Monitorun kiçilməsi sizi aldatmasın!.. .....                     Əziyyət çəkib verilişə bir də baxın! .....                     Rusiya çıxış yolu tapdı: Gəmiləri belə qoruyacaq! .....                     Şəxsi informasiya seçimi ilə gigiyena vərdişini eyni müstəviyə qoymaq sağlam arqument deyil... .....                     Yasamalda bütün ara küçələr ZİBİLXANAYA ÇEVRİLİB .....                     Ukrayna cəbhəsində gərginlik davam edir.. .....                     Ceyhun Cəlilovun məmurları HOQQA VERİR .....                     Almaniya 50 min Shrike FPV dronunun istehsalını maliyyələşdirəcək .....                     "Həmən üzərimə töklüşdülər ki, Putin Trampa kömək etmək üçün belə deyib" .....                     Babək Hüseynov dövlətə necə ZİYAN VURUR .....                     Banklarla bağlı gözlənilməz vəziyyət: Böyük risk yaranıb... .....                     Nail Abdullayev haqda İLGİNC FAKT .....                     ABŞ-nin Küveytdəki bazasından sağ çıxanlar komandanlığı səhlənkarlıqda ittiham ediblər .....                     ABŞ və İran arasında qarşılıqlı zərbələr güclənib, .....                     İsrail Qəzzaya zərbə endirildiyini açıqlayıb .....                     CENTCOM Küveytdə üç amerikalı hərbçinin öldürülməsi ilə bağlı .....                     ABŞ İrana yeni zərbələr endirməyə başlayıb .....                     "The Guardian" sensasiyalı planı açdı: .....                     Ramin Nurəhmədov yeni vəzifəyə təyin olundu .....                     Ermənistan niyə Azərbaycanla qalib gələ bilməz? .....                     Cəmiyyət kişidən ciddi olmağı, məsuliyyət daşımağı, ailə dolandırmağı gözləyir... .....                     İcra məmuru vəzifəsinə qəbulda müraciət edənlərin 90 %-dən çoxu hüquqşünas deyil .....                     Rəhbərlik işi düzgün tənzimləyə bilmir deyə... .....                     “Azərbaycan Nüvədini geri istəyir..” .....                     Hörmüz boğazında qayda pozan ikinci gəmi vurulub .....                     "O saat rayon rəhbərliyi hücuma keçərək mane olur..." .....                     DÖNÜŞ NÖQTƏSİ... .....                     Putin nüvə silahına ƏL ARTACAQMI... .....                     Kim daha çox Xomeyniçidir: CENTCOM, Xamenei, Tramp, yoxsa SEPAH? .....                     "“Oyun qaydaları” tez-tez dəyişməsi ürküdür" .....                     "Müşfiqin üzünə durub ölümünə imza atanların adını biz çəkmiriksə..." .....                     Gerblə bağlı qalmaqal: .....                     "Xalqın pullarını dədə malı kimi ona-buna verir..." .....                     S-400-lərin başqa ölkəyə satışı olsa, Rusiya... .....                     Burda müştərini rəsmən YOLA VERİRLƏR... .....                     "Bizdə bu proses NİYƏ BU QƏDƏR ÇƏTİNDİR..." .....                     Misirli hakerlər AFA-nın hesabını sındırdılar .....                     Ya etiraf edin ki, Prezidenti aldatmısınız, ya da... .....                     Müsəlman liderdən rezonans doğuran addım: .....                     Hacıqabulda sərnişin avtobusu aşıb, çoxsaylı xəsarət alan var .....                 

Parlaq rektorun füsunkar təklifinə qoşulaq: Leninə qayıdaq... - BU NƏDİ BELƏ?
Tarix: 2-08-2025, 21:17 | Çap et

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) yeni rektoru Rüfət Əzizov olduqca unikal, dünya təhsil sistemini, mütəxəssisləri heyrətdə buraxan mükəmməl bir təkliflə çıxış edib. Deyib ki, ADNSU ötən əsrdə Azİİ adı ilə regionda və qlobal miqyasda tanınıb.

“Azİİ brendi nəinki elmi və texniki uğurları, həm də sənaye sahəsinə verdiyi töhfələrlə dərin iz qoyub. Bu baxımdan, universitetin yenidən brendinqi məsələsi gündəmdədir. Biz bu tarixi irsə sadiq qalaraq, hazırki rəsmi adı saxlanılmaqla, universitetin gələcəkdə “AZİ Universiteti” adı ilə tanınmasını planlaşdırırıq. Məqsədimiz universiteti qlobal miqyasda daha tanınan, kommunikativ baxımdan daha çevik və brend baxımından daha bütöv bir kimliklə təqdim etməkdir", - təzə rektor bildirib.

Bu qədər dərin, beyin tufanı yaradan və Azərbaycan təhsilinin inkişafında qəfil sıçrayış sayıla biləcək təşəbbüslə çıxış edən Rüfət Əzimov bundan öncə Təhsil İnstitutunun (2021-23) və Sumqayıt Dövlət Universitetinin (2023-25) rektoru olub. Tərcümeyi-halında yazılmadığından, bilmədik ki, Əzimov bundan öncə rəhbərlik etdiyi ali məktəblərin də tanıdılmasında sovet-rus nastoljisindən istifadə etməyə cəhd göstərib, ya yox?

R.Əzimov çox haqlı olaraq deyir ki, Azİİ adı ötən əsrdə, daha dəqiq desək, sovet-rus ideologiyası zamanı bütün dünyada məşhur olub. Xatırlayıram ki, rəhmətlik Xruşşovun adından Kennedi komandası ilə gizli görüşə gedən dostu və silahdaşı düşmən dövlətin rəhbərlərini inandırmaq üçün Azİİ-nin kərəminə and içmişdi, Kennedi də Azİİ adı gələn kimi fikrini dəyişmişdi.

Bəs, bu, Azİİ nəyin abreviaturasıdır? Azerbayjanskiy industralniy institut, daha dəqiq desək: “Азербайджанский индустриальный институт”un.

Bu, mütləq bərpa olunmalıdır, hörmətli rektorun dediyi kimi, heç olmasa, abreviaturanı söz kimi götürüb, dilimizdə əzizləyərək, ötən əsrin əzəmətini geri qaytarmalıyıq.

Sovet dövründə yaşayanlar xatırlayır ki, indi eybəcər, gülünc ad yapışdırılan İqtisad Universiteti o vaxt “Narxoz” adlanırdı: necə dilə yatımlı idi, möhtəşəm idi, sevimli idi, ləzzətli idi... dünyada da bu cür tanınırdı. “Narxoz” - yəni “narodnaya xozyaystva” (xalq təsərrüfatı). Mükəmməl!!! Əlbəttə ki, İqtisad Universiteti də mütləq şəkildə “Narxoz Universiteti”nə çevrilməlidir.

Bizdə “Medinstitut” da vardı - indi mənasız bir ad qoyublar, Tibb Universiteti ediblər. Belə rüsvayçılıq olmaz axı! Ötən əsrdə o qədər dünya şöhrətli həkim, elmlər doktoru, professor və akademik yetişdirən bir institutun dünyadakı şöhrətli adının üstündən necə xətt çəkmək olar? Necə yəni bu addan istifadə edilməməlidir?

Mütləq şəkildə bu universitetin də adını etməliyik “Medinistut Universiteti”.

Ümumiyyətlə, Azərbaycanda bir çox yerlərin adı ötən əsrdə dünyada məşhur olan zadına qaytarılmalıdır. Məsələn, Lenin meydanı. Azadlıq hərəkatı özü belə orda başlayıb. Bəs, dünyanın tarixinə düşən, azadlıq hərəkatımızın məskəni olan bu meydanın adını niyə geri qaytarmayaq?

Çox maraqlı bir zad-şeydir ki, R.Əzimovun sovetli şən günləri o qədər də yekə deyil, yəni adam 1980-ci ildə anadan olub və 1991-ci ildə, Azərbaycan müstəqilliyini elan edəndə onun cəmi 11 yaşı vardı, heç pionerə belə keçməyə çatdırmamışdı yəqin ki, çox güman, oktyabryat olmuşdu. Ancaq oktyabryat kimi içdiyi anda sadiqdir bizim hörmətli, müstəqil Azərbaycanımızın 45 yaşlı alim-rektoru.

Yeri gəlmişkən, R.Əzimov 1998-ci ildə Beynəlxalq Mendeleyev Kimya Olimpiadasının qalibi kimi Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsinə müsabiqədənkənar qəbul olunub, 2003-cü ildə kimya ixtisası üzrə məzun olduqdan sonra həmin ali məktəbdə elmi işçi vəzifəsində çalışaraq, biokorroziya üzrə araşdırma və inkişaf proqramlarında iştirak etməklə universitetdə aspirantura təhsilini davam etdirib və 2006-cı ildə dissertasiya işini müdafiə edərək kimya elmləri üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsini alıb.

Belə görünür ki, R.Əzimov sovet nostaljisini yaşamaq dərəcəsində yaşlı olmasa da, onun Moskvada keçirdiyi təhsil illəri boşa getməyib, onun sovet imperiyasının dünyanı sarsıdan müsbət ənənələrinə dəhşətli sevgisinin də səbəbi Rusiya paytaxtında keçirdiyi illər olsun gərək. MQU-da (ötən əsrdə belə də adlandırırdıq, sağ olsun ruslar, yenə də saxlayıblar bu adı, MDU eləməyiblər) ona bu sevgini kimlərin və ya hansı qurumun təlqin etməsi də çox maraqlıdır.

Bir-iki məsələyə də aydınlıq gətirmək lazımdır: ötən əsrdə şanlı sovet Azərbaycanında “kimyə elmləri üzrə fəlsəfə doktoru” elmi dərəcəsi yox idi, bu elmi ad “elmlər namizədi” adlanırdı. Elmlər namizədinin isə rektor təyin edilməsini xatırlamıram.

Bu baxımdan R.Əzimovun təklifini daha da təkmilləşdirməsinin tərəfdarıyam: mütləq şəkildə “fəlsəfə doktoru” adından imtina etməlidir, “elmlər namizədi” olduğunu bəyan etməlidir - çünki ötən əsrdə beləydi - və vəzifəsini dondurub, təzədən Moskvaya gedib, doktorluğu müdafiə edib, VAK-da (Ali Attestasiya Komissiyası - AAK yox, VAK yaxşıdı, çünki ötən əsrdə belə deyirdik) təsdiqlədib, yenidən gəlib, rektorluğunun donunu açıb, fəaliyyətini davam etdirib, təhsil müəssisəsini Azİİ-ləşdirilmişlərdən etməlidir.

Digər rektorlar da R.Əzimovdan nümunə götürməyi bacarsalar, inanıram ki, ali məktəblərimiz bir göz-zad qırpımında dünya reytinq cədvəlində birinci yerə qalxıb, Harvardı gözüyaşlı qoyarlar.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Monitorun kiçilməsi sizi aldatmasın!.. - AKTUAL
Bu gün, 07:39
Əziyyət çəkib verilişə bir də baxın! - Problem məndə deyil! Sizdədir...
Bu gün, 07:18
Rusiya çıxış yolu tapdı: Gəmiləri belə qoruyacaq! - "Defens Blog"
Bu gün, 07:02
Şəxsi informasiya seçimi ilə gigiyena vərdişini eyni müstəviyə qoymaq sağlam arqument deyil... - ETİRAZ
Bu gün, 07:00
Yasamalda bütün ara küçələr ZİBİLXANAYA ÇEVRİLİB - NARAZILIQ VAR...
Bu gün, 06:55
Ukrayna cəbhəsində gərginlik davam edir.. - TƏFƏRRÜAT
Bu gün, 06:40
Ceyhun Cəlilovun məmurları HOQQA VERİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:36
Almaniya 50 min Shrike FPV dronunun istehsalını maliyyələşdirəcək - Ukraynanın Müdafiə Qüvvələri üçün...
Bu gün, 06:26
"Həmən üzərimə töklüşdülər ki, Putin Trampa kömək etmək üçün belə deyib" - partiya sədri
Bu gün, 06:21
Babək Hüseynov dövlətə necə ZİYAN VURUR - BU RƏSMƏN QARƏTDİR!
Bu gün, 06:17
Banklarla bağlı gözlənilməz vəziyyət: Böyük risk yaranıb... - bu sistemə keçilməsə…
Bu gün, 06:07
Nail Abdullayev haqda İLGİNC FAKT - SƏN DEMƏ...
Bu gün, 06:04
ABŞ-nin Küveytdəki bazasından sağ çıxanlar komandanlığı səhlənkarlıqda ittiham ediblər - WP
Bu gün, 05:49
ABŞ və İran arasında qarşılıqlı zərbələr güclənib, Hörmüz boğazı yenidən bağlanıb
Bu gün, 05:36
İsrail Qəzzaya zərbə endirildiyini açıqlayıb - TƏFƏRRÜAT
Bu gün, 02:59
CENTCOM Küveytdə üç amerikalı hərbçinin öldürülməsi ilə bağlı məlumatları təkzib edib
Bu gün, 02:55
ABŞ İrana yeni zərbələr endirməyə başlayıb - KİV
Bu gün, 02:52
"The Guardian" sensasiyalı planı açdı: - Avropa İrana güzəştə gedir, yoxsa yeni rüsum?
Dünən, 12:04
Ramin Nurəhmədov yeni vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Dünən, 12:02
Ermənistan niyə Azərbaycanla qalib gələ bilməz? - ABŞ mediası
Dünən, 11:54
Cəmiyyət kişidən ciddi olmağı, məsuliyyət daşımağı, ailə dolandırmağı gözləyir... - AMMA...
Dünən, 11:51
İcra məmuru vəzifəsinə qəbulda müraciət edənlərin 90 %-dən çoxu hüquqşünas deyil - Seyfəlpaşa Əliyev
Dünən, 11:41
Rəhbərlik işi düzgün tənzimləyə bilmir deyə... - BU NƏDİ BELƏ?
Dünən, 11:40
“Azərbaycan Nüvədini geri istəyir..” - Ermənilər təlaşda
Dünən, 11:24
Hörmüz boğazında qayda pozan ikinci gəmi vurulub - SEPAH
Dünən, 11:21
"O saat rayon rəhbərliyi hücuma keçərək mane olur..." - MÜRACİƏT
Dünən, 11:03
DÖNÜŞ NÖQTƏSİ... - ANIM
Dünən, 10:50
Putin nüvə silahına ƏL ARTACAQMI... - GƏLİŞMƏ
Dünən, 10:38
Kim daha çox Xomeyniçidir: CENTCOM, Xamenei, Tramp, yoxsa SEPAH? - AKTUAL
Dünən, 10:33
"“Oyun qaydaları” tez-tez dəyişməsi ürküdür" - illik planlar qurmaq olmur...
Dünən, 10:30
"Müşfiqin üzünə durub ölümünə imza atanların adını biz çəkmiriksə..." - Müşfiqin qohumundan Xalq şairinin nəticəsinə CAVAB
Dünən, 10:26
Gerblə bağlı qalmaqal: - aktyor müraciət etdi, deputat açıqlama verdi
Dünən, 10:22
"Xalqın pullarını dədə malı kimi ona-buna verir..." - ÖZBAŞINA QALIBLAR...
Dünən, 08:39
S-400-lərin başqa ölkəyə satışı olsa, Rusiya... - Yalçın
Dünən, 08:17
Burda müştərini rəsmən YOLA VERİRLƏR...
Dünən, 08:16
"Bizdə bu proses NİYƏ BU QƏDƏR ÇƏTİNDİR..." - NARAZILIQ VAR...
Dünən, 07:59
Misirli hakerlər AFA-nın hesabını sındırdılar - Qarət cəzasız qalmayacaq
Dünən, 07:46
Ya etiraf edin ki, Prezidenti aldatmısınız, ya da... - Buyur, Emin Əmrullayev, İlqar Bayramlı söz sizdədir..."
Dünən, 07:33
Müsəlman liderdən rezonans doğuran addım: - Trampla telefon danışığında…
Dünən, 07:15
Hacıqabulda sərnişin avtobusu aşıb, çoxsaylı xəsarət alan var - FOTO
Dünən, 07:12
Trampın Ukrayna qərarına səbəb olan "gizli" amil - "The Wall Street Journal"
Dünən, 03:43
Qadınlara qarşı ZORAKILIQ... - NƏ ETMƏLİ?
Dünən, 03:38
Səhiyyəmizin AĞLAMALI HALI - GİLEY
Dünən, 03:35
“Kontakt Home” BELƏ İFŞA OLUNDU - TƏFƏRRÜAT
Dünən, 03:30
Dilarənin əynində əyni... - FOTO
Dünən, 02:56
Qanunsuz mərc oyunlarına maraq niyə artıb? - HƏQİQƏTƏN DƏ...
Dünən, 02:51
Dəmir Yollarında NARAZILIQ... - Bilet qəhətə çəkilib...
Dünən, 02:47
Patriot.az saytı 15 yaşını qeyd edir
Dünən, 02:35
"Eyvaz məni qoruyurdu, elə bilirdim ki, arxamda dağ var, ikimiz də xoşbəxt idik"
11-07-2026, 17:50
Rusiya üçün sonun başlanğıcı: - Ukrayna Kremlin "savaş iqtisadiyyatı"nı dağıdır
11-07-2026, 17:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru