
Hesablama Palatası, Naxçıvandakı bəzi dövlət qurumlarındakı maliyyə yeyintisi və digər qanun pozuntularını araşdırmaq üçün DTX və Baş Prokurorluğa müraciət edib. Bu qurumlar yerli Təhsil Nazirliyi və yerli dövlət televiziyası olan NTV-dir.
"DİA-AZ" qeyd edir ki, maliyyə yeyintisi və qanun pozuntuları ilə bağlı konkret məlumat verilmir. NTV redaksiyası isə bir müddət öncə məqalə paylaşaraq, Hesablama Palatasının özünü korrupsiya və maliyyə yeyinitisində günahlandırmışdı.
Amma bununla bağlı "DİA-AZ"a ilginc bir informasiya daxil olub. Belə ki, MR-dakı mötəbər mənbənin bildirdiyinə görə, Hesablama Palatasının şübhəli qaldığı maliyyə pozuntuları məhz yeni hakimiyyətin dönəminə aiddir. Mənbə qeyd edir:
"Yəni məsələ bundadır ki, DTX məhz Fuad Nəcəflinin dövründəki yeyintini araşdırmalıdır. Görünür, yenilər yeyinti məsələsində köhnələrə şükür oxutdurur..."