“Qadının işi varsa, sosial şəbəkədə qurdalanmaz” .....                     "Azərbaycanfilm" kinostudiyasında böyük canlanma var" .....                     Fermerlərin taxıl və arpasını dələduzluq yolu ilə ələ keçirən şirkət rəhbəri azadlığa buraxıldı .....                     Tanınmış aktyor ADY-dan narazı qaldı: .....                     "Azəri M-I Drilling Fluids"də 20 illik işçiyə QEYRi-İNSANİ MÜNASİBƏT... .....                     Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsləri həbs edilib .....                     Rusiyada ağır vəziyyətdəki azərbaycanlını .....                     Melaniya Paşinyanın mətbuat katibi təyin edildi .....                     10,99 yazılır, 11 manat tutulur: 1 qəpiklə varlananlar .....                     Komitə sədri bu idarəyə rəis təyin etdi .....                     Bank kartlarında pul köçürmələrinə niyə limit qoyuldu? .....                     Mülayim şərq küləyi əsəcək .....                     Sərxoş sürücü bilmədən prokurorluğun həyətinə daxil oldu .....                     “Biz başı qərbli, ruhu səfəvi olan yeni bir xalqıq” .....                     ABŞ-dən 10 ölkə ilə bağlı XƏBƏRDARLIQ .....                     İran ətrafında vəziyyət qeyri-müəyyənliyini qoruyur .....                     Şahbuzda tonlarla məhsul MƏHV OLUR... məmurlar isə... .....                     Başçı deputatın adamından da QORXUR? .....                     Keçmiş gömrük idarəsi rəisinə cinayət işi açıldı .....                     “Xanımlar Türkan Şoraya bənzəməyimi qısqanırlar, onunla görüşəndə...” .....                     Arvadını əvvəl bıçaqladı, sonra balta ilə başına vurdu .....                     Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq ölüb .....                     “Azərsun”un sığındığı professor, mənimsənilən kapital və... .....                     Koçaryanın bloku parlamentin ilk iclasını boykot edib .....                     QHT əməkdaşları Ağdərədə minaya düşdülər .....                     Müharibə Əfqanıstana sıçradı .....                     AQC sədrinə yeni müşavir təyin olundu .....                     Elçinin Bayramlının həbsinin jurnalist fəaliyyəti ilə əlaqəsi yoxdur .....                     Magistratura ilə bağlı SOS .....                     Ölkədə ARANI QARIŞDIRMAQ istəyənlər var... .....                     Ermənistanın hakim partiyası: Qaregini katolikos kimi tanımırıq .....                     Manatı BUNDAN SONRA nə gözləyir... .....                     Britaniya şirkəti Azərbaycan bazarından çəkilir .....                     "Azəriqaz"ın əsas problemi qaz itkisidir, yoxsa idarəetmə fəlsəfəsi? .....                     Bu il Xankəndidə 2 milyonluq nizamnamə kapitalı ilə yaradılmış şirkət .....                     Lilit Makunts Ermənistan baş nazirinin aparat rəhbəri təyin olundu .....                     Nassim Taleb Azərbaycana gəlməkdən imtina etdi .....                     “SOCAR Petroleum” Naxçıvana benzin və dizel daşınmasını 17.2 milyon manata .....                     Uşaq bağçasında BÖYÜKLƏR HOQQA VERİR .....                     Bakı nefti 100 dolları keçdi, amma bazar aşağı baxır .....                 

Türkiyəli "biznesmen"dən Azərbaycanlı iş adamlarına qarşı 613 min manatlıq dələduzluq - arxasında hansı qüvvələr dayanıb?
Tarix: 13-03-2025, 01:20 | Çap et
Türkiyəli "biznesmen"dən Azərbaycanlı iş adamlarına qarşı 613 min manatlıq dələduzluq
Tolqa Şahin adlı Türkiyə vətəndaşı Azərbaycanda iş adamlarına zərər vurub. Zərərin məbləğinin milyonlarla manat olduğuna dair iddialar var. Ancaq "Gənclik 94" MMC-nin direktoru Arzu Əliyevin başına gələnlər, sadəcə, iddia deyil, aşkar və rəsmi faktdır.

Tolqa Şahin Azərbaycanlı iş adamına 613 min manatdan çox zərər vurub
Tolqa Şahin "Gənclik 94" MMC-nin Bakı şəhərinin Zabrat qəsəbəsində yerləşən anbarlarından müxtəlif tikinti materiallarını götürərək, qısa müddətdə ödəniş ediləcəyinə dair söz verib, amma pulu ödəməyib. Beləliklə, Tolqa Şahinin "Gənclik 94" MMC-yə nə az, nə çox, düz 613 min 601 manat borcu yaranıb. Rəsmi müqavilə, "Gənclik 94" MMC-nin müxtəlif vaxtlarda Tolqa Şahinə məxsus olan "Prefabrik" MMC-yə tikinti materiallarını verməsinə dair təhvil-təslim aktları da bunu təsdiqləyir. Üstəlik bu faktlar üzrə artıq rəsmi araşdırma da gedir. "Gənclik 94" MMC-nin direktoru Arzu Akif oğlu Əliyevin şikayəti əsasında 2024-cü il noyabrın 2-də sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanıb. Lakin bir neçə gündən sonra Tolqa Şahin axtarışa verilməklə, cinayət işi üzrə icraat dayandırılıb. Buna səbəb Tolqa Şahinin istintaqdan gizlənməsi olub. Dekabrın 25-də cinayət işi təzələnib və Tolqa Şahinlə əlbir olmaqda şübhəli bilinən Anar Arif oğlu Kərimov tutulub, ona Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü maddələri ilə ittiham elan edilsə də, barəsində həbs-qətimkan tədbiri seçilməsi mümkün olmayıb və Anar Kərimov polisin nəzarəti altına verilib. Yəni cinayət əməllərinə görə təqsirləndirilən şəxs azadlığa buraxılıb. Prokurorluq Anar Kərimovun həbsi ilə bağlı məhkəmə qarşısında vəsatət qaldırmaqdan nədənsə imtina edib.

Türkiyəli "biznesmen"dən Azərbaycanlı iş adamlarına qarşı 613 min manatlıq dələduzluq

Tolqa Şahin (solda)

Tolqa Şahin "dələduzlardan ibarət şəbəkə" qurubmuş
Məlumdur ki, 178-ci maddə dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə əməllərinə görə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Hazırda zərərçəkənlərdən aldığımız məlumata görə, cinayət işi 178.2.4-cü maddə ilə davam edir. Beləliklə, Tolqa Şahin və onunla əlbir olan şəxslər külli miqdarda zərər vurmaqda ittiham olunur. Həm də bu əməllər təkrar-təkrar törədilib.

Adını çəkdiyimiz Anar Kərimov "Arenol Construction" MMC-nin direktoru olub. "Gənclik 94"-dən tikinti materiallarını "Prefabrik" MMC-nin direktoru Nurlan Əlizamin oğlu Əmirahov təhvil alıb. Bu şirkətləri Tolqa Şahin təsis edib. Ancaq hələ bu da hamısı deyil; "A Frame", "Lenora", "Tikinti Materiall" MMC-lər də Tolqa Şahinə məxsus olub. Hər birinin də öz direktoru olub. Beləliklə, Tolqa Şahinin başçılığı ilə qurulmuş "mütəşəkkil dəstə"dən söhbət gedir. Görünür, adamlar bilərəkdən, ya da bəlkə bilməyərəkdən bu əməllərə qoşulub. Nəticədə iri "cinayətkar şəbəkə" yaranıb. Məqsəd Azərbaycanlı iş adamlarını aldadaraq, əmlakını və pulunu əlindən almaq olub.

Türkiyəli "biznesmen"dən Azərbaycanlı iş adamlarına qarşı 613 min manatlıq dələduzluq
Anar Kərimov, Tolqa Şahinlə əlbir olmaqda şübhəli bilinən şəxs

Əldə etdiyimiz məlumata görə, Tolqa Şahinə məxsus "Prefabrik" MMC təsisçisi Azər İsmayılov, direktoru Tural Rəsulov olan "Cahid -T" MMC-yə də 319 min 500 manat borcludur. Bundan başqa Tolqa Şahinə məxsus şirkətlərdən biri Azərbaycanlı iş adamı Diana Quliyevanı da aldadıb: Diana Quliyeva daşına bilən modul tipli evlərlə bağlı sifariş verib, şifariş üzrə maliyyə öhdəliyinin 90 faizini də ödəyib. Ancaq Tolqa Şahin sifarişi tam və istənilən səviyyədə icra etməyib. Nəticədə Diana Quliyevaya 8 min manat dəyrində zərər dəyib.

Tolqa Şahin Qarabağ qazilərini də aldadıb
Hazırda istintaqdan gizlənən Türkiyəli iş adamının Özbəkistanda da bir sahibkarı aldadıb və onun 1 milyon 700 min manat dəyərində zərər vurduğu məlumdur. Azərbaycanda isə o, daha çox insanın etibarından sui-istifadə edib. Tolqa Şahin hətta öz işçilərini də aldadıb; onların əməkhaqqılarını aylardır ki, vermir. Dələduzluqda təqsirləndirilən Türkiyəli "biznesmen"in qanunsuz əməllərindən zərər çəkmiş şəxslər arasında Qarabağ müharibəsinin qaziləri də var.

"Gənclik 94"-dən aldığımız məlumata görə, Tolqa Şahin onun şirkətində işləmiş Qarabağ qazisi Əli Rzayevə 3 min manata yaxın pul ödəməlidir, ancaq ödəmir. Eləcə də, "Arenol"-da işləmiş Ramilə Ayvazovaya 3 min 600 manat, "Prefabrik" MMC-nin keçmiş aparıcı mühasibi Tural Qasımova 2 min 100 manat, memar Fuad Behbudova 8 min manat, Ramil Qasımova 650 manat, Niyaməddin Novruzova 750 manat ödəməlidir. Tolqa Şahin hətta şirkətinin xadiməsinə də borcludur; onun Osmanova Azadə Söhrab qızına 1756 manat verəcəyi var.

Doğrudur, Tolqa Şahinin işçilərinə borcu rəsmi protokolla "Bakı Abadlıq Xidməti" MMC-yə ötürülüb, həmin şirkət bu borcun bir hissəsini ödəyib, qalan hissəsini də ödəyəcəyinə söz verib.

İstintaqdan gizlənən Tolqa Şahinlə "Bakı Abadlıq Xidməti"ni nə birləşdirir?
Sual olunur: dələduzluqda ittiham olunan, istintaqdan gizlənən, hazırda axtarışda olan Tolqa Şahinlə "Bakı Abadlıq Xidməti" MMC-ni nə birləşdirir?

Məsələ ondadır ki, anlaşmaya əsasən "Bakı Abadlıq Xidməti" MMC podrat işlərini Tolqa Şahinə məxsus "Lenora" MMC və Prefabrik" MMC (keçmiş adı "Arenol Group") şirkətlərinə həvalə edib. Həmin şirkətlər 2022-ci ilin sonundan 2023-cü ilin sonuna qədər "Bakı Abadlıq Xidməti" MMC üçün ümumi dəyəri ƏDV daxil 10 milyon 10 min 243 manat olan podrat işləri görüblər. Bu məbləğin 9 milyon 656 min 243 manatı Tolqa Şahinin şirkətlərinə ödənilib. Hazırda "Bakı Abadlıq Xidməti" MMC-nin Tolqa Şahinə 354 min manat borcu qalıb. Bunu təsdiq edən rəsmi sənəd də var.

Arzu Əliyev deyir ki, həmin 354 min manat özünün direktoru olduğu "Gənclik 94" MMC-yə ödənilməlidir. Çünki "Bakı Abadlıq Xidməti" Tolqa Şahinə borclu olduğu kimi, Tolqa Şahin də "Gənclik 94"-ə borcludur. Ancaq "Bakı Abadlıq Xidməti" ilə Tolqa Şahin arasında "Gənclik 94" MMC-yə olan borcun ötürülməsinə dair protokol yoxdur. Buna görə "Gənclik 94" öz pulunu "Bakı Abadlıq Xidməti" MMC-dən deyil, Tolqa Şahindən tələb edə bilər. Bunun üçün də polisə şikayət edib. Arzu Əliyev də təsdiqləyir: "İstintaq Tolqa Şahini tapıb üzə çıxarmalıdır, o da öz növbəsində "Gənclik 94"-ə olan borcunu bağlasın". Bu borc isə az deyil: 613,6 min manatdır. Yəni yarım milyon manatdan çox.

Tolqa Şahinin ölkədın çıxışına qadağa qoyulub
Arzu Əliyev deyir ki, Tolqa Şahin onları aldatdığına, aldığı materialların pulunu ödəmədiyinə görə "Gənclik 94" də başqalarına borclanıb. Üstəlik yeni bir iş görməkdə də çətinlik çəkir. Buna görə də Arzu Əliyev dövlətdən kömək istəyib.

Onun sözlərinə görə, Tolqa Şahinin ölkədən çıxışına qadağa qoyulub; Türkiyəli iş adamı Azərbaycandadır. Hətta votsap tətbiqi üzərindən və xarici nömrədən öz adamlarına zəng edir. Ancaq yerini hələ də müəyyən etmək mümkün olmayıb.

Tolqa Şahinin arxasında kimlər dayanıb?
Arzu Əliyevin dediyinə görə, Tolqa Şahin özü arxasında böyük qüvvələrin dayandığını deyir, istintaqa gəlməkdən boyun qaçırır. Azərbaycan Respublikasının qanunlarına və qanuni orqanlarına hörmətsiz yanaşır.

Tolqa Şahinin qanunsuz əməlləri və istintaqdan gizlənməsi ilə bağlı şikayətlər müvafiq yuxarı instansiyalara da göndərilib. Ancaq hələ də bir nəticə yoxdur.

Tolqa Şahinin əməllərindən zərər çəkən iş adamları təəccüblənir: necə olur ki, Azərbaycan hüquq-mühafizə orqanları Azərbaycanda cinayət törədib, başqa ölkələrdə gizlənən şəxsləri tapır, tutub gətirir, ancaq ölkənin içində Tolqa Şahini tapa bilmir?!

P.S. Əgər Tolqa Şahinin dediyi kimi, onun arxasında böyük qüvvələr durubsa, bu qüvvələr dövlətin özündən də böyük deyil ki! Dövlətin üzərinə düşən öhdəlik isə Türkiyədən gəlib, Azərbaycanda iş adamlarını aldadaraq, yüz minlərlə, hətta milyonlarla manat məbləğlərində zərər vuran Türkiyəli iş adamını tapıb, zərərləri ödətdirməkdir. Xüsusilə külli miqdarda dələduzluq əməllərində ittiham olunan Tolqa Şahini isə hələ tapmaq mümkün olmayıb.

Bahəddin Həzi, Bizimyol.info

P.S. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bizimyol.info-ya bildirilib ki, vətəndaşın müraciəti əsasında Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. T.Şahin də təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Amma o, istintaqdan yayındığı üçün barəsində həbs növündən olan axtarış qərarı qəbul edilib. “Onun saxlanılması istiqamətində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir”, - DİN-in Mətbuat Xidmətindən bildirilib.







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Qadının işi varsa, sosial şəbəkədə qurdalanmaz” - Sərxan Kərəmoğlu
Bu gün, 13:28
"Azərbaycanfilm" kinostudiyasında böyük canlanma var" - Şeyx Əbdül
Bu gün, 13:25
Fermerlərin taxıl və arpasını dələduzluq yolu ilə ələ keçirən şirkət rəhbəri azadlığa buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 13:23
Tanınmış aktyor ADY-dan narazı qaldı: - “Yekə adamlarsız”
Bu gün, 13:20
"Azəri M-I Drilling Fluids"də 20 illik işçiyə QEYRi-İNSANİ MÜNASİBƏT... - BU NƏDİ BELƏ?
Bu gün, 13:13
Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsləri həbs edilib - BİRGƏ MƏLUMAT
Bu gün, 13:00
Rusiyada ağır vəziyyətdəki azərbaycanlını Diaspor Komitəsi vətənə gətirdi
Bu gün, 12:52
Melaniya Paşinyanın mətbuat katibi təyin edildi
Bu gün, 12:44
10,99 yazılır, 11 manat tutulur: 1 qəpiklə varlananlar - AXI NİYƏ...
Bu gün, 12:42
Komitə sədri bu idarəyə rəis təyin etdi - BUNDAN SONRA...
Bu gün, 12:38
Bank kartlarında pul köçürmələrinə niyə limit qoyuldu? - RƏSMİ İZAHAT
Bu gün, 12:33
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:27
Sərxoş sürücü bilmədən prokurorluğun həyətinə daxil oldu - Gəncədə kuryoz hadisə
Bu gün, 12:25
“Biz başı qərbli, ruhu səfəvi olan yeni bir xalqıq” - Aqşin Yenisey
Bu gün, 12:21
ABŞ-dən 10 ölkə ilə bağlı XƏBƏRDARLIQ – Bakının narahatlığı
Bu gün, 12:19
İran ətrafında vəziyyət qeyri-müəyyənliyini qoruyur - İNCƏLƏMƏ
Bu gün, 12:03
Şahbuzda tonlarla məhsul MƏHV OLUR... məmurlar isə... - NARAZILIQ VAR...
Bu gün, 11:59
Başçı deputatın adamından da QORXUR? - BU NƏDİ BELƏ?
Bu gün, 11:47
Keçmiş gömrük idarəsi rəisinə cinayət işi açıldı - FOTO
Bu gün, 11:41
“Xanımlar Türkan Şoraya bənzəməyimi qısqanırlar, onunla görüşəndə...” - Şəfəq Abdullayeva
Bu gün, 11:39
Arvadını əvvəl bıçaqladı, sonra balta ilə başına vurdu – AĞIR CƏZA
Bu gün, 11:37
Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq ölüb
Bu gün, 11:34
“Azərsun”un sığındığı professor, mənimsənilən kapital və... - “Daşlı Bulaq” suyundakı 20 min manatlıq şübhəli əməliyyat
Bu gün, 11:32
Koçaryanın bloku parlamentin ilk iclasını boykot edib - "Newsarmenia"
Bu gün, 11:26
QHT əməkdaşları Ağdərədə minaya düşdülər - Yaralananlar var...
Bu gün, 11:24
Müharibə Əfqanıstana sıçradı - TƏFƏRRÜAT
Bu gün, 11:21
AQC sədrinə yeni müşavir təyin olundu - FOTOLAR
Bu gün, 11:16
Elçinin Bayramlının həbsinin jurnalist fəaliyyəti ilə əlaqəsi yoxdur - AÇIQLAMA
Bu gün, 11:11
Magistratura ilə bağlı SOS - “İxtisaslı kadrlar kənarda qalır”
Bu gün, 11:09
Ölkədə ARANI QARIŞDIRMAQ istəyənlər var... - MÜRACİƏT
Bu gün, 11:07
Ermənistanın hakim partiyası: Qaregini katolikos kimi tanımırıq - KİV
Bu gün, 11:05
Manatı BUNDAN SONRA nə gözləyir... - AKTUAL
Bu gün, 11:03
Britaniya şirkəti Azərbaycan bazarından çəkilir
Bu gün, 11:01
"Azəriqaz"ın əsas problemi qaz itkisidir, yoxsa idarəetmə fəlsəfəsi? - Görünəni odur ki...
Bu gün, 10:54
Bu il Xankəndidə 2 milyonluq nizamnamə kapitalı ilə yaradılmış şirkət “maya”sını azaldıb
Bu gün, 10:50
Lilit Makunts Ermənistan baş nazirinin aparat rəhbəri təyin olundu - Makunts isə...
Bu gün, 10:47
Nassim Taleb Azərbaycana gəlməkdən imtina etdi – Şok səbəb
Bu gün, 10:29
“SOCAR Petroleum” Naxçıvana benzin və dizel daşınmasını 17.2 milyon manata BU ŞİRKƏTƏ TAPŞIRDI
Bu gün, 10:27
Uşaq bağçasında BÖYÜKLƏR HOQQA VERİR - İTTİHAM VAR...
Bu gün, 10:21
Bakı nefti 100 dolları keçdi, amma bazar aşağı baxır – ABŞ–İran danışıqları qiymətləri BELƏ DƏYİŞƏCƏK
Bu gün, 10:16
BTQ Korsika Assambleyasının qondarma "Artsax"la bağlı qanunvericilik təşəbbüsünü pisləyib - BƏYANAT
Bu gün, 10:14
Lerik rayon Dövlət Arxivinin eks-müdiri azadlığa buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 08:24
Qorxu yaradırdınız: 300 min azərbaycanlı gəlir – Sona Qazaryan
Bu gün, 08:18
ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib - Tramp belə deyir...
Bu gün, 08:16
"Mən nə millət vəkiliyəm, nə nazir, nə də hansısa dövlət qurumunun rəhbəri..." - REPLİKA
Bu gün, 08:03
AzəriQaz-da KORRUPSİYA BUMU... - vətəndaşın canı ilə risqə gedirlər...
Bu gün, 07:59
PKK Türkiyə cəbhəsindən çəkilib İran sərhədlərinə toplandı - NƏ BAŞ VERİR?
Bu gün, 07:46
İspaniya Avropa Birliyindən qovulur? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:43
"Məni hansı hüquqi əsasla bloklamısınız?" - GİLEY
Bu gün, 07:41
AzəriQaz-da hesab-kitabı da bilmirlər? - GİLEY
Bu gün, 07:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru