"Bir zamanlar SOCAR "Azneft" İstehsalat Birliyi Neft Daşlarında NQÇİ ərazisində (Qoçəli Mahmudovun dövründə) balıq ovu geniş vüsət almışdı". "DİA-AZ" xəbər verir ki, bunu öz açıqlamasında tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı qeyd edib.
NHMT sədri əlaqədar qurum və şəxsləri araşdırma aparmağa çağıraraq daha sonra bildirir:
"Belə ki, balıqçı gəmiləri müəyyən qarşılıqlı "hörmət" müqabilində Neft Daşları ərazisində balıq ovu ilə yanaşı, həm də Neft Daşlarına spirt gətirilməsini həyata keçirirdi.
Neft Daşlarında rəhbərlik dəyişdikdən sonra balıqçı gəmiləri sahədən uzaqlaşdırılmışdı. Lakin təxminən 3 ay öncə Neft Daşları NQÇİ-də "Məxfi rejim və səfərbərlik üzrə" şöbədə kadr dəyişikliyi baş verdikdən sonra balıqçı gəmiləri yenidən peyda olub.
Bu işə birbaşa cavabdeh şəxslər isə adıçəkilən şöbənin rəis müavini Ruslan Baloğlanov və Əməyin mühafizəsi və təhlükəsizliyi üzrə baş mühəndisin müavini Bəhlul Eyyubovdur.
Burdan sual edirəm: Strateji əhəmiyyətli ərazilərdə balıqçı gəmilərinin yenidən peyda olmasına KİM İCAZƏ VERİB?"
VİDEO BURADA: