Xəstə qadını xüsusi amansızlıqla öldürənin İTTİHAM AKTI .....                     “Qarabağ” 1,4 milyon manatlıq transfer edir? .....                     Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub .....                     Zaur Mikayılov Mirzəcan Xəlilov işbirliyinin arxasında daha nələr dayanır .....                     Köçəryanın halı pisləşdi, xəstəliyi ortaya çıxdı .....                     “Sinay Group”un kapitalı 230 min manat azaldıldı .....                     "Baktelecom"un "Rabitəbank"dakı payı "Aztelekom"a ötürülüb .....                     Bakıda DƏHŞƏT: .....                     Ceyhun Cəlilov da BELƏ YEYİR... .....                     Özünü kriminal aləmin üzvü kimi təqdim edərək quldurluq edən gənclə bağlı .....                     XARİCDƏ TƏHSİL VƏD EDƏN FIRILDAQÇILAR... .....                     Türkiyəli sahibkar Bakıda aldadıldığını deyir .....                     Milyonluq mülki iddia üzrə bəraət almış sahibkarla bağlı .....                     Rusiyada həbs edilən azərbaycanlı avtoritet bu hala salındı .....                     Məhkəmə ərini xəyanətə görə öldürmək istəyən qadınla bağlı qərarı açıqladı .....                     Köçəryan və Sərkisyanla bağlı bu səhv düzəldilməlidir .....                     Ermənistan qurumdan çıxarılacaq? .....                     “City Finance” BOKT-un rəhbərliyinə təyinat olub .....                     Təsirli dönüş və irəli: .....                     Ermənistan üzünü NATO-ya çevirdi: Görüşlər başladı .....                     Paşinyan Putinin adamıdır, Köçəryanın həbsi oyundur .....                     "Sabah"ın Liqa mərhələsində rəqibləri bu gün Monakoda müəyyənləşəcək .....                     Azərbaycanda yeni yaradılan investisiya şirkəti formasını dəyişir, .....                     Nigar Fərhad saxlanılıb .....                     Köçəryan yenidən xəstəxanaya yerləşdirilib .....                     Neftin qiyməti 88 dollardan aşağı enib .....                     Vüsal Nəsirli Saleh Məmmədovun kadrları ilə dil tapdı .....                     Putin "B planı"nı işə saldı: .....                     Paşinyanın keçmiş hakimiyyətlə hesablaşması... .....                     Azərbaycanda bakalavr təhsili 3 ilə endirilə bilər? .....                     “İrşad”da böyük endirim yalanı iddiası .....                     Köçəryan üçün Azərbaycan təhlükəsi .....                     Ermənistan dəmir yollarını Azərbaycan alır? .....                     Paşinyan və Moskva arasında “siçan-pişik” oyunu .....                     "ASK SECURİTY" MMC-nin 31 min manatdan çox vergi borcu üzə çıxdı .....                     Şuşadan qaçan Ohanyan GİLEYLƏNİR .....                     İtaliya Ukraynaya ballistik raketlərə qarşı raketlər göndərmək qərarına gizli şəkildə razılıq verib .....                     Abşeronneft-də durum DAHA BETƏRDİR .....                     Yoxsa, "Ailəm var, uşaqlarım var" deyib ağ vərəq imzalamır... .....                     Keçmiş başçıdan Prezidentə ŞİKAYƏT OLUNDU .....                 

Paşinyan Putinin adamıdır, Köçəryanın həbsi oyundur - Rusiya nəşrindən sensasion iddialar
Tarix: Bu gün, 10:00 | Çap et

Müxalifətyönümlü “Novaya qazeta” yayımladığı son müsahibədə Ermənistan hakimiyyətinin Moskva ilə münasibətləri və Robert Köçəryanın təqibi ilə bağlı sərt ittihamlar səsləndirilib. Musavat.com “Novaya qazeta”ya istinadən xəbər verir ki, Qərbyönümlü siyasətçi Andreas Qukasyan müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyanın siyasəti ilə bağlı diqqətçəkən ittihamlar səsləndirilib.

Müsahibədə irəli sürülən əsas tezis budur ki, Paşinyanın Rusiyadan uzaqlaşdığı və Avropaya inteqrasiyaya yönəldiyi barədə bəyanatlarına baxmayaraq, onun real siyasəti çox zaman Moskvanın maraqları ilə üst-üstə düşür. Hətta bu siyasətin arxasında Kremlin maraqlarının dayandığı və Paşinyanın müəyyən mənada Vladimir Putinin “sifarişlərini yerinə yetirdiyi” iddia olunur.
Nəşrə danışam siyasio ekspert Robert Köçəryanın və digər keçmiş hakimiyyət nümayəndələrinin cinayət təqibinə də bu prizmadan yanaşılır. Səsləndirilən fikirlərə görə, Köçəryanın həbsi və ona qarşı irəli sürülən ittihamlar Ermənistanın siyasi sistemində real korrupsiya ilə mübarizədən daha çox siyasi məqsədlərə xidmət edə bilər. Qukasyana görə, Köçəryana 20 il əvvəlki ittihamın seçkidən əvvəl “unudulması”, sabiq prezidentin rəhbərlik etdiyi partiyanın seçkilərə buraxılması və mandat alması Rusiyanın istəyi ilə baş tutub.

Sitata diqqət edək: "Hazırda ortaya çıxan materiallar seçkilərdən əvvəl ittiham irəli sürmək üçün kifayət edirdisə, o zaman sual yaranır: niyə həmin materiallardan əvvəl istifadə edilmədi? Niyə bu “kart” məhz indi ortaya çıxarılır? Mümkündürmü ki, seçkilərin nəticəsində formalaşan parlament tərkibi Paşinyanı qane edir? Bu halda indiki cinayət təqibi Qərbdəki tərəfdaşlara göstərmək cəhdi kimi qiymətləndirilə bilər ki, guya Paşinyan seçki prosesində prorusiya qüvvələrinə kömək etməyib və onların parlamentə düşməsinə şərait yaratmayıb. Halbuki hazırda həmin qüvvələr parlamentdə səslərin təxminən 40 faizinə nəzarət edir və bu, konstitusion çoxluq tələb edən məsələlər üzrə qərarların qəbulunu mümkünsüzləşdirir. Məsələn, müəyyən məsələlərin referendum üçün parlamentə çıxarılması üçün konstitusion çoxluq tələb olunur. Hesab edirəm ki, bu, Rusiya Federasiyasından bir sifariş idi və yerinə yetirildi”.

Müsahibədə Paşinyanın KTMT ilə bağlı mövqeyindəki ziddiyyətlər də xüsusi vurğulanır. Paşinyan Ermənistanın KTMT-dən çıxarılmasının onu məyus etməyəcəyini bildirsə də, Ermənistan 2024-cü ildə təşkilatda iştirakını daha beş il müddətinə uzadıb. Eyni zamanda İrəvan üzvlük haqlarını ödəməməklə təşkilatdan uzaqlaşdığını nümayiş etdirir. Bu isə müsahibəyə görə, açıq və ardıcıl xarici siyasətdən daha çox, həm Moskva, həm də Qərblə münasibətlərdə ikili oyun təsiri yaradır.
Müsahibədə Ermənistanın Avropaya inteqrasiya prosesinin də bilərəkdən ləngidildiyi iddia olunur. Paşinyanın hakimiyyəti Rusiyadan siyasi məsafə saxladığını nümayiş etdirsə də, Moskva ilə iqtisadi və digər əlaqələri tam şəkildə kəsmir. Bu vəziyyət isə Ermənistanın Qərbə real inteqrasiyasından çox, Rusiya ilə münasibətləri qoruyaraq yeni geosiyasi şərtlərə uyğunlaşması kimi qiymətləndirilir.
Bu yanaşmanın ən diqqətçəkən tərəfi isə Paşinyanın “Rusiya ilə münasibətlərdən uzaqlaşan lider” obrazının şübhə altına alınmasıdır. Müsahibədə bildirilir ki, Ermənistan uzun müddət Rusiyanın sanksiyalardan yayınmasına imkan verən mühüm logistika və ticarət kanallarından biri olub. Buna görə də Paşinyanın Moskva siyasətinin həqiqi məqsədləri ilə bağlı ciddi suallar yaranır.
Robert Köçəryanın təqibi məsələsində də oxşar suallar meydana çıxır. Müsahibədə qeyd olunur ki, Köçəryanın hakimiyyəti dövründə korrupsiya ilə bağlı daha böyük iddialar mövcud olsa da, hazırda ona və digər keçmiş məmurlara qarşı irəli sürülən ittihamların miqyası bu sistemin ümumi miqyası ilə müqayisədə məhdud görünür.
Bu isə əsas sualı ortaya çıxarır: məqsəd həqiqətən dövlətə dəymiş zərəri geri qaytarmaq və korrupsiya ilə mübarizə aparmaqdır, yoxsa siyasi gündəmi dəyişmək?
Müsahibədə Paşinyanın özü Ermənistanın son 20 ildə dövlət vəsaitlərindən təxminən 2 milyard dolların oğurlandığını bildirib.

Qukasyanın müsahibəsindən çıxan əsas nəticə olduqca sərtdir: Paşinyanın Moskva ilə qarşıdurma görüntüsü yaratmasına baxmayaraq, onun siyasəti Kremlin maraqlarına xidmət edə bilər. Bu baxımdan Köçəryanın həbsi də sadəcə korrupsiya ilə mübarizə deyil, Ermənistanın daxili siyasi səhnəsində daha böyük geosiyasi oyunun bir hissəsi kimi təqdim olunur. Yəni İrəvan Moskvadan uzaqlaşmır, Paşinyan Putinlə razılaşdırılmış daha mürəkkəb siyasi oyun oynayır...

Musavat.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xəstə qadını xüsusi amansızlıqla öldürənin İTTİHAM AKTI - TƏFƏRRÜAT
Bu gün, 11:53
“Qarabağ” 1,4 milyon manatlıq transfer edir?
Bu gün, 11:48
Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub - SİYAHI
Bu gün, 11:34
Zaur Mikayılov Mirzəcan Xəlilov işbirliyinin arxasında daha nələr dayanır - İTTİHAM VAR...
Bu gün, 11:31
Köçəryanın halı pisləşdi, xəstəliyi ortaya çıxdı – Paşinyandan “yox” cavabı
Bu gün, 11:25
“Sinay Group”un kapitalı 230 min manat azaldıldı
Bu gün, 11:20
"Baktelecom"un "Rabitəbank"dakı payı "Aztelekom"a ötürülüb - DETALLAR
Bu gün, 11:18
Bakıda DƏHŞƏT: - boğazından bıçaqlanan kişi öldü
Bu gün, 11:10
Ceyhun Cəlilov da BELƏ YEYİR... - İTTİHAM VAR...
Bu gün, 11:07
Özünü kriminal aləmin üzvü kimi təqdim edərək quldurluq edən gənclə bağlı QƏRAR
Bu gün, 11:03
XARİCDƏ TƏHSİL VƏD EDƏN FIRILDAQÇILAR... - Belə şirkətləri necə müəyyən etmək olar?
Bu gün, 10:59
Türkiyəli sahibkar Bakıda aldadıldığını deyir - “715 min dollarımı vermirlər”
Bu gün, 10:55
Milyonluq mülki iddia üzrə bəraət almış sahibkarla bağlı yenidən məhkəməyə müraciət edildi
Bu gün, 10:50
Rusiyada həbs edilən azərbaycanlı avtoritet bu hala salındı - QOD NİSANOVUN BAZARINDAN HAQQ TƏLƏB ETMİŞDİ
Bu gün, 10:36
Məhkəmə ərini xəyanətə görə öldürmək istəyən qadınla bağlı qərarı açıqladı - TƏFƏRRÜAT
Bu gün, 10:30
Köçəryan və Sərkisyanla bağlı bu səhv düzəldilməlidir - Koçinyan
Bu gün, 10:27
Ermənistan qurumdan çıxarılacaq? - KTMT elan etdi
Bu gün, 10:24
“City Finance” BOKT-un rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:22
Təsirli dönüş və irəli: - “Sabah” Azərbaycan futbolunun statusunu dəyişdirdi
Bu gün, 10:17
Ermənistan üzünü NATO-ya çevirdi: Görüşlər başladı - Rusiya nə baş verdiyini anlamağa çalışır
Bu gün, 10:07
Paşinyan Putinin adamıdır, Köçəryanın həbsi oyundur - Rusiya nəşrindən sensasion iddialar
Bu gün, 10:00
"Sabah"ın Liqa mərhələsində rəqibləri bu gün Monakoda müəyyənləşəcək - UEFA Çempionlar Liqası
Bu gün, 09:57
Azərbaycanda yeni yaradılan investisiya şirkəti formasını dəyişir, kapitalını kəskin azaldır
Bu gün, 09:55
Nigar Fərhad saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 09:52
Köçəryan yenidən xəstəxanaya yerləşdirilib - “Yerevan Today”
Bu gün, 08:35
Neftin qiyməti 88 dollardan aşağı enib
Bu gün, 08:15
Vüsal Nəsirli Saleh Məmmədovun kadrları ilə dil tapdı - AAYDA-da görünən və ya görünməyən oyunlar
Bu gün, 08:08
Putin "B planı"nı işə saldı: - Avropaya hücum...
Bu gün, 08:04
Paşinyanın keçmiş hakimiyyətlə hesablaşması... - Koçaryan niyə həbs olundu?
Bu gün, 08:02
Azərbaycanda bakalavr təhsili 3 ilə endirilə bilər? - Millət vəkili AÇIQLADI
Bu gün, 07:59
“İrşad”da böyük endirim yalanı iddiası - BU NƏDİ BELƏ?
Bu gün, 07:55
Köçəryan üçün Azərbaycan təhlükəsi - “Gələcəkdə Bakıya təhvil verilə bilər”
Bu gün, 07:49
Ermənistan dəmir yollarını Azərbaycan alır? - AKTUAL
Bu gün, 07:47
Paşinyan və Moskva arasında “siçan-pişik” oyunu - NƏ BAŞ VERİR?
Bu gün, 07:45
"ASK SECURİTY" MMC-nin 31 min manatdan çox vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:42
Şuşadan qaçan Ohanyan GİLEYLƏNİR – “Əsgərlərimiz postda yatır”
Bu gün, 07:39
İtaliya Ukraynaya ballistik raketlərə qarşı raketlər göndərmək qərarına gizli şəkildə razılıq verib - "La Repubblica"
Bu gün, 07:35
Abşeronneft-də durum DAHA BETƏRDİR - Cəzasız qaldıqca...
Bu gün, 07:30
Yoxsa, "Ailəm var, uşaqlarım var" deyib ağ vərəq imzalamır... - ANIM
Bu gün, 07:20
Keçmiş başçıdan Prezidentə ŞİKAYƏT OLUNDU - "Şirkət ona məxsusdur..."
Bu gün, 07:14
Sakinlər AYNA şefinə müraciət etdi - BUNA GÖRƏ
Bu gün, 07:05
Problemli kreditlər PROBLEMƏ ÇEVRİLİR... - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:54
MKİ direktorunun Putinlə MƏXFİ GÖRÜŞÜ - KİV
Bu gün, 06:52
"Bu gün kiçik-orta biznes namusuna boğulub işləyir" - partiya sədri
Bu gün, 06:48
SOCAR AQŞ-dəki ölüm TƏSADÜFİ DEYİLMİŞ.. - ŞOK FAKTLAR AÇIQLANDI
Bu gün, 06:44
Məşhur kafe bağlanandan və sahibi vəfat edəndən sonra FHN istismarına icazə verib? - SİYAHI
Dünən, 18:12
Reklam rəqəmsallaşdıqca niyə bulanıqlaşır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:11
Anasını amansızlıqla öldürən Emilə - 18 il həbs
Dünən, 18:08
Paşinyan Rusiyanın "radioaktiv siyasi tullantılar"ını "dəfn" edir: - "Qarabağ klanı" dağıdılır, Azərbaycanla sülh sazişinin önü açılır
Dünən, 18:06
Xəzərə görə Azərbaycan üçün yeni fürsət: - 5 qüvvə regionda rəqabəti artırır
Dünən, 17:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru