Naxçıvan-Bakı avtobuslarıda sərnişin yerində yük daşınması problemi hələ də öz həllini tapmayıb. Sərnişinlər bu problemi Naxçıvan Avtovağzalının rəhbərliyi ilə əlaqələndirirlər. Onlar idda edirlər ki, rəhbərlik yük daşıyan alverçilərdən rüşvət alıb, bu şəraitə göz yumur. Avtobusun baqajı yüklə dolduqdan sonra növbə salona keçir.
Sərnişinlər yerlərinə oturduqdan sonra salona yığılan yüklər az qala tavana dayanır. Bu da onların sərəbst hərəkət etməsinə, fasilə vaxtı avtobusdan enib, yemək və digər ehtiyaclarını ödəmələrinə mane olur.
"Gündəlik Naxçıvan"
Daha ətraflı: videoya-baxmaq üçün BURA TIKLAYIN...