
"Mən bu internet provayderlərindən şikayət edəcəm... əsasən də "Baktelecom"dan..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra bildirir: "Ayda 27 manat pul ödənilir... Sürəti isə əvvəlkindən daha zəifdir. Bu nə xidmətdir?
Qiyməti qaldırırsınızsa, keyfiyyəti də qaldırın...
Zəng də edirsən ki, şikayət edəsən... Yarım saat telfonda gözlədirlər... bir dənə də mahnı qoşurlar... adamı əlavədən yükləyirlər, xərcə salırlar... Kontur da orda dayanmadan çıxır..."