Yerli Dövlət Vergi Xidməti xəbər verir ki, bu ilin əvvəlindən Naxçıvanda ödənilmiş ƏDV-lərin 1 milyon manatı istehlakçılara geri qaytarılıb. Məlumata görə, bu rəqəm ötən illə müqayisədə 23 faiz çoxdur. Məlumatda o da vurğulanır ki, Naxçıvanda 2023-cü ildən bəri 3 milyon manatdan artıq ƏDV geri qaytarılıb.
"DİA-AZ" xatırladır ki, bu ilin əvvəlində isə yerli sakinlər bildirmişdilər ki, hesablanmada süni əngəllər yaradıldığından ƏDV-ləri heç də hər zaman geri ala bilmirlər.
O zaman belə anlaşılır ki, verilən rəsmi rəqəmlərə inansaq belə, geri ödənilən vəsait heç də bütün hallarda vətəndaşlarıa qayıtmayıb. Yəni ortada bir yeyinti - ƏDV YEYİNTİSİ ehtimalı var ki, bu da gərəkən qurumlar tərəfindən araşdırılmalıdır. Çünki söhbət olduqca iri rəqəmlərdən, bötük vəsait mənimsənilməsindən gedir.