarı da yolda qaldı
Dünən, 16:17
Bakı şəhəri yenə yuyuldu - FOTO
Dünən, 13:31
Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar - Çıxış yolu nədir?
Dünən, 13:05
Ermənistanın ixracı: - AB-yə 80%, Çinə 83% artdı
Dünən, 13:04
"Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" - Etibar Məmmədov
Dünən, 12:45
SEPAH-ın ultimatumu: - müharibə dağılma mərhələsinə keçib
Dünən, 12:35
Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi - NƏ BAŞ VERİR?
Dünən, 12:32
Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? - AKTUAL
Dünən, 12:27
NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:21
Yavaş yeni partiya quran Özələ zəng vurdu – CHP-dən istefa verəcək?
Dünən, 12:17
““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” - Tural Abbaslı
Dünən, 12:10
İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." - FOTO
Dünən, 12:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru