Neftin qiyməti 88 dollardan aşağı enib .....                     Vüsal Nəsirli Saleh Məmmədovun kadrları ilə dil tapdı .....                     Putin "B planı"nı işə saldı: .....                     Paşinyanın keçmiş hakimiyyətlə hesablaşması... .....                     Azərbaycanda bakalavr təhsili 3 ilə endirilə bilər? .....                     “İrşad”da böyük endirim yalanı iddiası .....                     Köçəryan üçün Azərbaycan təhlükəsi .....                     Ermənistan dəmir yollarını Azərbaycan alır? .....                     Paşinyan və Moskva arasında “siçan-pişik” oyunu .....                     "ASK SECURİTY" MMC-nin 31 min manatdan çox vergi borcu üzə çıxdı .....                     Şuşadan qaçan Ohanyan GİLEYLƏNİR .....                     İtaliya Ukraynaya ballistik raketlərə qarşı raketlər göndərmək qərarına gizli şəkildə razılıq verib .....                     Abşeronneft-də durum DAHA BETƏRDİR .....                     Yoxsa, "Ailəm var, uşaqlarım var" deyib ağ vərəq imzalamır... .....                     Keçmiş başçıdan Prezidentə ŞİKAYƏT OLUNDU .....                     Sakinlər AYNA şefinə müraciət etdi .....                     Problemli kreditlər PROBLEMƏ ÇEVRİLİR... .....                     MKİ direktorunun Putinlə MƏXFİ GÖRÜŞÜ .....                     "Bu gün kiçik-orta biznes namusuna boğulub işləyir" .....                     SOCAR AQŞ-dəki ölüm TƏSADÜFİ DEYİLMİŞ.. .....                     Məşhur kafe bağlanandan və sahibi vəfat edəndən sonra FHN istismarına icazə verib? .....                     Reklam rəqəmsallaşdıqca niyə bulanıqlaşır? .....                     Anasını amansızlıqla öldürən Emilə .....                     Paşinyan Rusiyanın "radioaktiv siyasi tullantılar"ını "dəfn" edir: .....                     Xəzərə görə Azərbaycan üçün yeni fürsət: .....                     SEPAH və Pezeşkian üz-üzə qaldı .....                     Köçəryana görə Rusiyadan gələcək zəng heç nəyi dəyişdirməyəcək .....                     "Bank Respublika"nın səhmdarı "Ekolizinq"in əsas təsisçisi olub .....                     “Bu “aferist”lərin əlinə düşməyin” .....                     Paşinyanın Bakıya qarşı ən böyük səhvi: .....                     Avropa İttifaqı “qara pullar”ın Gürcüstana daxil edilməsinin yolunu axtarır .....                     Ermənistanda qərargah rəisi saxlanıldı .....                     Azərbaycanda çay istehsalçısına yeni rəhbər təyin edilib .....                     Hansı keçmiş SSRİ ölkələrinin paytaxtında Bakı adlı küçə var? .....                     AZAL uçuş dəyişiklikləri ilə bağlı sərnişinlərə müraciət edib .....                     Problemli kreditlər 723 milyon manata çatdı .....                     İran və Oman Hörmüz boğazında gəmiçilikdən əldə olunan gəlirləri bölüşdürməyə razılaşıb .....                     Hərbi möhlətlər bu halda ləğv ediləcək .....                     "Qanuni oğru" olduğu üçün 10 il həbs cəzası aldı .....                     Pərvin Salahovaya bu agentlikdə vəzifə verildi .....                 

Paşinyan və Moskva arasında “siçan-pişik” oyunu - NƏ BAŞ VERİR?
Tarix: Bu gün, 07:45 | Çap et

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın KTMT-də fəaliyyətini aktivləşdirməyəcəyini bildirib. “Armenpress”in məlumatına görə, o, bu məsələyə Milli Məclisdə Ermənistan hökumətinin 2026–2031-ci illər üçün proqramının müzakirəsi zamanı toxunub.

Ermənistanın yaxın beş il ərzində KTMT-dən çıxmasının mümkünlüyü ilə bağlı suala cavab verən baş nazir bildirib ki, Ermənistan tərəfinin qaldırdığı məsələlərlə bağlı təşkilatdan cavab almadığı üçün KTMT-yə marağı tükənib.

Proqramımızda açıq şəkildə qeyd olunur ki, yaxın beş il ərzində KTMT-yə qayıtmağı planlaşdırmırıq. Əminliklə deyə bilərəm ki, KTMT-də fəaliyyətimizi aktivləşdirməyəcəyik. Bilirəm ki, KTMT-də müzakirələr aparılır və Ermənistan təşkilatdan xaric edilə bilər. Təşkilat Ermənistanın xaric edilməsi barədə qərar qəbul etsə, çox şad olardım. Bu, bizi təşkilatdan çıxıb-çıxmamaq dilemmasından xilas edərdi”, – Paşinyan bildirib.

Baş nazir əlavə edib ki, hökumətin 2026–2031-ci illər üçün proqramında KTMT-nin adı belə çəkilmir.

Xatırladaq ki, Ermənistan 2024-cü ilin fevralından KTMT-də iştirakını dondurub.

Daha sonra Paşinyan Ermənistan hökumətinin yaxın vaxtlarda Avropa İttifaqına üzvlük üçün rəsmi müraciət prosesinə başlayacağını açıqlayıb. O vurğulayıb ki, Ermənistan Milli Məclisi 2025-ci ilin martında ölkənin Aİ-yə üzvlük prosesinə başlanması haqqında qanun qəbul edib.

Qanunun adından və qısa məzmunundan aydın görünür ki, söhbət Aİ-yə üzvlük prosesinin başlanmasından gedir. Bu məsələ ilə bağlı referendum isə prosesin başlanğıcı deyil, mühüm mərhələdir. Yəni referendum yalnız başlanmış proses müəyyən mərhələyə çatdıqda, bu perspektivlərin nə dərəcədə real olduğunu qiymətləndirmək, gələcək fəaliyyət planını hazırlamaq və Aİ-yə üzvlük üçün zəruri islahatların müəyyən edilmiş müddətdə həyata keçirilməsinin nə dərəcədə mümkün olduğunu anlamaq baxımından məna kəsb edir.

Bu suallara cavab tapmaq üçün Ermənistan ilk növbədə Aİ-yə üzvlük üçün rəsmi müraciət etməlidir. Bu da ciddi iş tələb edən bir prosesdir və yaxın vaxtlarda, xüsusilə Aİİ üzrə tərəfdaşlarımızın israrlı xahişlərini nəzərə alaraq, yəqin ki, bu prosesə başlayacağıq”, – Ermənistanın baş naziri vurğulayıb.

Paşinyanın sözlərinə görə, Ermənistanın Avropa İttifaqı ilə tərəfdaşlığının strateji gündəliyi nəzərəçarpacaq sürətlə həyata keçirilir.

Ermənistan hazırda Avropa İttifaqının viza rejiminin liberallaşdırılması ilə bağlı fəal danışıqlar apardığı yeganə ölkədir və biz 2029-cu ilədək Aİ ilə viza rejiminin liberallaşdırılmasına nail olmaq niyyətindəyik”, – o bildirib.

Paşinyanın sözlərinə görə, Aİ ilə münasibətlərin yaxınlaşması Rusiyada müəyyən narahatlıqlara səbəb olub.

Paşinyanın bu açıqlamalarına Moskvanın cavabı gecikməyib.

Rusiya KTMT-yə üzvlüyə artıq ehtiyac duymursa, İrəvan müvafiq qərar qəbul edərək təşkilatı tərk edə bilər. Rusiya mediasının məlumatına görə, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun “xaric edilsəydik, buna sevinərdim” deməsini anlamaqda çətinlik çəkirəm. Əgər İrəvan milli maraqları baxımından regional təhlükəsizliyin təmin olunması üçün belə mühüm təşkilatda üzvlüyə artıq ehtiyac duymursa, müvafiq qərar qəbul etmək və təşkilatı tərk etmək onun öz ixtiyarındadır”, – Peskov bildirib.

Kremlin sözçüsü Paşinyanın Ermənistan hökumətinin yaxın vaxtlarda Avropa İttifaqına üzvlük üçün rəsmi müraciət prosesinə başlayacağı barədə açıqlamasına da münasibət bildirib.

Burada çox mühüm bir məqam var ki, bu barədə bizim nümayəndələrimiz, ilk növbədə isə dövlət başçımız da danışıb. Aİ-yə üzvlük üçün müraciət etdikdən sonra Ermənistan müxtəlif sahələrdə – istər ticarət, istər fitosanitar, istər gömrük və sair sahələrdə – qanunvericiliyini Avropa İttifaqının norma və qaydalarına uyğunlaşdırmaq prosesinə başlamalı olacaq. Bu normalar bizim ölkədə və Aİİ məkanında qəbul edilmiş normalarla üst-üstə düşmür. Məhz burada, ilk növbədə, Ermənistanın özünə zərər vuracaq ciddi ziddiyyətlərlə üzləşəcəyik”, – Peskov deyib.

O, Ermənistanın Aİ-yə üzvlük üçün müraciət edərkən Türkiyənin və müraciətindən sonra onilliklər keçmiş digər ölkələrin təcrübəsini nəzərə almasını tövsiyə edib.

Paşinyanın bu açıqlamalarının və Kremlin nümayəndəsinin onlara reaksiyasının əhəmiyyətini necə qiymətləndirmək olar? Moskva doğrudanmı Ermənistanın KTMT və Aİİ-dən çıxmaq perspektivinə, eləcə də Aİ-yə inteqrasiya istəyinə bu qədər sakit yanaşır?

Pressklub.az-ın suallarını Şərqi Avropa ölkələri üzrə rusiyalı ekspert, jurnalist və analitik Vadim Dubnov (Praqa) cavablandırıb.

O, ilk növbədə, Paşinyanın açıqlamalarının əhəmiyyətini şişirtməyin tərəfdarı olmadığını vurğulayıb. “Bu, siyasi dil, simvollar və jestlər müstəvisində eyni oyunun davamıdır. Çünki Paşinyan sadəcə olaraq heç bir fəal addım atmaq niyyətində olmadığını göstərir. Yəni KTMT-dən çıxmaq üçün hər hansı müstəqil addım atmayacaq, sadəcə olaraq müəyyən danışıqlara – alverə hazırdır. Bunun mənası məhz budur.

Üstəlik, əslində KTMT heç kimi xüsusi olaraq maraqlandırmır. Bu, artıq müxtəlif manipulyasiyalar aparmaq üçün istifadə oluna bilən, öz əhəmiyyətini itirmiş bir alətdir”, – ekspert əmindir.

Onun fikrincə, qalan bütün açıqlamalar da eyni jestlərdən ibarətdir. Çünki hamı başa düşür ki, istər Ermənistanın subyektiv səbəblərinə, istərsə də Avropanın obyektiv səbəblərinə görə Avropa ilə yaxınlaşmanın sürətləndirilməsi mümkün deyil.

Bu, yenə də Moskvaya üzərində düşünməli olduğu təklif edilən müəyyən jestlər sistemidir.

Əslində, burada mahiyyət etibarilə konkret məsələlər dayanır. Paşinyan bilir ki, Moskva Ermənistan ərazisində sahib olduğu bütün infrastrukturlara böyük əhəmiyyət verir. O da bu mövzuda, o cümlədən atom elektrik stansiyası məsələsində danışıqlar aparmağı təklif edir. Halbuki dəmir yolunun fəaliyyətinə heç kimin dəyişiklik etməyəcəyini çox yaxşı başa düşür.

Ona görə də Moskva anlayır ki, söhbət hansısa geosiyasi xülyalardan deyil, konkret dollarlardan, avrolardan, rubllardan, türk lirələrindən və sairədən gedir. Düşünürəm ki, bu məsələdə hər iki tərəf bir-birini yaxşı anlayır”, – Dubnov yekunlaşdırıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Neftin qiyməti 88 dollardan aşağı enib
Bu gün, 08:15
Vüsal Nəsirli Saleh Məmmədovun kadrları ilə dil tapdı - AAYDA-da görünən və ya görünməyən oyunlar
Bu gün, 08:08
Putin "B planı"nı işə saldı: - Avropaya hücum...
Bu gün, 08:04
Paşinyanın keçmiş hakimiyyətlə hesablaşması... - Koçaryan niyə həbs olundu?
Bu gün, 08:02
Azərbaycanda bakalavr təhsili 3 ilə endirilə bilər? - Millət vəkili AÇIQLADI
Bu gün, 07:59
“İrşad”da böyük endirim yalanı iddiası - BU NƏDİ BELƏ?
Bu gün, 07:55
Köçəryan üçün Azərbaycan təhlükəsi - “Gələcəkdə Bakıya təhvil verilə bilər”
Bu gün, 07:49
Ermənistan dəmir yollarını Azərbaycan alır? - AKTUAL
Bu gün, 07:47
Paşinyan və Moskva arasında “siçan-pişik” oyunu - NƏ BAŞ VERİR?
Bu gün, 07:45
"ASK SECURİTY" MMC-nin 31 min manatdan çox vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:42
Şuşadan qaçan Ohanyan GİLEYLƏNİR – “Əsgərlərimiz postda yatır”
Bu gün, 07:39
İtaliya Ukraynaya ballistik raketlərə qarşı raketlər göndərmək qərarına gizli şəkildə razılıq verib - "La Repubblica"
Bu gün, 07:35
Abşeronneft-də durum DAHA BETƏRDİR - Cəzasız qaldıqca...
Bu gün, 07:30
Yoxsa, "Ailəm var, uşaqlarım var" deyib ağ vərəq imzalamır... - ANIM
Bu gün, 07:20
Keçmiş başçıdan Prezidentə ŞİKAYƏT OLUNDU - "Şirkət ona məxsusdur..."
Bu gün, 07:14
Sakinlər AYNA şefinə müraciət etdi - BUNA GÖRƏ
Bu gün, 07:05
Problemli kreditlər PROBLEMƏ ÇEVRİLİR... - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:54
MKİ direktorunun Putinlə MƏXFİ GÖRÜŞÜ - KİV
Bu gün, 06:52
"Bu gün kiçik-orta biznes namusuna boğulub işləyir" - partiya sədri
Bu gün, 06:48
SOCAR AQŞ-dəki ölüm TƏSADÜFİ DEYİLMİŞ.. - ŞOK FAKTLAR AÇIQLANDI
Bu gün, 06:44
Məşhur kafe bağlanandan və sahibi vəfat edəndən sonra FHN istismarına icazə verib? - SİYAHI
Dünən, 18:12
Reklam rəqəmsallaşdıqca niyə bulanıqlaşır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:11
Anasını amansızlıqla öldürən Emilə - 18 il həbs
Dünən, 18:08
Paşinyan Rusiyanın "radioaktiv siyasi tullantılar"ını "dəfn" edir: - "Qarabağ klanı" dağıdılır, Azərbaycanla sülh sazişinin önü açılır
Dünən, 18:06
Xəzərə görə Azərbaycan üçün yeni fürsət: - 5 qüvvə regionda rəqabəti artırır
Dünən, 17:32
SEPAH və Pezeşkian üz-üzə qaldı - Bir neçə həftə vaxt verildi
Dünən, 17:30
Köçəryana görə Rusiyadan gələcək zəng heç nəyi dəyişdirməyəcək - Simonyan
Dünən, 16:45
"Bank Respublika"nın səhmdarı "Ekolizinq"in əsas təsisçisi olub
Dünən, 16:41
“Bu “aferist”lərin əlinə düşməyin” – Tanınmış aktrisa “Kontakt Home”u biabır etdi
Dünən, 16:38
Paşinyanın Bakıya qarşı ən böyük səhvi: - Rusiyadan sonra Avropaya da yox deyilir?
Dünən, 16:33
Avropa İttifaqı “qara pullar”ın Gürcüstana daxil edilməsinin yolunu axtarır - Qorduladze
Dünən, 16:30
Ermənistanda qərargah rəisi saxlanıldı - Əsgər ölümü
Dünən, 16:27
Azərbaycanda çay istehsalçısına yeni rəhbər təyin edilib - ƏMR
Dünən, 16:22
Hansı keçmiş SSRİ ölkələrinin paytaxtında Bakı adlı küçə var? - SİYAHI
Dünən, 16:18
AZAL uçuş dəyişiklikləri ilə bağlı sərnişinlərə müraciət edib - DİQQƏT
Dünən, 16:14
Problemli kreditlər 723 milyon manata çatdı - Son 1 ildə 37% artım
Dünən, 16:12
İran və Oman Hörmüz boğazında gəmiçilikdən əldə olunan gəlirləri bölüşdürməyə razılaşıb - SEPAH
Dünən, 16:07
Hərbi möhlətlər bu halda ləğv ediləcək - DİQQƏT
Dünən, 16:04
"Qanuni oğru" olduğu üçün 10 il həbs cəzası aldı - DETALLAR
Dünən, 15:06
Pərvin Salahovaya bu agentlikdə vəzifə verildi
Dünən, 15:03
Qaxda 722 min manatlıq yol təmiri - Layihəni 10 manatlıq şirkət icra edəcək
Dünən, 14:57
Polad müəllim... bu xanım bəs, sizin yanınızda NİYƏ VAR? - "Biz saatlarla gözlədik..."
Dünən, 14:48
Polad Bülbüloğlunun yenidən evlənməsi xəbəri doğru deyilmiş... - SƏN DEMƏ...
Dünən, 14:43
Tək "Qarabağ"ı yox, Azərbaycan klublarını ciddiyə almağa başlayıblar - Qurban Qurbanov
Dünən, 14:38
13 minlik Boradigah qəsəbəsinin poçtu bağlanır? - Sakinlər Prezidentə müraciət etdi
Dünən, 14:34
Üç nəfərin ölümünə səbəb olan "Aqroservis"in əməkdaşının cəzası ağırlaşdırıldı
Dünən, 13:06
“Müsəlman dövlətlərinin ittifaqı yaradılmalıdır” - Pezeşkian
Dünən, 13:04
Əməkdar artist KİMİ QINADI: - "Səsi olmayana deyir, "əla oxudun""
Dünən, 13:01
“Satışa çıxarılan milyonluq villa…” – Xalq artistinin qızı gerçəyi AÇIQLADI
Dünən, 13:00
Serj Sarkisyanın Ermənistandan çıxışına qadağa qoyulub - “Sputnik Armenia”
Dünən, 12:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru