"Şikayətim "Xalq Sığorta"dandır..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Namiq Pasa Musayev adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Avtoqəza olub, gərək gedib növbə tutasan ofislərində... Cəmi çalışan bir işçiləri olur..... Ona da ən azı 2 saata növbə çatır. Onlayn heç bir sistemləri işləmir... Maşına qiymətlənməni qəzanın şəklinə baxıb edirlər və çox ucuz edirlər... Deyendə ki, öz ustanızda düzəltdirəcəm... onda da deyirlər, qiymətə yenidən baxılacaq...
Ödənişi ancaq ofisə gedirsən, edirlər... 7 iş günü sonra ödəniş olur... O da başqa bank olsa, 5 gün də orda köçürməyə yubanır...
İşçiləri yalnış hesab yazıb... İndi pul mənə çatmayıb... İndi də deyirlər, yenidən sığortaya yaxınlaşın, növbə tutun...
Bir sözlə, "Xalq Sığorta"dan istifadə etməyin... Çünki şikayət edə biləcəyiniz ünvan da yoxdur... Münki heç bir işçi sizə köməklik göstərmir...
Sonra mənim kimi peşman olacaqsınız... İndidən nəzərə alın..."