"Bu gün Naxçıvana gedən avtobusları yük avtobusundan ayırmaq olmur. Acınacaqlı vəziyyətdir. Demək olar ki, Naxçıvan yenə də blokada şəraitində yaşayır. Çünki nə təyyarəyə, nə də avtobusa bilet tapmaq olmur. "DİA-AZ" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının adından sosial şəbəkələrdə edilən müraciətdə deyilir.
Narazı vətəndaşların müraciətində deyilir: "Naxçıvana gedən avtobusları elə doldururlar ki yüklə sərnişinlərə yer tapılmır. Allah eləməsin... əgər avtobusda nəsə yanğın olsa... içərisində olan sərnişinlər diri-diri yanacaqlar. Çünki bütün orta hissələr, oturacaqların arası yüklə dolu olur və yük boşaldılmamış sərnişinlər düşə bilmir.
Təyyarəıyə bilet tapmaq isə it zülmüdür. Tapanda da real qiymətindən qat-qat baha.
Avtobus biletinə gəlincə isə Avtovağzalda Azər adında biri var. Nə vaxt gedirsən... deyir bilet yoxdur. Üstündə gərək rüşvət verəsən...
İndi siz deyin: Naxçıvan blokadadadır, yoxsa?"