
"Şikayətim "Kapital Bank"dandır". "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra bildirir: "Bu ayın 19-u kredit ödənişimin vaxtı idi. Yadımdan çıxıb 21-i ödəmişəm. "Bir bank" sistemində baxıram ki, ödədiyim məbləğ kreditdən çıxılıb.
Amma dayanmadan hər gün adıma gecikmə mesajı gəlir. Gecikmə olduğuna görə "Bir kart" taksit kartını da sıfırlayıblar. Və bildirirlər ki, aprelin 1-nə qədər adınıza gecikmə düşəcək. Bu "Kapital Bank" nə yeyir... nə içir?"

Qeyd edək ki, digər sosial şəbəkə istifadəçisi Vüqar Mirzəağa oğlu da sözügedən bankda etirazını ifadə edib:
" "Kapital bank" ilə mən bir neçə ildir ki, qurtarmışam. Qoçu rolunda olan bir bankdır. Bank etikası olmayan və ən çox müştərilərin narazı olduğu “bank”dır".