Bakının Yasamal rayonu, Tbilisi prospektində qeydiyyatda olan "ASK SECURİTY" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə vergi borcunun olduğu məlum olub.
32gun.az-ın məlumatına görə, nizamnamə kapitalı 100 AZN təşkil edən təhlükəsizlik şirkətinin hazırda 31.324,64 AZN ödənilməmiş vergi borcu mövcuddur.
Qanuni təmsilçisi Azər Ali oğlu Alıyev olan müəssisənin bu borcla fəaliyyətini necə davam etdirəcəyi maraq doğurur.

















