"Paşinyan sülh kursunu Rubinyan vasitəsilə davam etdirəcək" .....                     Müdafiə Nazirliyinə 4 milyonluq mebel satacaq ŞİRKƏT MƏLUM OLDU .....                     İran regionda gərginlik və qeyri-sabitliyin genişlənməsini istəmir .....                     ​Deputatla jurnalistin məhkəmə mübarizəsi: Qələbə ilə başa çatan iki proses .....                     Vaaqn Xaçaturyan Ermənistanın yeni hökumətinin tərkibini təsdiqləyib .....                     Azərbaycanda 2 gəmiçilik şirkəti .....                     Onlar vəzifədən azad olundu .....                     “Naxçıvan Taxıl Məhsulları” MMC-nin həbsdə olan sabiq rəhbəri barədə qərar verilib .....                     "Unibank"da yeni sədr təyinatı olub .....                     Dövlət film üçün 1 milyon verəndə, onun yarım milyonuna özünə villa tikəcək .....                     Nəriman Axundzadə Türkiyə klubuna keçir .....                     Kreml-İrəvan savaşında dağıdıcı mərhələ başladı: .....                     Xaricdə pulsuz olan dövlət universitetləri Azərbaycanda niyə pulludur? .....                     Mingəçevir sakini kommunal xətlərin keçdiyi şaxtaya görə narahatdır .....                     Ordumuzun polkovnikinə vəzifə veriləcək .....                     “Nazir mənə təşəkkür etmişdi, indi qatil, cani olmuşam...” .....                     İyunun 15-dən bu günə qədər nəzarətsiz qeyri-çimərlik ərazilərindən 40 nəfərin meyiti çıxarılıb .....                     Dənizdə batanlar AzTV əməkdaşının bacı-qardaşlarıdır .....                     SSRİ bayrağına görə həbs olunan sosioloqla bağlı yeni .....                     Umerov Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin edilib .....                     “Qadının işi varsa, sosial şəbəkədə qurdalanmaz” .....                     "Azərbaycanfilm" kinostudiyasında böyük canlanma var" .....                     Fermerlərin taxıl və arpasını dələduzluq yolu ilə ələ keçirən şirkət rəhbəri azadlığa buraxıldı .....                     Tanınmış aktyor ADY-dan narazı qaldı: .....                     "Azəri M-I Drilling Fluids"də 20 illik işçiyə QEYRi-İNSANİ MÜNASİBƏT... .....                     Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsləri həbs edilib .....                     Rusiyada ağır vəziyyətdəki azərbaycanlını .....                     Melaniya Paşinyanın mətbuat katibi təyin edildi .....                     10,99 yazılır, 11 manat tutulur: 1 qəpiklə varlananlar .....                     Komitə sədri bu idarəyə rəis təyin etdi .....                     Bank kartlarında pul köçürmələrinə niyə limit qoyuldu? .....                     Mülayim şərq küləyi əsəcək .....                     Sərxoş sürücü bilmədən prokurorluğun həyətinə daxil oldu .....                     “Biz başı qərbli, ruhu səfəvi olan yeni bir xalqıq” .....                     ABŞ-dən 10 ölkə ilə bağlı XƏBƏRDARLIQ .....                     İran ətrafında vəziyyət qeyri-müəyyənliyini qoruyur .....                     Şahbuzda tonlarla məhsul MƏHV OLUR... məmurlar isə... .....                     Başçı deputatın adamından da QORXUR? .....                     Keçmiş gömrük idarəsi rəisinə cinayət işi açıldı .....                     “Xanımlar Türkan Şoraya bənzəməyimi qısqanırlar, onunla görüşəndə...” .....                 

Təhsildə nöqsanlar belə ört-basdır edilir... - MALƏSƏF...
Tarix: 4-02-2025, 09:50 | Çap et
Təhsildə nöqsanlar belə ört-basdır edilir...
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə sektor müdiri vəzifəsindən azad edilib.

"DogruXeber.az"ın məlumatına görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Belə ki, sözügedən rayonlar üzrə təhsil sektorunun müdiri Xəyal Məmmədov işdən çıxması ilə bağlı istefa ərizəsi yazıb. Onun ərizəsi qəbul edilib.

Xəyal Məmmədov əslində kimdir !?

Xatırladaq ki, ötən ilin dekabr ayında Goranboy rayon Turab Məmmədov adına Hazırəhmədli kənd orta məktəbinin keçmiş müəllimi Aybəniz Əliyevanın "Kanal14"ün canlı yayımında səsləndirdiyi iddialarla bağlı yazı dərc etmişdik.

Təhsildə nöqsanlar belə ört-basdır edilir...

Xanımın iddiası bundan ibarət idi ki, sözügedən məktəbin təsərrüfat işləri üzrə müdür müavini Neyman Eminov oğlunu təhsil sahəsində işə düzəltmək üçün ondan 9.000 (doqquz min) manat rüşvət alıb, lakin sonra verdiyi vədi yerinə yetirməyib. Belə olan halda əvvəllər dələduzluq maddəsilə cinayətə cəlb olunduğu deyilən Neyman Eminovun barəsində Aybəniz Əliyeva da daxil olmaqla növbəti dələduzluğun qurbanları olan bir qrup şəxs hüquq-mühafizə orqanlarına müraciət etmişdilər.

Aybəniz Əliyevanın sözlərinə görə Neyman Eminov öz ifadəsində qeyd edib ki, o, insanlardan aldığı pulları Təranə Cəbrayılovaya verib.

Qeyd edək ki, Təranə Cəbrayılova Hazırəhmədli kənd orta məktəbinin direktorudur. Onun himayədarının isə Goranboy rayon icra hakimiyyətində yüksək vəzifədə olduğu deyilir.

Əvvəllər məhkum olunmuş Neyman Eminovun yenidən, özü də təhsil sahəsində işə götürülməsində isə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin sabiq müdiri - Bakı şəhəri üzrə Təhsil İdarəsinin hazırkı müdir müavini Anar Qədiməliyev və Xəyal Məmmədovun "təşəbbüsü və xüsusi əməyinin" olduğu bildirilirdi.

Aybəniz Əliyeva dəfələrlə "Kanal14" ün canlı yayımında Hazırəhmədli kənd orta məktəbinin direktoru Təranə Cəbrayılova və Xəyal Məmmədovun korrupsioner əməlləri barəsində faktları səsləndirərək, Anar Qədiməliyevin də onları himayə etdiyini vurğuladı, aylardır Elm və Təhsil Nazirliyinə müraciət etməsinə baxmayaraq, bütün müraciətlərinin cavabsız qaldığını və Təranə - Xəyal - Anar "üçbucağı"ının öyrəşdikləri "qaranlıq fəaliyyət"lərini maneəsiz şəkildə davam etdirdiklərini bildirdi.

Xanımın iddiaları əsasında "DogruXeber.az" olaraq biz də tərəfimizdən Elm və Təhsil Nazirliyinə rəsmi sorğular ünvanladıq. Elm və Təhsil Nazirliyi adəti üzrə sorğunu cavabsız qoyaraq, sən demə səssizcə vəziyyətdən çıxış yollarını planlaşdırırmış.

Belə ki, məlumatları yayımladığımızdan qısa müddət sonra keçmiş tələbə yoldaşını işindən azad etməyə, yaxud hər hansı formada cəzalandırmağa qıymayan nazir Emin Əmrullayev barəsindəki şikayətlərdən ilhamlanaraq, Anar Qədiməliyevi gözünün önünə - Bakı şəhəri üzrə Təhsil İdarəsinə müdir müavini vəzifəsinə gətirdi.

Xəyal Məmmədov və Təranə Cəbrayılova ilə bağlı isə heç bir tədbir görülmədi. Görünür, nazir mərhələli şəkildə onları mükafatlandırmağı planlaşdırıb. Bu qədər iddialardan, şikayətlərdən sonra Xəyal Məmmədov bu gün özünün güya istefa ərizəsi ilə işindən azad edilib. Gördüyünüz kimi, yenə də ona "gözün üstə qaşın var" deyən olmayıb. Özü də nə hikmətsə, rayon təhsil sektorunun müdirinin istefa ərizəsini regional təhsil İdarəsinin müdiri deyil, məhz nazirin özü imzalayıb. Heç şübhəsiz ki, qısa müddət sonra Xəyal Məmmədov daha böyük bir vəzifə ilə mükafatlandırılacaq. Hər halda bütün gedişatlar onu göstərir.

Qeyd: Məsələnin daha maraqlı və gülüş doğuran tərəfi budur ki, Xəyal Məmmədovun istefa ərizəsini Emin Əmrullayevin imzaladığını bildirilən rəsmi xəbər yayımlandıqdan bir neçə dəqiqə sonra, həmin xəbər yenilənərək, Xəyal Məmmədovun işində yol verdiyi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırıldığı qeyd olunur.

"Qazanccıl" üçlüyün xanım üzvü - direktor Təranə Cəbrayılovanı hansı mükafat gözləyir onu da gedişatları izləyib görəcəyik.

Yuxarıda sadaladığımız hadisələr və bütün bunlara Emin Əmrullayevin reaksiyası adamda belə bir fikir formalaşdırır ki, adı çəkilən üçlüyün qanunazidd əməllərində onun da öz maraqları var. Maraqları naminə bu cür qanunazidd hərəkətləri ilə dövlətin qanunlarını və dövlətçilik prinsiplərini heçə saymaq isə onu göstərir ki, Emin Əmrullayev və onun komandası öz şəxsi mənafelərini ölkə başçısının bu istiqamətdəki. (korrupsiya və rüşvətxorluğa qarşı mübarizə) siyasətindən üstün hesab edir.

Bunun başqa adı yoxdur...

Korrupsiya demişkən, ən qısa zamanda Abşeron-Xızı Regional Təhsil İdarəsində və idarənin tabeçiliyində olan təhsil müəssisələrində baş verənlər barədə faktları yayımlayacağıq.

Bizi izləməkdə davam edin.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Paşinyan sülh kursunu Rubinyan vasitəsilə davam etdirəcək" - Qafar Çaxmaqlı
Bu gün, 17:49
Müdafiə Nazirliyinə 4 milyonluq mebel satacaq ŞİRKƏT MƏLUM OLDU - TƏFƏRRÜAT
Bu gün, 17:47
İran regionda gərginlik və qeyri-sabitliyin genişlənməsini istəmir - Pezeşkian
Bu gün, 17:44
​Deputatla jurnalistin məhkəmə mübarizəsi: Qələbə ilə başa çatan iki proses – REPORTAJ
Bu gün, 17:42
Vaaqn Xaçaturyan Ermənistanın yeni hökumətinin tərkibini təsdiqləyib - KİV
Bu gün, 17:35
Azərbaycanda 2 gəmiçilik şirkəti – BAĞLANIR
Bu gün, 17:30
Onlar vəzifədən azad olundu - BUNDAN SONRA...
Bu gün, 17:27
“Naxçıvan Taxıl Məhsulları” MMC-nin həbsdə olan sabiq rəhbəri barədə qərar verilib - TƏFƏRRÜAT
Bu gün, 17:21
"Unibank"da yeni sədr təyinatı olub - FOTO
Bu gün, 17:19
Dövlət film üçün 1 milyon verəndə, onun yarım milyonuna özünə villa tikəcək - Elməddin Cəfərovla MÜSAHİBƏ
Bu gün, 17:17
Nəriman Axundzadə Türkiyə klubuna keçir
Bu gün, 17:15
Kreml-İrəvan savaşında dağıdıcı mərhələ başladı: - Rusiyaya “Ermənistandan dərhal çıx” mesajı verildi
Bu gün, 17:12
Xaricdə pulsuz olan dövlət universitetləri Azərbaycanda niyə pulludur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:14
Mingəçevir sakini kommunal xətlərin keçdiyi şaxtaya görə narahatdır - GİLEY
Bu gün, 16:05
Ordumuzun polkovnikinə vəzifə veriləcək - DETALLAR
Bu gün, 16:00
“Nazir mənə təşəkkür etmişdi, indi qatil, cani olmuşam...” - TƏFƏRRÜAT
Bu gün, 15:51
İyunun 15-dən bu günə qədər nəzarətsiz qeyri-çimərlik ərazilərindən 40 nəfərin meyiti çıxarılıb - MALƏSƏF...
Bu gün, 15:46
Dənizdə batanlar AzTV əməkdaşının bacı-qardaşlarıdır
Bu gün, 15:22
SSRİ bayrağına görə həbs olunan sosioloqla bağlı yeni AÇIQLAMA
Bu gün, 15:20
Umerov Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin edilib
Bu gün, 15:12
“Qadının işi varsa, sosial şəbəkədə qurdalanmaz” - Sərxan Kərəmoğlu
Bu gün, 13:28
"Azərbaycanfilm" kinostudiyasında böyük canlanma var" - Şeyx Əbdül
Bu gün, 13:25
Fermerlərin taxıl və arpasını dələduzluq yolu ilə ələ keçirən şirkət rəhbəri azadlığa buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 13:23
Tanınmış aktyor ADY-dan narazı qaldı: - “Yekə adamlarsız”
Bu gün, 13:20
"Azəri M-I Drilling Fluids"də 20 illik işçiyə QEYRi-İNSANİ MÜNASİBƏT... - BU NƏDİ BELƏ?
Bu gün, 13:13
Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsləri həbs edilib - BİRGƏ MƏLUMAT
Bu gün, 13:00
Rusiyada ağır vəziyyətdəki azərbaycanlını Diaspor Komitəsi vətənə gətirdi
Bu gün, 12:52
Melaniya Paşinyanın mətbuat katibi təyin edildi
Bu gün, 12:44
10,99 yazılır, 11 manat tutulur: 1 qəpiklə varlananlar - AXI NİYƏ...
Bu gün, 12:42
Komitə sədri bu idarəyə rəis təyin etdi - BUNDAN SONRA...
Bu gün, 12:38
Bank kartlarında pul köçürmələrinə niyə limit qoyuldu? - RƏSMİ İZAHAT
Bu gün, 12:33
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:27
Sərxoş sürücü bilmədən prokurorluğun həyətinə daxil oldu - Gəncədə kuryoz hadisə
Bu gün, 12:25
“Biz başı qərbli, ruhu səfəvi olan yeni bir xalqıq” - Aqşin Yenisey
Bu gün, 12:21
ABŞ-dən 10 ölkə ilə bağlı XƏBƏRDARLIQ – Bakının narahatlığı
Bu gün, 12:19
İran ətrafında vəziyyət qeyri-müəyyənliyini qoruyur - İNCƏLƏMƏ
Bu gün, 12:03
Şahbuzda tonlarla məhsul MƏHV OLUR... məmurlar isə... - NARAZILIQ VAR...
Bu gün, 11:59
Başçı deputatın adamından da QORXUR? - BU NƏDİ BELƏ?
Bu gün, 11:47
Keçmiş gömrük idarəsi rəisinə cinayət işi açıldı - FOTO
Bu gün, 11:41
“Xanımlar Türkan Şoraya bənzəməyimi qısqanırlar, onunla görüşəndə...” - Şəfəq Abdullayeva
Bu gün, 11:39
Arvadını əvvəl bıçaqladı, sonra balta ilə başına vurdu – AĞIR CƏZA
Bu gün, 11:37
Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq ölüb
Bu gün, 11:34
“Azərsun”un sığındığı professor, mənimsənilən kapital və... - “Daşlı Bulaq” suyundakı 20 min manatlıq şübhəli əməliyyat
Bu gün, 11:32
Koçaryanın bloku parlamentin ilk iclasını boykot edib - "Newsarmenia"
Bu gün, 11:26
QHT əməkdaşları Ağdərədə minaya düşdülər - Yaralananlar var...
Bu gün, 11:24
Müharibə Əfqanıstana sıçradı - TƏFƏRRÜAT
Bu gün, 11:21
AQC sədrinə yeni müşavir təyin olundu - FOTOLAR
Bu gün, 11:16
Elçinin Bayramlının həbsinin jurnalist fəaliyyəti ilə əlaqəsi yoxdur - AÇIQLAMA
Bu gün, 11:11
Magistratura ilə bağlı SOS - “İxtisaslı kadrlar kənarda qalır”
Bu gün, 11:09
Ölkədə ARANI QARIŞDIRMAQ istəyənlər var... - MÜRACİƏT
Bu gün, 11:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru