
"Şikayətim "Yapı Kredi Bank"ın Nərimanov filialındandır..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosialk qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra yazır: "1 pəncərədə bütün prosesləri həll edirlər. 1 əməliyyat üçün 3-4 saat gözləməli olursuz, bəzən köhnə sistem kimi tanışları və köhnə tanış müştəriləri sırasız qəbul edirlər, proseslər uzanır.
Əməkdaşları ancaq “biz heç nə edə bilmərik” deyirlər.
Bakıda gördüyüm ən pis xidmət idi, ilk dəfədir yolum düşmüşdü. Heç kimə tövsiyyə etmirəm..."

Qeyd edək ki, daha bir neçə vətəndaş da anoloji qaydada "Yapı Kredi Bank"In keyfiyyətsiz xidmətindən gileylənib. Onlardan İlkin Aslan adlı istifadəçi yazır:
"Doğrudur. Mən onların kredit kartını ləğv etmək üçün nə qədər gozləmisdim. Nərimanov filialında. Halbuki sadəcə kartı blok da etmək olardı. Gəl ərizə yaz, kartı doğradıb zibilə at...
Canım dincəldi onlardan..."
Fuad Hüseynov adlı sosial şəbəkə istifadəçisi isə bunları qeyd edib: " Yapı Kredi Bank" banklar arasında ən çox şikayət olunan bankdır. Uzaq durun..."